Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-10-2026 , 22:40

129

Son xəbərlər

Bütün xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Kamandar Zeynalov: “Əmlak vergisinin yığımında şəffaflığın və səmərəliliyin artırılması əsas hədəflərimizdəndir”


Bilgəh Bələdiyyəsi qəsəbədə əmlak vergisinin yığılması prosesinin təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə işin daha səmərəli təşkili və yerli büdcə gəlirlərinin artırılması istiqamətində bir sıra yeniliklərin tətbiqini nəzərdə tutur.

Bu barədə Bilgəh Bələdiyyəsinin sədri Kamandar Zeynalov açıqlamasında bildirib. Onun sözlərinə görə, əmlak vergisinin vaxtında və qanunvericiliyin tələblərinə uyğun şəkildə toplanması bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sədr qeyd edib ki, nəzərdə tutulan yeniliklərin əsas məqsədi vergi uçotunun daha dəqiq aparılması, əmlak sahibləri ilə əlaqələrin gücləndirilməsi, ödəniş prosesində şəffaflığın təmin edilməsi və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılmasıdır.

Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, cari ilin ilk doqquz ayında əmlak vergisi üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz artıb. Belə ki, ötən ilin doqquz ayında 168 197 manat təşkil edən daxilolmalar cari ilin eyni dövründə 186 334 manata çatıb.

“Bələdiyyənin maliyyə imkanları birbaşa yerli gəlirlərin formalaşması ilə bağlıdır. Əmlak vergisinin düzgün hesablanması və vaxtında ödənilməsi qəsəbənin sosial-iqtisadi inkişafına, abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə öz töhfəsini verir. Bu baxımdan, əmlak vergisinin yığılması sahəsində mövcud mexanizmlərin təkmilləşdirilməsi və müasir yanaşmaların tətbiqi bizim üçün prioritet istiqamətlərdəndir.

Məqsədimiz yalnız vergi yığımını artırmaq deyil, eyni zamanda, bu prosesi daha şəffaf, operativ və vətəndaşlar üçün anlaşıqlı etməkdir. Əmlak sahiblərinin məlumatlandırılması, vergi öhdəlikləri ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi və müraciətlərə operativ baxılması diqqət mərkəzində olacaq”, – deyə Kamandar Zeynalov bildirib.

Bələdiyyə sədri vurğulayıb ki, bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər qanunvericiliyin tələblərinə uyğun şəkildə planlaşdırılacaq. Əmlak vergisinin yığılması prosesində sistemli yanaşmanın tətbiqi həm bələdiyyə gəlirlərinin daha düzgün formalaşmasına, həm də yerli əhəmiyyətli məsələlərin həlli üçün maliyyə imkanlarının artırılmasına xidmət edəcək.

Kamandar Zeynalov sakinlərin məlumatlandırılmasının və bələdiyyə ilə vətəndaşlar arasında əməkdaşlığın gücləndirilməsinin nəzərdə tutulan yeniliklərin uğurla həyata keçirilməsində mühüm rol oynayacağını qeyd edib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər