Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-10-2026 , 23:41

100

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib

Şabran Bələdiyyəsində vətəndaşların müraciətlərinin dinlənilməsi, qarşılaşdıqları problemlərin araşdırılması və həlli məqsədilə növbəti vətəndaş qəbulu keçirilib. Qəbulu bələdiyyə sədri Fidan Fərzəliyeva aparıb.

Qəbul zamanı sakinlər tərəfindən əsasən əkin və örüş sahələrinin bölgüsü, torpaq münasibətləri, sosial məsələlər və kommunal xidmətlərlə bağlı müraciətlər səsləndirilib.

Bələdiyyə sədri vətəndaşların müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Yerində həlli mümkün olan problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.

Qeyd olunub ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, problemlərinin vaxtında araşdırılması və həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə bu cür qəbullar mütəmadi olaraq təşkil edilir.

Şabran bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər