Zeynəlabdin Zeynalov: “27 Sentyabr xalqımız üçün həm hüzn, həm qürur, həm də milli yaddaş günüdür”
Sədr qeyd edib ki,Azərbaycan xalqının yaddaşında xüsusi və
müqəddəs yer tutan belə tarixlərdən biri də 27 Sentyabr – Anım Günüdür. Bu gün
Vətənimizin ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin
əziz xatirəsinə ehtiramın ifadəsidir. 27 Sentyabr xalqımız üçün həm hüzn, həm
qürur, həm də milli yaddaş günüdür.
Sədr qeyd edib ki, 27
Sentyabr – Anım Günündə kənd ictimaiyyətinin iştirakı ilə şəhidlərin abidəsi
ziyarət olunub. Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi
uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, abidə
önünə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.
Daha sonra şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi təşkil
olunub. Tədbirdə şəhidlərimizin qəhrəmanlığının və Vətən qarşısında göstərdikləri
fədakarlığın heç vaxt unudulmayacağı vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq
Belediyye.info
Rəylər
0 Rəy