Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-10-2026 , 00:20

100

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov:  “Büdcə gəlirlərinin artırılması üçün bu məqamları bilmək vacıbdır”


“Əmlak vergisi bələdiyyələrin yerli büdcəsinin formalaşmasında mühüm gəlir mənbələrindən biridir. Bu səbəbdən vergi daxilolmalarının artırılması üçün yalnız vergi dərəcələrinin yüksəldilməsi deyil, mövcud qanunvericiliyin tələblərinə uyğun hər bir bələdiyyə tərəfindən inzibati və təşkilati tədbirlərin görülməsi əsas prioritet olmalıdır”- bu fikirləri Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.

Bələdiyyənin vergi xidməti tərəfindən ilk olaraq  görülməli işlərə toxunan sədr qeyd edib ki, ilk növbədə, əmlakların tam inventarlaşdırılması aparılmalıdır. Buzovna ərazisində yerləşən fərdi yaşayış evləri, qeyri-yaşayış sahələri, kommersiya obyektləri və digər vergiyə cəlb olunan daşınmaz əmlaklar üzrə məlumat bazası yenilənməlidir. Faktiki mövcud olan, lakin bələdiyyənin vergi uçotunda qeydə alınmayan obyektlər müəyyənləşdirilməli, müvafiq məlumatlar dövlət reyestri və digər səlahiyyətli qurumların məlumatları ilə qanun çərçivəsində uzlaşdırlımalıdır.

İkinci  ən mühüm addım vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilməsidir. Əmlak sahibləri, əmlakın sahəsi, təyinatı və qanunvericiliyə uyğun vergitutma göstəriciləri üzrə məlumatlar sistemləşdirilməlidir. Vergi öhdəlikləri düzgün hesablanmalı, güzəştlər və azadolmalar qanunvericiliyə uyğun tətbiq edilməli, vergi borcları olan şəxslərlə bağlı qanuni bildiriş və tələb prosedurları həyata keçirilməlidir.

Üçüncü istiqamət vergi yığımının təşkilinin təkmilləşdirilməsidir. Vətəndaşlara vergi öhdəlikləri barədə vaxtında məlumat verilməsi, ödənişlərin elektron və digər əlçatan üsullarla həyata keçirilməsi, daxilolmaların mütəmadi təhlili və borcların səbəblərinin araşdırılması yığım səviyyəsinin yüksəlməsinə kömək edə bilər.

Bununla yanaşı, Buzovna bələdiyyəsinin vergi xidməti  büdcə gəlirlərinin artırılması üçün Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yaratdığı imkanlarla yanaşı, həmçinin yuxarıda qeyd edilənlərə riayət etməklə bərabər, həm də  ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektləri və əmlak sahibləri ilə daimi görüşlər keçirir və  maarifləndirici iş aparır, əmlak vergisinin yerli infrastrukturun və kommunal əhəmiyyətli layihələrin maliyyələşdirilməsində rolunu izah edirlər.  Bununla yanaşı vergi daxilolmalarının şəffaflığı və büdcə vəsaitlərinin məqsədyönlü istifadəsi vətəndaşların ödəniş intizamına müsbət təsir göstərən amillərdəndir. Odur ki, fəaliyyətimiz barəsində mütəmadi olaraq sakinlərə fəaliyyətimiz barədə məlumatlar verilir, hazırlanmış məlumatlandırıcı  büroşurlar təqdim edilir.

Sədr sonda qeyd edib ki, yuxarıda sadalanan məqamları hər vergi xidmətinin əməkdaşı bilməli və öz fəaliyyətində tətbiq etməlidir. Məhz bu adımlar sayəsində bələdiyyənin büdcə gəlirlərində artıma nail olmaq olar.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər