Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-10-2026 , 14:25

134

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Vəliyeva: “Tərtərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin əsas məqsədi sakinlər üçün əlverişli yaşayış mühiti formalaşdırmaqdır”

“Tərtər şəhərində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik həyat şəraitinin yaxşılaşdırılması və ictimai məkanların abadlaşdırılması istiqamətində görülən işlər  Tərtər bələdiyyəsi tərəfindən davam etdirilir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tünzalə Vəliyeva deyib.

Xanım sədr deyib ki,Tərtər Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Tərtər bələdiyyəsi tərəfindən şəhərin M. Hüseynzadə və Vasif Hüseynov küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli yaşayış binasının qarşısında sakinlərin istifadəsi üçün açıq istirahət guşəsi yaradılıb.

Günəşli və yağışlı havalarda sakinlərin dincəlməsi və asudə vaxtlarını daha səmərəli keçirməsi üçün nəzərdə tutulan bu söhbətdah bina sakinlərinin gündəlik ehtiyacları nəzərə alınmaqla qurulub.

Sədr qeyd edib ki, belə təşəbbüslər yalnız şəhərin abadlığına deyil, həm də sakinlərin rifahına və ictimai mühitin daha əlverişli olmasına xidmət edir. Kiçik görünən, lakin gündəlik həyatda böyük əhəmiyyət daşıyan bu cür addımlar insanlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Tərtərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin əsas məqsədi şəhərin simasını daha da gözəlləşdirmək, sakinlər üçün rahat və əlverişli yaşayış mühiti formalaşdırmaqdır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər