Xocasən bələdiyyəsi hesabat verir
Binəqədi rayonu Xocəsən bələdiyyəsi tərəfindən 20 ümumi iclas keçirilərək 125 qərar qəbul
edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0
və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyinin
Bələdiyyələrlə İş Portalına yüklənilmişdir. Müzakirə edilmiş məsələlər
sırasında sosial, maliyyə məsələləri, və s. olmuşdur.
30 mart 2023-cü il tarixində Binəqədi rayonu Xocəsən
bələdiyyəsinin təşkilatçılığı ilə Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivində
yerləşən şəhid və qazi ailələrinin yaşadıqları şəhərcikdə Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası
keçirilmiş və 150 ədəd ağac əkilmişdir.
Eyni zamanda mövsümə uyğun olaraq, iməcliklər təşkil
edilmişdir. Bələdiyyə ərazisində, yol kənarlarında və qəbiristanlıq
ərazilərində olan quru otlar biçilmiş və həmin ərazilərin təmizlənməsi
istiqamətində işlər görülmüşdür. Yaşıllıq sahələri hər zaman diqqət mərkəzində
saxlanılaraq, mütəmadi olaraq suvarılmış və alaq otlarının təmizlənməsi,
agacların budanmasi işləri həyata keçirilmişdir.
2023-cü ildə Xocəsən bələdiyyəsi tərəfindən Müqəddəs Ramazan
ayı ərəfəsində ifttar süfrəsi təşkil edilmişdir. Həmçinin, Qurban bayramı
münasibəti ilə qəsəbə ərazisində yaşayan aztəminatlı ailələrə qurban payları
verilmişdir.
2023-ci il ərzində bələdiyyə ərazisində yaşayan şəhid
ailələrinin yaşadıqları küçəyə şəhidin adının verilərək əbədiləşdirilməsi
barədə müraciətləri, İcra Hakimiyyətinə ünvanlanmış və Bakı Şəhər İcra
Hakimiyyətinin başçısının 29.01.2024-cü il tarixli, 13 saylı Sərəncamı ilə
Gənclik və Gənclər küçələrinin adları
dəyişdirilərək, şəhid Vüsal Məhərrəmov və şəhid Dinar Mustafayevin adına
verilmişdir.
Eyni zamanda bələdiyyə tərəfindən şəhid ailələrinin
müraciətlərinə əsasən onlara maddi yardımlar göstərilmişdir.
Bundan əlavə qəsəbədaxili yolların asfaltlanmasi üçün
aidiyyəti qurumlara muraciətlər ünvanlanmış və ötən dövrdə bir sıra küçələrə
asfalt örtüyü çəkilmiş, qəsəbə ərazisindəki digər küçələr isə tədbirlər planına
salınmışdır.
Qış mövsümü ilə əlaqədar, qarlı hava şəraitində Xocəsən
bələdiyyəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirmiş, yağan
qarın buzlaşmasının qarşısının alınması və vətəndaşların təhlükəsiz hərəkətinin
təmin edilməsi məqsədilə duz və qum ehtiyatı alınaraq, qəsəbədaxili avtomobil
və piyada yollarına səpilmiş və ərazi mütəmadi nəzarətdə saxlanılmışdır.
2023-cü ildə yeni tədris ilinin başlanması ilə əlaqədar
qəsəbə ərazisində yaşayan 28 ədəd şagird Xocəsən bələdiyyəsi tərəfindən
məktəbli forması ilə təmin edilmişdir.
Bələdiyyədə vergi ödəyicilərinin müəyyənləşdirilməsi və
siyahıya alınmasının təmin edilməsi məqsədilə komissiyası yaradılmışdır.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər
görülmüşdür. Qanunvericiliyə uyğun olaraq, İcra şöbələrinə 304 nəfər vergi ödəyicisi barədə müraciət
ünvanlanmışdır. Nəticədə bələdiyyə büdcəsinə vergilərin ödənilməsi daha
səmərəli təmin edilmişdir.
Ödənilmiş vergilər və
rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara
verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
2022-ci il ərzində
bələdiyyə büdcəsinə 280974 manat, 2023-cü il ərzində isə bələdiyyə büdcəsinə
326788,36 manat gəlir daxil olmuş, 2022-ci il üzrə xərclər 283860.00 manat,
2023-cü il üzrə isə 323819,31 manat təşkil etmişdir.
2022-ci il ərzində büdcə gəlirlərinin əsas mənbəyi olan-
torpaq icarəsindən və vergisindən 41941.00 manat, 2023-cü ildə isə 47295.40
manat, 2022-ci il əzrində əmlak vergisindən-198633.00 manat, 2023-cü ildə isə
236392.96 manat, bələdiyyənin fəaliyyətindən 3100.00 manat, Dövlət büdcəsindən
ayrılan dotasiyadan isə 40000.00 manat
vəsait daxil olmuşdur.
2023-cü il ərzində bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər
aşağıdakı istiqamətlərdə xərclənmişdir:
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və
qulluqçularının əmək haqqına 164186,05 manat, əmək haqqına üstəlik (məcburi
dövlət sosial sığorta,işsizlikdən sığorta,icbari tibbi sığorta haqqları) 100
389,00 manat, bələdiyyənin saxlanılmasına isə 59244.26 manat xərclənmişdir.
Binəqədi rayon Xocəsən bələdiyyəsində vətəndaşların
müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, 2023-cü il ərzində vətəndaşlardan daxil
olmuş müraciətlərə əsasən vətəndaşlara 2804 arayış verilmiş və bu arayışlara,
adlarına torpaq sahələrinin olub-olmaması, yaşayış yerindən arayışlar, dəfn
xərci ilə bağlı arayışlar və.s aid olmuşdur.
Hesabat dövründə
ayrı-ayrı təşkilatlardan daxil olmuş 524 məktub, müraciət, sərəncam və
digər sənədlər və vətəndaşlardan daxil olmuş 97 ərizə-müraciət əksər hallarda
qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyədə “qaynar xətt” (telefon 346-04-02) fəaliyyət
göstərməkdə davam edir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və
müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür.
Bələdiyyədə hesabat dövründə 2500-dən az olmayaraq vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 385 nəfər vətəndaş qəbul edilərək dinlənilmilşdir.
Binəqədi rayonu, Xocasən bələdiyyəsi
Rəylər
0 Rəy