YAP-ın VIII Qurultayının qarşıya qoyduğu yeni hədəflər müzakirə edilib
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Bəhruz Nuriyev 10A” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ulu Öndər Heydər
Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatının
sədr müavini Rəşadət Xalıqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII
Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr
müəyyənləşdirib. O qeyd edib ki, Prezident, YAP sədri cənab İlham Əliyevin
qurultayda səsləndirdiyi fikirlər partiyanın qarşıdakı fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
YAP-ın VIII Qurultayının iştirakçısı, Nizami Bələdiyyəsinin
sədri Vüqar Quliyev çıxışında qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm
hadisə olduğunu bildirib. O qeyd edib ki, qarşıya qoyulan yeni vəzifələrin
icrasında yerli özünüidarəetmə orqanlarının da üzərinə mühüm məsuliyyət düşür.
Vüqar Quliyev bələdiyyələrin fəaliyyətində vətəndaş məmnuniyyətinin əsas
prinsiplərdən biri olduğunu, əhalinin müraciətlərinə həssas və diqqətli
yanaşılmasının, vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsinin vacibliyini
diqqətə çatdırıb.
“Bəhruz Nuriyev 10A” ərazi partiya təşkilatının sədri Heydər
Rəhimov çıxış edərək YAP-ın VIII Qurultayında müəyyənləşdirilən prioritetlərin
yerli təşkilatların fəaliyyətində də əsas istiqamətlərdən biri olduğunu
vurğulayıb. O bildirib ki, ərazi partiya təşkilatları əhali ilə əlaqələrin möhkəmləndirilməsi,
vətəndaşların müraciətlərinin dinlənilməsi və onların narahat edən məsələlərin
aidiyyəti üzrə çatdırılmasında mühüm rol oynayır. Heydər Rəhimov qeyd edib ki,
vətəndaşlarla açıq və səmərəli ünsiyyətin qurulması cəmiyyətin dövlət və
ictimai institutlara etimadının daha da möhkəmlənməsinə xidmət edir.
Nizami Bələdiyyəsinin şöbə müdiri Müjgan Məmmədzadə
çıxışında bələdiyyə əməkdaşlarının vətəndaşlarla gündəlik ünsiyyətinin xüsusi əhəmiyyət
daşıdığını bildirib. O qeyd edib ki, müraciətlərin diqqətlə dinlənilməsi,
problemlərin öyrənilməsi və onların həlli istiqamətində müvafiq addımların
atılması vətəndaş məmnuniyyətinin təmin olunmasının mühüm şərtlərindəndir.
Müjgan Məmmədzadə bələdiyyə əməkdaşlarının fəaliyyətində peşəkarlıq, məsuliyyət
və vətəndaşlara diqqətli münasibətin əsas prinsiplərdən olduğunu vurğulayıb.
Tədbir zamanı Yeni Azərbaycan Partiyasının VIII Qurultayında
müəyyənləşdirilən yeni hədəflər, qarşıdakı dövrdə partiya təşkilatlarının
qarşısında duran vəzifələr, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, vətəndaş
məmnuniyyətinin təmin olunması və əhali ilə əlaqələrin daha da gücləndirilməsi
məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Rəylər
0 Rəy