Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-10-2026 , 00:18

109

Son xəbərlər

Bütün xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nigar Məmmədova: “Xocəsən qəsəbəsində abadlıq və bərpa işləri aparılıb”

““Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkə ərazisində həyata keçirilən abadlıq və quruculuq tədbirləri Xocəsən qəsəbəsində də davam etdirilir. Qəsəbənin ümumi görünüşünün yaxşılaşdırılması, yol kənarlarının səliqəyə salınması və mövcud infrastrukturun qorunması məqsədilə növbəti abadlıq və bərpa işləri həyata keçirilib.

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Xocəsən qəsəbəsinin inzibati ərazisindən keçən hissəsində Binəqədi Rayon İcra Hakimiyyətinin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Xocəsən bələdiyyəsinin birgə iştirakı ilə müvafiq tədbirlər görülüb”- bu barədə Belediyye.infoya məlumat verən Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova bildirib ki, aparılan işlər çərçivəsində yol boyunca qəzalar nəticəsində zədələnmiş hasarlar bərpa edilib, rəngi solmuş sahələr yenidən rənglənərək səliqəyə salınıb. Həmçinin küləyin təsirindən əyilmiş dekorativ hasarların bərpası həyata keçirilib, ərazidəki alaq otları təmizlənib, ictimai istifadə üçün nəzərdə tutulan oturacaqlar və dayanacaqlar rənglənib. Şüşə dayanacaqlar yuyularaq təmizlənib, ərazidə təmizlik və səliqə-sahmanın təmin olunmasına diqqət yetirilib.

Bununla yanaşı, qəsəbə ərazisində qurumuş ağaclarla bağlı məsələnin həlli məqsədilə aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. Bu addım ərazidə yaşıllıqların qorunması, ətraf mühitin sağlamlaşdırılması və sakinlər üçün daha təhlükəsiz, rahat mühitin yaradılması istiqamətində görülən tədbirlərin tərkib hissəsidir.

Xanım sədr qeyd edib ki, bu cür abadlıq və bərpa işləri yaşayış məntəqələrinin estetik görünüşünün yaxşılaşdırılması, ictimai məkanların daha səliqəli saxlanılması və sakinlərin rahatlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xocəsən bələdiyyəsi qəsəbə ərazisində təmizlik, abadlıq və bərpa işlərinin davam etdirilməsinə, mövcud problemlərin aradan qaldırılmasına və yaşayış mühitinin daha da yaxşılaşdırılmasına yönəlmiş tədbirləri bundan sonra da diqqətdə saxlayacaq.

Belediyye.info








Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər