Ziya Kərimov: “Son illərdə bələdiyyənin büdcə gəlirlərində müsbət dinamika müşahidə olunur”
Kürdəmir rayonu Karrar qəsəbə Bələdiyyəsində 2027-ci il üçün büdcə layihəsinin
müzakirəsi aparılıb. Bu barədə
Karrar qəsəbə Bələdiyyəsinin sədri Ziya Kərimov məlumat verib.
Ziya Kərimov
bildirib ki, 2027-ci il üçün bələdiyyə büdcəsinin gəlir hissəsinin 55.000 manat olması nəzərdə tutulub. Növbəti ilin büdcəsində
əsas diqqət sosial müdafiə və müavinət xərclərinə, mədəniyyət, incəsənət,
informasiya və digər fəaliyyətlərə, mənzil-kommunal təsərrüfatına, ətraf
mühitin mühafizəsinə, nəqliyyat və rabitə təsərrüfatına, eləcə də yerli
özünüidarəetmə fəaliyyətinə və digər zəruri xərclərə yönəldiləcək.
Bələdiyyə sədri
qeyd edib ki, büdcə gəlirlərinin artırılması məqsədilə bələdiyyə mülkiyyətinin
özəlləşdirilməsindən əldə olunan vəsaitlərin, fiziki şəxslərdən torpaq və əmlak
vergiləri üzrə daxilolmaların, həmçinin bələdiyyə mülkiyyətinin icarəyə və
istifadəyə verilməsindən əldə olunan gəlirlərin artırılması istiqamətində işlər
nəzərdə tutulub.
Ziya Kərimovun
sözlərinə görə, son illərdə bələdiyyənin büdcə gəlirlərində müsbət dinamika
müşahidə olunur. Belə ki, 10 aylıq dövr üzrə büdcə gəlirləri 2025-ci ildə 24.185 manat, 2026-cı ildə isə 43.621 manat təşkil edib.
Bələdiyyə sədri vurğulayıb ki, əsas məqsəd mövcud gəlir mənbələrindən səmərəli istifadə etməklə büdcə daxilolmalarını artırmaq, əldə olunan vəsaitləri qəsəbənin sosial-iqtisadi inkişafına, abadlıq və quruculuq işlərinə, eləcə də sakinlərin rifahının yaxşılaşdırılmasına yönəltməkdir.
Belediyye.info
Rəylər
0 Rəy