Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-10-2026 , 19:23

170

Son xəbərlər

Bütün xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Şüvəlan bələdiyyəsi olaraq məqsədimiz maliyyə intizamını gücləndirmək və şəffaflığı təmin etməkdir”

“Şüvəlan bələdiyyəsinin fəaliyyətində maliyyə intizamının qorunması, büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi və qanunvericiliklə müəyyən olunmuş öhdəliklərin vaxtında yerinə yetirilməsi əsas prioritetlərdəndir”- bu fikriləri Belediyye.infoya Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.

Sədr qeyd edib ki,  Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə borcların yaranmaması üçün bələdiyyə tərəfindən bir sıra mühüm tədbirlərin görülməsi vacibdir. İlk növbədə, əməkhaqqı və digər məcburi ödənişlər düzgün planlaşdırılmalı, sosial sığorta haqları qanunvericiliyin tələblərinə uyğun hesablanmalı və müəyyən edilmiş müddətlərdə ödənilməlidir.

Bununla yanaşı, bələdiyyənin gəlir və xərclərinə mütəmadi nəzarət edilməli, daxilolmaların artırılması istiqamətində işlər gücləndirilməli, mühasibat uçotunda şəffaflıq təmin olunmalı və aidiyyəti qurumlarla mütəmadi üzləşmələr aparılmalıdır.

Mövcud borc aşkar edildiyi təqdirdə onun yaranma səbəbləri araşdırılmalı, məbləğ dəqiqləşdirilməli və qanunvericiliyə uyğun qaydada ödənilməsi üçün konkret tədbirlər planı hazırlanmalıdır.

Bələdiyyə sədri olaraq  hesab edirəm ki, bələdiyyənin maliyyə öhdəliklərinin vaxtında yerinə yetirilməsi yalnız inzibati məsuliyyət məsələsi deyil, həm də əməkdaşların sosial təminatının qorunması və dövlət qarşısında öhdəliklərə məsuliyyətlə yanaşılması deməkdir. Şüvəlan bələdiyyəsi olaraq məqsədimiz maliyyə intizamını gücləndirmək, DSMF üzrə gecikmiş borcların yaranmasının qarşısını almaq və bələdiyyənin fəaliyyətində şəffaflığı təmin etməkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər