Masallı rayonu Boradigah qəsəbəsinin ziyalı və hörmətli sakinlərindən biri,Boradigah bələdiyyəsində sədr müavini vəzifəsini icra edən, zəhmətkeşliyi və insanpərvərliyi ilə tanınan Elmurad Əlifəttax oğlu Hüseynov 28 yanvar 1951-ci ildə Boradigah qəsəbəsində anadan olmuş, ömrünü doğma yurduna və onun insanlarına xidmətə həsr etmişdir.
Elmurad Hüseynov sadə, təvazökar həyat tərzi, halal zəhməti
və məsuliyyətli mövqeyi ilə qəsəbə əhalisi arasında daim hörmət və nüfuz
qazanmışdır. O, kəndin inkişafına biganə qalmayan, hər zaman insanların
qayğısına qalan, çətin məqamda köməyini əsirgəməyən bir insan kimi xatırlanır.
Onun səmimiyyəti, əməksevərliyi və xeyirxah əməlləri Boradigah sakinlərinin
yaddaşında daim yaşayacaqdır.
Elmurad Hüseynovun vəfatı ailəsi, yaxınları və onu tanıyan hər
kəs üçün ağır itkidir.Boradigah bələdiyyəsi adından mərhuma Allahdan rəhmət, ailəsinə və
doğmalarına dərin hüznlə baş sağlığı verir və səbir diləyirik.
Ruhu şad, məkanı cənnət olsun.
Masallı rayonu, Boradigah
bələdiyyəsi