Təmraz Tağıyev COP31 çərçivəsində keçiriləcək yüksək səviyyəli panel müzakirəsinə dəvət olunub
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) sədri, Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev Türkiyə Respublikası Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində keçiriləcək yüksək səviyyəli panel müzakirəsinə dəvət olunub.
Dəvətə əsasən, Təmraz Tağıyev 16 noyabr 2026-cı il tarixində, saat 14:00-da Antalyada, COP31 Dünya Bələdiyyələr Birliyinin pavilyonunda təşkil edilməsi nəzərdə tutulan “Binalarda enerji səmərəliliyi: Yerli özünüidarəetmə orqanları” adlı panel müzakirəsində panelist qismində iştirak etməyə dəvət edilib.
Paneldə binalarda enerji səmərəliliyinin artırılması, enerji istehlakının və karbon emissiyalarının azaldılması, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın gücləndirilməsi istiqamətində yerli özünüidarəetmə orqanlarının rolu və həyata keçirdikləri layihələr müzakirə olunacaq. Bununla yanaşı, yaşıl maliyyələşdirmə imkanları, texniki dəstək, institusional potensialın artırılması və binaların enerji göstəricilərinə dair məlumatların idarəetmə qərarlarında istifadəsi məsələləri diqqət mərkəzində olacaq.
Belediyye.info
Rəylər
0 Rəy