Mingəçevir bələdiyyəsində görüş keçirilib
Mingəçevir bələdiyyəsində sədr Anar İsmayılovun “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri, Belediyye.info portalının təsisçisi Vüqar Tofiqlinin iştirakı ilə görüş keçirilib.
Görüşdə
bələdiyyənin üzləşdiyi mövcud problemlər, onların aradan qaldırılması istiqamətində
görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Eyni zamanda,
indiyədək Mingəçevir bələdiyyəsinin əldə etdiyi nailiyyətlər, həyata keçirilən tədbirlər və fəaliyyətin
daha da təkmilləşdirilməsi imkanları diqqət mərkəzində olub.
Söhbət zamanı mövcud problemlərin həlli üçün müvafiq
addımların atılmasının, fəaliyyətin səmərəliliyinin artırılmasının və qarşıya
qoyulan məqsədlərə nail olmaq üçün birgə səylərin vacibliyi vurğulanıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, gələcək fəaliyyət istiqamətləri və görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
Görüşün sonunda xatirə şəkli çəkilmiş və qarşılıqlı hədiyyələr təqdim edilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy