Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-10-2026 , 00:32

81

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elvin Yusubov: “Məqsədimiz büdcə gəlirlərini artırmaqla sakinlərin etimadını doğrultmaqdır”


“Muxax bələdiyyəsi olaraq cari ildə büdcə gəlirlərinin artırılması istiqamətində vergi xidmətimiz var gücü ilə çalışır. Məhz bu fəaliyyətin nəticəsidir ki, büdcə gəlirlərində əhəmiyyətli artım müşahidə olunur”. Bu fikirləri Belediyye.info-ya Zaqatala rayonu, Muxax bələdiyyəsinin sədri Elvin Yusubov bildirib.

Büdcə gəlirlərinin müqayisəsi göstərir ki, 2025-ci ilin ilk doqquz ayı ərzində bələdiyyənin ümumi gəlirləri 64.509 manat olduğu halda, 2026-cı ilin müvafiq dövründə bu göstərici 103 635 manata yüksəlib. Beləliklə, büdcə gəlirləri 39.125 manat və ya təxminən 60,7 faiz artıb.

Cari ilin ilk doqquz ayı ərzində əldə olunan gəlirlərin 13.229 manatı əmlak vergisinin, 22.284 manatı torpaq vergisinin, 13.012 manatı bələdiyyə mülkiyyətinin icarəyə verilməsinin, 44.223 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinin, 10.332 manatı isə fındıq və ot satışının payına düşüb.

Əmlak vergisi üzrə daxilolmalar da əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2025-ci ilin ilk doqquz ayı ərzində bu mənbədən 7.050 manat gəlir əldə olunduğu halda, 2026-cı ilin müvafiq dövründə göstərici 13.229 manata çatıb. Nəticədə əmlak vergisi üzrə daxilolmalarda təxminən 87,6 faiz artım qeydə alınıb.

Ən yüksək artım isə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən əldə olunan gəlirlər üzrə müşahidə edilib. Belə ki, 2025-ci ilin ilk doqquz ayında bu mənbədən 14.440 manat gəlir əldə olunduğu halda, cari ilin müvafiq dövründə məbləğ 44.223 manata yüksəlib. Bu, təxminən 206,3 faiz artım deməkdir.

Digər gəlir mənbələri üzrə də müsbət dinamikanın müşahidə olunması bələdiyyənin büdcə imkanlarının genişlənməsinə töhfə verib.

Elvin Yusubov bildirib ki, əldə olunan nəticələr büdcə gəlirlərinin artırılması istiqamətində görülən işlərin səmərəliliyini göstərir.

“Əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla sakinlərin etimadını doğrultmaq, əldə olunan imkanlardan bələdiyyənin və sakinlərin rifahı naminə səmərəli istifadə etməkdir”, – deyə bələdiyyə sədri vurğulayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər