Anar Adıgözəlov: “Bələdiyyə olaraq sakinlərin hər bir müraciətini diqqətdə saxlayırıq”
“Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Albalılıq bağ massivində məhəllədaxili yolun vəziyyəti ilə bağlı sakinlər tərəfindən 04.08.2026-cı il tarixində Maştağa Bələdiyyəsinə kollektiv müraciət daxil olmuşdur”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədr qeyd edib ki, müraciət əsasında əraziyə baxış
keçirilmiş, yolun uzun müddət istismarı nəticəsində yaranmış çökəklik və
çuxurlar, eləcə də hərəkətdə yaranan çətinliklər yerində araşdırılmışdır.
Aparılmış araşdırmanın nəticələrinə əsasən məsələ Maştağa Bələdiyyəsinin
10.08.2026-cı il tarixli, 16 saylı iclas protokolunda müzakirə edilmiş və yolun
cari təmiri və abadlaşdırılması ilə bağlı müvafiq qərar qəbul olunmuşdur.
Qəbul edilmiş qərarın icrası çərçivəsində həmin ərazidə, yol
səthi xüsusi texnika ilə hamarlanmış, çökəklik və çuxurlar doldurulmuş,müvafiq
yol materialları ilə səth möhkəmləndirilmiş, bərabərləşdirilmiş və nəticədə
sakinlərin və nəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait
yaradılmışdır.
Sədr qeyd edib ki, Maştağa bələdiyyəsi üçün sakinlərin
müraciət və təklifləri fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Daxil
olan müraciətlər dərhal araşdırılır, real ehtiyaclar müəyyən edilir və mövcud
imkanlar çərçivəsində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir.
Rəylər
0 Rəy