Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-08-2026 , 21:40

117

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Bələdiyyə olaraq sakinlərin hər bir müraciətini diqqətdə saxlayırıq”


“Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Albalılıq bağ massivində məhəllədaxili yolun vəziyyəti ilə bağlı sakinlər tərəfindən 04.08.2026-cı il tarixində Maştağa Bələdiyyəsinə kollektiv müraciət daxil olmuşdur”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, müraciət əsasında əraziyə baxış keçirilmiş, yolun uzun müddət istismarı nəticəsində yaranmış çökəklik və çuxurlar, eləcə də hərəkətdə yaranan çətinliklər yerində araşdırılmışdır. Aparılmış araşdırmanın nəticələrinə əsasən məsələ Maştağa Bələdiyyəsinin 10.08.2026-cı il tarixli, 16 saylı iclas protokolunda müzakirə edilmiş və yolun cari təmiri və abadlaşdırılması ilə bağlı müvafiq qərar qəbul olunmuşdur.

Qəbul edilmiş qərarın icrası çərçivəsində həmin ərazidə, yol səthi xüsusi texnika ilə hamarlanmış, çökəklik və çuxurlar doldurulmuş,müvafiq yol materialları ilə səth möhkəmləndirilmiş, bərabərləşdirilmiş və nəticədə sakinlərin və nəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait yaradılmışdır.

Sədr qeyd edib ki, Maştağa bələdiyyəsi üçün sakinlərin müraciət və təklifləri fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Daxil olan müraciətlər dərhal araşdırılır, real ehtiyaclar müəyyən edilir və mövcud imkanlar çərçivəsində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir.

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1558