Əli Əhmədov: “Bələdiyyələrin funksiyalarının və səlahiyyətlərinin daha da genişləndirilməsinə ehtiyac var”
“Etiraf etmək lazımdır ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi və haqqında burada çox yüksək fikirlər bildirilən məlum çıxışında Azərbaycanın keçmişi və müasir reallıqları ilə yanaşı, daha çox ölkəmizin gələcəyi, bu gələcəyin necə təmin edilməsi və necə qorunması məsələləri ön plana çəkilir.
Bu
kontekstdə mühüm rol oynaya biləcək qurumlardan biri də regional inkişaf və
özünüidarəetmə məsələləri ilə məşğul olan bələdiyyələrdir.”
Bu
fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin təşkil etdiyi “Yeni Azərbaycan
Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində
vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda Milli Məclis sədrinin
birinci müavini Əli Əhmədov deyib.
Əli
Əhmədov qeyd edib ki, son illər ərzində Azərbaycanda bələdiyyələrin fəaliyyəti əhəmiyyətli
dərəcədə təkmilləşib. Xüsusilə bələdiyyə fəaliyyətinin saflaşması istiqamətində
görülən işləri xüsusi vurğulamaq istəyirəm. Bu, bələdiyyələrin daha sağlam
bünövrə üzərində fəaliyyət göstərməsi üçün çox etibarlı imkan yaradıb.
Deputat
daha sonra qeyd edib:
“Güman
edirəm ki, bundan sonra da bələdiyyələrin fəaliyyətinin və bu fəaliyyətin əsaslarının
genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək. Müvafiq qurumlar, o
cümlədən Ədliyyə Nazirliyi və digər dövlət orqanları bu istiqamətdə apardıqları
işi davam etdirəcək və ürəkaçan nəticələr əldə olunacaq.
Təbii
ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətli bir hissəsi
Azərbaycanın, xalqımızın, xüsusilə də gənclərimizin əxlaqi və mənəvi dəyərlər əsasında
tərbiyə olunması, bütövlükdə ideoloji sağlamlaşma məsələləri ilə əlaqədardır.
Eyni zamanda, Prezident açıq şəkildə onu da vurğulayırdı ki, istənilən ideoloji
inkişaf və təkmilləşmə müəyyən bir baza üzərində qurulmalıdır. Həmin bazanın
formalaşmasında, inkişafında və təkmilləşdirilməsində müxtəlif qruplarla
yanaşı, bələdiyyələr də mühüm rol oynayırlar.
Bu
gün bələdiyyələrin qarşısında duran vəzifələrə
ayrıca diqqət yetirmək lazımdır. Hazırda bələdiyyələr artıq yeni mərhələyə qədəm
qoyublar. Lakin bu, gələcəyə keçid mərhələsidir. Hesab edirəm ki, müvafiq
qurumlar da bu istiqamətdə düşünürlər.
İndi
bu barədə bir neçə fikir bildirmək istəyirəm.
Birincisi,
qarşımızda duran əsas vəzifələrdən biri, o cümlədən bələdiyyələrin regional
inkişaf baxımından üzərinə düşən başlıca vəzifə iqtisadi inkişafın təmin edilməsidir.
Heydər Əliyevin məşhur bir kəlamı var. Güman edirəm ki, hamınız bunu yaxşı
xatırlayırsınız: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
Hər
şey iqtisadiyyatın üzərində qurulur. Mənəvi inkişaf da öz kökünü
iqtisadiyyatdan, iqtisadi gücdən götürür. Bu mənada bələdiyyələr regional səviyyədə
iqtisadi göstəricilərin yaxşılaşdırılmasında mühüm rol oynamalı olan və bu rolu
yerinə yetirmək potensialına malik qurumlar kimi formalaşıblar. Güman edirəm
ki, bundan sonra da bu istiqamətdə fəaliyyətlərini gücləndirəcəklər.
İkincisi,
iş yerlərinin yaradılması məsələsidir. Təbii ki, iqtisadiyyatın ən mühüm göstəricilərindən
biri ölkədəki iş yerlərinin sayıdır. Bu istiqamətdə də regional kontekstdə bələdiyyələrin
üzərinə mühüm vəzifələr düşür. Buna görə də istər onların funksiyalarının
genişləndirilməsi, istərsə də təşəbbüskarlığının artırılması baxımından fəaliyyətlərinin
genişləndirilməsinə ciddi ehtiyac var.
İnfrastruktur
məsələsinə gəldikdə, bu gün bələdiyyələr, burada da qeyd olunduğu və səsləndirilən
fikirlərdən göründüyü kimi, öz ərazilərində infrastrukturun yaxşılaşdırılması
istiqamətində daha çox iş görə bilirlər. Çünki bunun üçün müəyyən imkanlar
artıq formalaşıb. Güman edirəm ki, bundan sonra onların bu istiqamətdə görəcəkləri
işlərin həcmi daha da artacaq.
Bu
gün yerli və regional səviyyədə müəyyən vəzifələrin həyata keçirilməsində bələdiyyələr
mühüm rol oynayırlar. Bu da onların təşəbbüskarlığından və, təbii ki,
funksiyalarının genişləndirilməsindən asılıdır.
Nəhayət,
Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi, regional inkişafın və yerli
özünüidarəetmənin təkmilləşdirilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu
kontekstdə hesab edirəm ki, yaxın gələcəkdə bələdiyyələrin səlahiyyətlərinin
genişləndirilməsi istiqamətində daha ciddi addımların atılmasına ehtiyac var.
Bu mənada
bələdiyyələrin üzərinə düşən vəzifələr çox məsuliyyətlidir. Bununla yanaşı,
hesab edirəm ki, bələdiyyələrin funksiyalarının və səlahiyyətlərinin daha da
genişləndirilməsinə ehtiyac var.
27 il
ərzində Azərbaycanda bələdiyyələrin inkişafı, xüsusilə əhali ilə ünsiyyət
qurmaq, idarəçilik və təşkilatlanma bacarıqlarının artması mühüm bir bünövrə
yaradıb. Bu bünövrə bələdiyyələrə daha geniş səlahiyyətlərin verilməsinə və
onlardan daha çox nəticə gözlənilməsinə imkan yaradır.
Hesab edirəm ki, istər Ədliyyə Nazirliyi, istər digər müvafiq qurumlar, istərsə də Milli Məclis və qanunverici orqan bu istiqamətdə fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər. Məqsəd Prezident İlham Əliyevin bütövlükdə cəmiyyətimizin qarşısında qoyduğu mühüm vəzifə və hədəflərin həyata keçirilməsində bütün qurumların, o cümlədən yerli özünüidarəetmə orqanlarının — bələdiyyələrin daha səmərəli fəaliyyət göstərməsini təmin etməkdir.”
Belediyye.info
Rəylər
0 Rəy