Asif Həşimov: “Məqsədimiz daha abad və müasir Vəndam qurmaqdır”
“Vəndam bələdiyyəsi tərəfindən qəsəbədaxili yol infrastrukturunun yenilənməsi və sakinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə növbəti abadlıq işi uğurla həyata keçirilib” -bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Asif Həşimov deyib.
Sədr qeyd edib ki, bu günlərdə vergi ödəyicilərinin müraciəti
əsasında bələdiyyənin İmam Səfərov küçəsinin 1.050 metr uzunluğunda hissəsi
asfaltlanaraq sakinlərin istifadəsinə verilib.
Həyata keçirilən asfaltlanma işləri nəticəsində küçədə nəqliyyat
vasitələrinin və piyadaların hərəkəti üçün daha rahat şərait yaradılıb, yol
infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Sədr daha sonra qeyd edib ki, Vəndam Bələdiyyəsi olaraq qəsəbəmizin
abadlaşdırılması, yol infrastrukturunun yaxşılaşdırılması və sakinlərimizin həyat
şəraitinin yüksəldilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk.
Bu layihə bələdiyyə-vətəndaş əməkdaşlığının və birgə səylərin
bariz nümunəsidir.
Sədr layihənin icrasına dəstək göstərən bütün sakinlərə təşəkkür
etməyi unutmayıb. Sədr bildirib ki, məqsədimiz daha abad və müasir Vəndam
qurmaqdır! Fəaliyyətimiz bu istiqamətdə davam edəcək.
Belediyye.info
Rəylər
0 Rəy