Anar Adıgözəlov: “Qəsəbədə şəhidlərin əziz xatirəsi daim ehtiramla yad edilir”
“Maştağa bələdiyyəsi sakinlərin kollektiv müraciətini nəzərə alaraq, şəhid Saleh Şəfizadə küçəsində yol təmiri və abadlıq işləri həyata keçirib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədr qeyd edib ki, görülən işlər Maştağa Bələdiyyəsinin 2 oktyabr 2026-cı
il tarixli, 20 saylı iclas protokoluna əsasən təşkil olunub. Bələdiyyədə yaradılan işçi qrupu əraziyə yerində baxış keçirildikdən və mövcud vəziyyət
araşdırıldıqdan sonra yolun yararsız vəziyyətdə olması, eləcə də sakinlərin
gediş-gəlişində çətinliklərin yaranması nəzərə alınaraq, müvafiq tədbirlərin
görülməsi barədə qərar qəbul edilib.
Qərarın icrası çərçivəsində yolun səthində torpaq-hamarlama və bərabərləşdirmə
işləri aparılıb, çuxurlar doldurulub, yol örtüyünə çınqıl materialı səpilib.
Görülən işlər nəticəsində ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin
rahatlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Aparılan təmir və abadlıq işləri küçənin yol şəraitinin
yaxşılaşdırılmasına, sakinlərin gündəlik gediş-gəlişinin daha rahat və əlverişli
olmasına şərait yaradıb.
Anar Adögözəlov deyib ki, Maştağa Bələdiyyəsi sakinlərin kollektiv müraciətlərini
daim diqqətdə saxlayaraq, qəsəbədaxili infrastrukturun yaxşılaşdırılması,
abadlıq işlərinin aparılması və yerli əhalini narahat edən problemlərin həlli
istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.
Sədr qeyd edib ki, qəsəbədə şəhidləriin əziz xatirəsi daim ehtiramla yad edilir. Onların adını daşıyan küçələrin abadlaşdırılması isə bu ehtiramın əməli ifadəsidir.
Belediyye.info
Rəylər
0 Rəy