Anar Adıgözəlov: “Şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək Maştağa bələdiyyəsi üçün daim prioritet məsələ olub”
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz şücaət göstərən igid oğullarımızın adları xalqımızın yaddaşında əbədi yaşayır.
Müzəffər hərbçilərimizdən
biri — Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı
ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq
görülmüş leytenant Koroğlu İsmayıl oğlu Rəhimovdur.
Bu fikirləri
Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.
Sədr qeyd
edib ki, şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək, onların ailə üzvlərinin
qayğılarına həssaslıqla yanaşmaq Maştağa bələdiyyəsi üçün daim prioritet məsələ
olmaqla, həm də mənəvi borc hesab
olunur.
Bu mənəvi
məsuliyyəti rəhbər tutaraq, Milli Qəhrəmanın həyat yoldaşı Aybəniz xanım Rəhimovanın
bələdiyyəmizə etdiyi müraciət dərhal nəzarətə götürülmüşdür. Bələdiyyə iclasının
03.11.2026-cı il tarixli, 22 saylı qərarına əsasən:
Sabunçu
rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi (1-ci kvartal), Elşən
Mehdiyev küçəsində 06.11.2026-cı il tarixlərində 325 metr uzunluğunda və 6 metr
enində olan (ümumi 1950 m²) məhəllədaxili yol xüsusi texnika ilə hamarlanmış,
karbonat və şeben materialı yayılaraq sıxlaşdırılmışdır. Nəticədə küçə sakinlərin,
eləcə də piyada və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün
tam yararlı vəziyyətə gətirilmişdir.
Vətən
uğrunda canından keçən qəhrəmanlarımız unudulmur, onların bizlərə əmanəti olan
ailələrinə hörmət və ehtiram daim yaşadılacaqdır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəylər
0 Rəy