Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-10-2026 , 20:56

143

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: “Pirəbədil Bələdiyyəsi Ağbaş kəndində 17 ailənin içməli su problemini həll edib”


“Bu günlərdə Şabran rayonunun Pirəbədil Bələdiyyəsi tərəfindən Ağbaş kəndində 17 evin içməli su ilə təmin olunması istiqamətində mühüm iş görülüb. Belə ki, Ağbaş kəndində yerləşən Şəhidlər bulağından suyun verilməsini təmin etmək məqsədilə qoşa su mühərriki  alınaraq əraziyə gətirilib və Pirəbədil Bələdiyyəsi tərəfindən quraşdırılıb. Görülən işlər nəticəsində 720 metr uzunluğunda içməli su xəttində mövcud olan problem aradan qaldırılıb.”

Bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.

Sədr qeyd edib ki, qərara alınıb ki, hər gün iki saat ərzində xəttə su vurulsun ki,17 evdə yaşayan ailələr də  içməli sudan istifadə edə bilsinlər. Quraşdırılan motorun imkanları sayəsində gələcəkdə daha çox ailənin bu sudan faydalanması da mümkün olacaqdır.

Qeyd edilməlidir ki, əhalinin gündəlik tələbatının qarşılanması, insanların içməli suya əlçatanlığının təmin olunması istiqamətində görülən bu işlər böyük əhəmiyyət daşıyır. 

Belediyye.info






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər