Azərbaycanda hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu prosesi qabaqcıl dünya təcrübəsini əhatə etməklə yanaşı, həm də ölkə vətəndaşlarının hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına xidmət edir. Vətəndaşın bir işçi olaraq hüquqlarının qorunması, əməyinin mühafizəsi, onun üçün sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin prioritet məsələləri sırasındadır. Lakin məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkəni bürüyən iqtisadi böhran əmək münasibətlərinin də pozulmasına gətirib çıxarmışdı. Həmin dövrdə iş yerlərinin bağlanması, işsizliyin artması dərin sosial problem kimi özünü göstərirdisə, mövcud iş yerlərində əməyin təhlükəsizliyi də arxa plana keçmişdir.
Sosial sahənin bütün istiqamətlərində olduğu kimi, əməyin təhlükəsizliyi sferasında da dəyişikliklər yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə gəlişindən sonra baş verdi. Bu baxımdan əməyin təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu sosial siyasətlə bağlıdır. Belə ki, Ulu Öndərin ölkəmizə rəhbərliyə qayıdışından sonra əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunaraq, Beynəlxalq Əmək Təşkilatının konvensiyaları ratifikasiya edilmişdir.
Vətəndaşların
mənsub olduğu əsas hüquqlardan biri də onların təhlükəsiz və sağlam şəraitdə işləmək
hüququdur. Belə ki, Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsına əsasən hər kəsin təhlükəsiz və sаğlаm şərаitdə işləmək,
heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi
minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmçinin Ana
Qanuna əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə
fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var və heç kəs zorla işlədilə bilməz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı və həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayanması sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində də məqsədyönlü dövlət siyasətinin aparılmasına imkan vermişdi. Respublikamızda beynəlxalq standartlara uyğun əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə fəal dövlət siyasəti həyata keçirilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əməyin mühafizəsi dedikdə, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemi başa düşülür. Müasir dövrdə insanların əmək fəaliyyəti ən mürəkkəb istehsal alət və vasitələrdən istifadə ilə əlaqədardır. Bu zaman bədbəxt hadisələrə və digər ağır nəticələrə yol verməmək üçün işçilər təhlükəsizlik texnikası ilə tanış edilməli, müasir şəraitə uyğun əmək təhlükəsizliyi qaydaları yaradılmalıdır. Onlar baş verən bütün pozuntulara görə məsuliyyət daşıyırlar.Əməyin mühafizəsi qaydalarının pozulmasına görə intizam, inzibati, cinayət və maddi məsuliyyət nəzərdə tutulmuşdur. Əməyin mühаfizəsi sаhəsində mülkiyyət üzərində müəyyən vəzifələr qоyur.
Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinə görə müəssisələrin mülkiyyətçiləri və işəgötürənlər əməyin mühаfizəsi sahəsində müəyyən tədbirlərin həyаtа kеçirilməsini təmin еtməlidirlər. Belə ki, əməyin mühafizəsi üzrə stаndаrtlаrın, nоrmаlаrın və qаydаlаrın bütün tələblərinə əməl еdilməsini, binаlаrın, qurğulаrın, tехnоlоji prоsеslərin və аvаdаnlığın təhlükəsizliyinə riаyət еdilməsini, bilаvаsitə iş yеrlərinin sаğlаm sаnitаriyа - gigiyеnа şərаitinin və əməyin mühаfizəsinin qüvvədə оlаn nоrmаtivlərə uyğunlаşdırılmаsını, işçilərə lаzımi sаnitаriyа - məişət və müаlicə - prоfilаktik хidmətlərin təşkilini, müvafiq icra hakimiyyətinin müəyyən еtdiyi müddətdə və fоrmаdа əməyin mühаfizəsi, əmək şərаiti və оnlаrın qüvvədə оlаn nоrmаlаrа uyğunlаşdırılmаsı üçün görülən tədbirlərin nəticələri hаqqındа stаtistik hеsаbаtın vеrilməsini və s. göstərmək olar.
Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin tələblərinə əsasən əməyin mühafizəsi sahəsində bələdiyyə orqanlarının səlahiyyətləri qismində aşağıdakıları qeyd etmək olar:
· bələdiyyə orqanları əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan ərazidə həyata keçirilməsini təmin edirlər;
· əməyin mühafizəsi üzrə sahələrarası yerli əhəmiyyətli proqramlar hazırlayır və onların yerinə yetirilməsini təmin edirlər;
· regional problemlərin həlli və əməyin mühafizəsinin təmin edilməsində mülkiyyətçilərə yardım göstərilməsi üçün onların pay iştirakı və digər vəsaiti hesabına əməyin mühafizəsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yaradır və bu fondların vəsaitinin təyinatı üzrə xərclənməsini təmin edirlər.
Ölkəmizdə
həyatın bütün sahələrində olduğu kimi, əmək fəaliyyəti sahəsində də hüquqi
prinsiplər daim üstün tutulmalıdır. Bu prinsiplər isə hər bir işçinin sağlamlığı,
həyatı üçün iş şəraiti yaradılmasını tələb edir. Digər tərəfdən, öz müəssisəsinin
iqtisadi uğurlarını daim artırmağa çalışan hər bir işəgötürən bunun üçün, ilk növbədə,
öz işçiləri üçün layiqli iş yeri yaratmalı olduğunu heç zaman unutmamalı,
bununla həm də insana və qanuna hörmətini, ümumbəşəri dəyərlərə sədaqətini
ifadə etməlidir.
Qeyd
olunur ki, bələdiyyələr sahibkarlıq fəaliyyətinin subyekti deyillər, özləri
bilavasitə sahibkarlıqla məşğul ola bilməzlər.
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası
Qanununa əsasən, bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunla qadağan
edilməmiş fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxs yarada, onları
yenidən təşkil və ləğv edə bilərlər. Bələdiyyələrin yaratdıqları hüquqi şəxslərin
rəhbərləri ilə münasibətləri mülki və əmək qanunvericiliyinə müvafiq olaraq
qurulur. O cümlədən bələdiyyələrin mülkiyyətində olan müəssisələrdə işçilərin
təhlükəsiz, əlverişli iş şəraitində işləməsinin təmini məqəsdilə əməyin mühafizəsi
sahəsində də maarifləndirici işlər aparması mütləq xarakter daşımalıdır.
Göstərilənlərə əsasən yerli özünüidarəetmə orqanlarının əməyin mühafizəsi sahəsində üzərlərinə qoyulmuş səlahiyyətlərin həyata keçirilməsində qanunvericilik aktlarının tələblərinə əməl olunması tövsiyə edilir.
Bələdiyyələrlə iş baş idarəsi