Nigar Məmmədova: “Sakinlərin müraciətləri əsasında qəsəbəmizdə abadlıq işləri davam etdirilir”
Binəqədi rayonu, Xocasən bələdiyyəsi tərəfindən qəsəbənin 2-ci döngəsində asfaltlanma işləri həyata keçirilib. Layihə sakinlərin müraciətləri və ərazidə yol infrastrukturunun yaxşılaşdırılması zərurəti nəzərə alınaraq icra olunub.
Bələdiyyə sədri Nigar Məmmədova bildirib ki, sakinlərin
müraciətlərinin dinlənilməsi, onların gündəlik həyatında qarşılaşdıqları
problemlərin həlli və qəsəbədə abadlıq işlərinin aparılması əsas fəaliyyət
istiqamətlərindəndir.
“Bizim əsas məqsədimiz sakinlərin rahatlığını təmin etmək,
onların müraciətlərinə həssaslıqla yanaşmaq və mövcud problemlərin həlli
istiqamətində konkret addımlar atmaqdır. Qəsəbənin 2-ci döngəsində asfalt işlərinin
görülməsi də sakinlərin müraciətləri əsasında həyata keçirilib. Bundan sonra da
imkanlarımız daxilində qəsəbəmizin infrastrukturunun yaxşılaşdırılması,
yolların abadlaşdırılması və sakinləri narahat edən məsələlərin həlli istiqamətində
işlərimizi davam etdirəcəyik”, – deyə Nigar Məmmədova qeyd edib.
Belediyye.info
Rəylər
0 Rəy