Binəqədidə ağacəkmə aksiyası keçirilib
Binəqədi
Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon Bələdiyyəsinin təşkilatçılığı
ilə “Şəhərsalma və Memarlıq İli” və 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə
aksiyası keçirilib.
Aksiya
7-ci mikrorayon Abay Kunanbayev küçəsi 18 ünvanında olan məhəllə parkında
keçirilib.
Ətraf
mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji
tarazlığın qorunması məqsədilə təşkil olunan aksiya çərçivəsində əraziyə 90 ədəd
Eldar şamı əkilib.
Ağacəkmə
aksiyası ölkəmizdə həyata keçirilən ekoloji təşəbbüslərə töhfə verməklə yanaşı,
daha sağlam, təmiz və yaşıl şəhər mühitinin formalaşdırılmasına xidmət edir.
Unutmayaq ki, əkilən hər bir ağac gələcək nəsillərə bəxş etdiyimiz sağlam həyat və təmiz gələcəkdir!
Rəylər
0 Rəy