Mingəçevir bələdiyyəsində dəyirmi masa keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Mingəçevir Bələdiyyəsində
“Əbədi yaddaş, unudulmaz qəhrəmanlıq!” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi
uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
və Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Dəyirmi masada Mingəçevir Bələdiyyəsinin sədri Anar
İsmayılov “27 Sentyabr – Anım Gününün tarixi və mənəvi əhəmiyyəti” mövzusunda
çıxış edib. O, Anım Gününün xalqımızın milli yaddaşındakı xüsusi əhəmiyyətindən,
44 günlük Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin
bərpasındakı tarixi rolundan bəhs edib. Sədr şəhidlərimizin Vətən uğrunda göstərdiyi
misilsiz fədakarlığın daim ehtiramla yad edilməsinin və onların qəhrəmanlıq
yolunun gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.
Dəyirmi masada Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədri Əliağa Bəndəliyev “44 günlük
Vətən müharibəsinin tarixi reallıqları və Zəfərə aparan yol” mövzusunda, Şəhid
Ailələrinin Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova isə “Şəhid ailələrinin cəmiyyətimizdəki
yeri və onların mənəvi irsinin yaşadılması” mövzusunda çıxış ediblər. Həmçinin
millət vəkilinin köməkçisi, ehtiyatda olan mayor Pərviz Məmmədov mövzu ətrafında
çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan hərbçilərinin
göstərdiyi qəhrəmanlıq və şəhidlərimizin şərəfli döyüş yolu barədə fikirlərini
bölüşüb.
Tədbir iştirakçıların mövzu ətrafında fikir mübadiləsi aparması ilə davam edib.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy