27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramla!
44 günlük Vətən müharibəsinin başlanğıcını simvolizə edən 27 Sentyabr – Anım Günü ərəfəsində Maştağa Bələdiyyəsi tərəfindən qəsəbəmizdə yerləşən Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq, quruculuq, təmir-tikinti və yaşıllaşdırma işləri həyata keçirilib.
Ümumi sahəsi 11.000 kvadratmetr olan Şəhidlər Xiyabanında şəhidlərimizin
müqəddəs xatirəsinə layiq mühitin yaradılması məqsədilə bir sıra mühüm işlər
görülüb. Xiyabanın giriş və əsas meydan hissəsi yeni asfalt örtüyü ilə yenilənib,
1500 kvadratmetr hasar sahəsi rənglənib, giriş qapıları və məhəccərlər bərpa
edilərək səliqəyə salınıb.
Eyni zamanda, ərazinin yaşıllaşdırılması istiqamətində yeni “limonlu”
şam ağacları və mövsümi güllər əkilib, xiyabanın ümumi ərazisi təmizlənərək
abadlaşdırılıb, üçrəngli dövlət bayraqlarımız yenilənib.
Bu işlər yalnız abadlıq tədbiri deyil, şəhidlərimizin əziz
xatirəsinə göstərilən dərin ehtiramın ifadəsidir. Vətənimizin ərazi bütövlüyü və
suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini yaşatmaq
hər birimizin mənəvi borcudur.
Maştağa Bələdiyyəsi olaraq qəsəbəmizin abadlaşdırılması,
sakinlərin rahatlığının təmin olunması və şəhidlərimizin xatirəsinin daim uca
tutulması istiqamətində görülən işləri bundan sonra da davam etdirəcəyik.
Bu müqəddəs gündə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi
uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad
edir, onların ruhu qarşısında baş əyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə və
doğmalarına səbir versin.
Anar Adıgözəlov
Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy