Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-10-2026 , 22:21

151

Son xəbərlər

Bütün xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlfəddin Həsənov: “Sabunçu qəsəbəsi sakinlərinin rahatlığının təmin olunması əsas fəaliyyət istiqamətlərimizdəndir”

“Qəsəbədə abadlıq və quruculuq işlərinin aparılması, sakinlərin rahat yaşayışının təmin edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsini uğurla davam etdiririk”.

Bu fikirləri Belediyye.info-ya Sabunçu rayonu Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov bildirib.

Sabunçu bələdiyyəsi də öz səlahiyyətləri və imkanları çərçivəsində qəsəbənin abadlıq-quruculuq işlərinə töhfə verməyə, ərazidə təmizlik və səliqə-sahmanın qorunmasına, ictimai mühitin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.

Bu layihələrin həyata keçirilməsi bələdiyyədən maliyyə vəsaiti tələb edir. Bu baxımdan, bələdiyyənin vergi xidməti düzgün qurulmuş vergi uçotu sisteminin və Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yaratdığı imkanlardan yararlanaraq büdcə gəlirlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,4 faiz artırılmasına nail olub.

Belə ki, ötən ilin ilk doqquz ayı ərzində bələdiyyə büdcəsinə 166.918 manat daxil olduğu halda, cari ilin eyni dövründə bu göstərici 205.922 manata çatıb. Vergi xidməti ilin sonunadək də bu artım tempini qoruyub saxlamağı hədəfləyir.

Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov qeyd edib ki, qəsəbənin inkişafı və abadlaşdırılması davamlı diqqət tələb edən mühüm məsələlərdəndir.

“Sabunçu rayonu qədim tarixi, zəngin ənənələri və özünəməxsus siması ilə seçilən yaşayış məntəqələrimizdəndir. Qarşımızda duran əsas vəzifələrdən biri bu gözəlliyi qorumaq, qəsəbəmizin daha da abadlaşmasına və sakinlərimizin rahatlığının təmin olunmasına töhfə verməkdir.

Bələdiyyə olaraq imkanlarımız daxilində abadlıq və quruculuq işlərində fəal iştirak etməyə, mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atmağa çalışırıq. İnanırıq ki, yerli qurumların birgə fəaliyyəti, sakinlərin təşəbbüskarlığı və ictimai məsuliyyətin artırılması Sabunçu qəsəbəsinin daha da inkişafına, təmiz və gözəl yaşayış məntəqəsinə çevrilməsinə mühüm töhfə verəcək”, – deyə Əlfəddin Həsənov vurğulayıb.

Sabunçu bələdiyyəsi bundan sonra da qəsəbənin abadlaşdırılması, ekoloji mühitin qorunması və sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirməkdə qərarlıdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər