Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-10-2026 , 21:16

123

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ruslan Əhmədov: “Bələdiyyə tərəfindən küçələrin işıqlandırılması və abadlıq işləri davam etdirilir”

“Bərdə şəhərində küçələrin işıqlandırılması, abadlıq işlərinin genişləndirilməsi və sakinlər üçün daha rahat yaşayış şəraitinin yaradılması istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir. Bununla bağlı bələdiyyə tərəfindən şəhərin infrastrukturunun yaxşılaşdırılması, küçə və yolların müasir tələblərə uyğun vəziyyətə gətirilməsi, eləcə də əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq işlər həyata keçirilir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ruslan Əhmədov deyib.

Sədr qeyd edib ki, Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bərdə bələdiyyəsinin maliyyə  vəsaiti hesabına Şəhid Ədalət Ədilov, Şəhid Əli Məmmədzadə, Şəhid Şakir İsmayılov və Cavanşir küçələrində işıqlandırma sisteminin qurulması istiqamətində işlər görülüb. Həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan küçələrdə işıq plafonları quraşdırılıb, elektrik xətləri çəkilərək ərazilərin işıqlandırılması təmin edilib.

Görülən işlər nəticəsində həmin küçələrdə gecə saatlarında işıqlandırma şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu da sakinlərin axşam və gecə saatlarında küçələrdə daha rahat və təhlükəsiz hərəkət etməsinə, yol-nəqliyyat hadisələri riskinin azaldılmasına, eləcə də ictimai məkanlardan daha səmərəli istifadəyə müsbət təsir göstərir.

Küçə işıqlandırmasının yaxşılaşdırılması şəhər mühitinin daha əlverişli və müasir görünüş almasına, sakinlərin gündəlik həyat şəraitinin yüksəldilməsinə xidmət edən mühüm tədbirlərdəndir. Xüsusilə şəhidlərin adını daşıyan küçələrdə aparılan bu işlər həmin ərazilərin abadlaşdırılması və infrastrukturunun yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Bərdə Şəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilən bu tədbirlər şəhərin abadlaşdırılması, kommunal infrastrukturun yaxşılaşdırılması və əhalinin rahatlığının təmin olunması istiqamətində görülən işlərin tərkib hissəsidir. Bu cür təşəbbüslər şəhərin daha səliqəli, işıqlı və təhlükəsiz yaşayış məkanına çevrilməsinə töhfə verir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər