Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
10-05-2023, 08:21

Son xəbərlər

Bütün xəbərlər

Prezident Fərman imzaladı 

Fərman
17-04-2024 00:32

Nazirdən  yeni təyinat  

Azərbaycan Bələdiyyələri
17-04-2024 00:11

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Yerli səviyyədə abadlaşdırma işlərinin aparılmasında bələdiyyələrin vəzifələri barədə

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərini həll etmək məqsədi ilə yerli ekoloji proqramlar həyata keçirə bilərlər. Həmin proqramlara bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması kimi yerli əhəmiyyətli tədbirlər də daxil edilə bilər. 

Bununla yanaşı, Şəhərsalma və Tikinti Məcəlləsində abadlaşdırma işlərinin aparılmasında yerli icra hakimiyyəti orqanları ilə yanaşı, bələdiyyələrin də hüquq və vəzifələri müəyyən olunmuşdur. Yerli səviyyədə abadlaşdırma tədbirlərinin təşkili zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi vacibdir. 

Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur. Abadlaşdırma tədbirləri həyata keçirilərkən əvvəlcədən mülkiyyətçilər və digər maraqlı şəxslər ilə müzakirə edilməlidir. 

Bələdiyyə ərazisində abadlıq işlərinə başlanılmamışdan əvvəl hazırlıq xarakterli tədqiqatlar aparılmalı, abadlaşdırma ərazisi müəyyən edilərək araşdırma tədbirləri, onların həcmi və müddəti müəyyən edilməli, nəzərdə tutulan abadlaşdırma müzakirə edilməli, habelə abadlaşdırma planı tərtib olunmalıdır.

Bələdiyyə tərəfindən abadlaşdırılacaq ərazinin müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanları (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Mənzil İnşaatı Dövlət Agentliyi (Agentliyin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə) tərəfindən təsdiq edilən qərar qəbul edilməlidir. Qərarda abadlaşdırılmalı olan ərazinin hüdudları, yerinə yetirilməsi nəzərdə tutulmuş abadlaşdırma tədbirləri, onların həcmi və yerinə yetirilməsi müddəti göstərilməli və abadlaşdırılmalı olan ərazinin müəyyənləşdirilməsini əsaslandıran hesabat hazırlanmalıdır.  

Abadlaşdırma tədbirlərinin proqnozlaşdırıla bilən müddət ərzində həyata keçirilməsinin mümkün olmayacağını güman etməyə əsas verən hallar mövcud olduqda abadlaşdırma barədə qərarın təsdiqindən imtina olunur. Abadlaşdırma barədə qərar təsdiq edildiyi gündən 10 gün müddətində bələdiyyə tərəfindən elan olunmalıdır.

Nəzərdə tutulan abadlaşdırma tədbirləri bələdiyyə vəsaiti, habelə abadlaşdırılmalı ərazidə mülkiyyətçilərin və digər maraqlı şəxslərin ianə etdikləri vəsait hesabına maliyyələşdirilir.

Qəbul edilmiş qərarda nəzərdə tutulmuş abadlaşdırma tədbirlərinin yerinə yetirilməsinin nəticələri barədə hesabat bu tədbirlər başa çatdıqdan sonra 1 ay müddətində bələdiyyənin rəsmi internet saytında dərc edilir.

Göstərilənlərə əsasən bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrin bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilərək tətbiq edilməsi tövsiyə olunur.  

Bələdiyyələrlə iş mərkəzi


Digər tövsiyələr