Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-10-2026 , 20:35

113

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Quba rayonunda bələdiyyə sədrləri ilə işgüzar görüş keçirilib

Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda mühüm işgüzar görüş təşkil olunub. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov və rayon üzrə bələdiyyə sədrləri iştirak ediblər.
Görüşdə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı aktual məsələlər, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatı, kadastr işlərinin aparılması və bu sahədə qarşıya çıxan problemlərin həlli yolları müzakirə edilib. Tədbir açıq diskussiya formatında davam edib, bələdiyyə sədrlərini maraqlandıran suallar ətraflı cavablandırılıb, təklif və rəylər dinlənilib.
Qeyd olunub ki, bələdiyyələrlə dövlət qurumları arasında əlaqəli və səmərəli fəaliyyət əhalinin xidmətlərdən operativ və keyfiyyətli yararlanmasına, eləcə də yerlərdə idarəetmənin təkmilləşdirilməsinə mühüm töhfə verir.
Görüşün sonunda qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi və belə təmasların müntəzəm xarakter alması məqsədəuyğun hesab edilib.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər