Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-10-2026 , 19:12

144

Son xəbərlər

Bütün xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlihüseyn Ağayev: “Sakinlərin dəstəyi və məsuliyyətli yanaşması qəsəbənin inkişaf etməsi üçün mühüm amildir”

“Nardaran bələdiyyəsi olaraq əsas məqsədimiz yerli büdcənin gəlirlərini artırmaq, vergi daxilolmalarının səmərəliliyini yüksəltmək və əldə olunan vəsaitlərin bələdiyyə ərazisinin inkişafına yönəldilməsini təmin etməkdir”- Nardaran bələdiyyəsinin sədri Əlihüseyn Ağayevin açıqlamasında qeyd edilir ki,  2024–2026-cı illərin ilk üç rübü üzrə torpaq və əmlak vergilərindən əldə olunan gəlirlərin təhlili göstərir ki, bələdiyyənin maliyyə daxilolmalarında əhəmiyyətli dəyişikliklər baş vermişdir.

Belə ki, 2024-cü ildə torpaq və əmlak vergiləri üzrə ümumi gəlir 109.876 manat təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 91.668 manata enmişdir. 2026-cı ilin ilk üç rübündə isə ümumi gəlir 218.068 manata çatmışdır. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 126. 400 manat artım deməkdir. 

Sədr xüsusilə qeyd edib ki, 2026-cı ildə torpaq vergisindən 76.402 manat, əmlak vergisindən isə 141.665 manat gəlir əldə olunmuşdur. Bu göstəricilər vergi daxilolmalarının artırılması istiqamətində aparılan işlərin əhəmiyyətini bir daha ortaya qoyur.

Hesab edirik ki, bələdiyyə büdcəsinin möhkəmləndirilməsi yerli infrastrukturun yaxşılaşdırılması, abadlıq işlərinin genişləndirilməsi və sakinlərin ehtiyaclarının qarşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Sədr sonda qeyd edib ki, sakinlərin dəstəyi və məsuliyyətli yanaşması Nardaranın daha da inkişaf etməsi üçün mühüm amildir. Əminik ki, birgə səylərimiz nəticəsində bələdiyyəmizin maliyyə imkanları daha da genişlənəcək və bu, ərazimizin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər