Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-07-2026 , 17:50

224

Son xəbərlər

Bütün xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ceyhun Zahidov: “Yarım il ərzində əmlak vergisinin həcmini 30 dəfəyədək artıra bilmişik”


“Lerik bələdiyyəsinin cari ilin ilk altı ayında əldə etdiyi büdcə gəlirlərinin ümumi həcmi iyirmi min manata yaxın olub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ceyhun Zahidov deyib.

Sədr qeyd edib ki, cari ilin ilk altı ayı ərzində fiziki şəxslərdən yığılan  torpaq vergisinin həcmi 322 manat, fiziki şəxslərin  əmlak vergisinin həcmi 2 466 manat, bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən isə 16.900 manat vəsait bələdiyyə büdcəsinə vəsait daxil olub.

Son üç ilin büdcə gəlirlərinin təhlili göstərir ki, cari ildə bələdiyyənin büdcə gəliri 2024-cü illə müqayisədə 84 faiz, 2025-ci illə müqayisədə isə 27 dəfəyədək artıb.  Belə ki, 2024-cü ilin altı ayı ərzində -10.685 manat, 2025-ci ilin ilk  altı ayı ərzində cəmi 706 manat, cari ildə isə 19.688 manat əldə olunub.

Göründüyü kimi, 2026-cı ilin ilk 6 ayında yerli vergilərin yığımında əvvəlki illərlə müqayisədə ciddi şəkildə artım müşahidə oluinub. 2024-cü illə müqayisədə əmlak vergisinin həcmi  təxminən 30 dəfəyədək  artmışdır.

Bu gün bələdiyyənin qarşıya qoydugu əsas vəzifə yerli büdcə gəlirlərinin artırılmasıdır. Bununla yanaşı vergi və ödənişlərin tam yığılmasının təmin edilməsi, büdcə gəlirləri hesabına həyata keçirilən layihələri həcminin artırılması bələdiyyənin əsas vəzifələrindəndir. Bələdiyyənin kollektivi hazırda bu istiqamətdə ciddi şəkildə çalışır.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında keçirilən bələdiyyə seçkilərində Lerik bələdiyyəsinə

 Cəngəmiran bələdiyyəsi birləşdirildiyindən bələdiyyənin inzibati ərazisinə Lerik şəhərindən başqa  Cəngəmiran, Hıramo, Pirzəkücə kəndləri də daxil olub.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər