Lerik Bələdiyyəsinin rəsmi veb-saytının təqdimatı keçirilib
Lerik Bələdiyyəsinin fəaliyyətində rəqəmsallaşma, şəffaflıq və vətəndaşlarla operativ əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım olan rəsmi veb-saytın təqdimat mərasimi keçirilib.
Tədbirdə
Lerik Bələdiyyəsinin sədri Ceyhun Zahidov çıxış edərək rəsmi veb-saytın
yaradılmasının əhəmiyyətindən, müasir idarəetmə prinsiplərinin tətbiqindən, bələdiyyə
fəaliyyətində şəffaflığın təmin olunmasından və vətəndaşlarla əlaqələrin daha
da genişləndirilməsindən danışıb. Qeyd olunub ki, yeni veb-sayt həm Lerik Bələdiyyəsinin
fəaliyyəti haqqında ictimaiyyətin operativ məlumatlandırılmasına, həm də
Lerikin tanıdılmasına və bölgənin turizm potensialının daha geniş auditoriyaya
çatdırılmasına xidmət edəcək.
Tədbirdə
rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qurumların nümayəndələri və
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən
Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlipənah Bayramov, Yeni Azərbaycan
Partiyasının sədr müavini Elnur Məmmədov və Lerik Gənclər və İdman sektorunun
müdiri Natiq İsaqov Lerik Bələdiyyəsinin bu təşəbbüsünü yüksək qiymətləndirərək
rəsmi veb-saytın yaradılmasını müasir dövrün tələblərinə uyğun, mühüm və təqdirəlayiq
addım kimi dəyərləndiriblər.
Çıxışlarda
vurğulanıb ki, rəqəmsal imkanların genişləndirilməsi, məlumatlara əlçatanlığın
təmin edilməsi və ictimaiyyətlə qarşılıqlı əlaqələrin müasir platformalar üzərindən
qurulması yerli özünüidarəetmənin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Təqdimat
iştirakçıları tərəfindən böyük maraqla qarşılanan Lerik Bələdiyyəsinin rəsmi
veb-saytı bələdiyyə ilə vətəndaşlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinə,
fəaliyyətin şəffaf və operativ şəkildə ictimaiyyətə çatdırılmasına, eyni
zamanda Lerikin tarixi, təbiəti və turizm imkanlarının tanıdılmasına yeni
imkanlar yaradacaq.
Lerik Bələdiyyəsi rəqəmsallaşma və müasir idarəetmə istiqamətində fəaliyyətini davam etdirir.
Rəylər
0 Rəy