Elsad Vəliyev: “ Ulu öndərin misilsiz xidməti sayəsində təşəkkül tapmış ölkəmizin daha da qüdrətlənməsinə Xətai bələdiyyəsinin kollektivi öz layiqli töhfəsini verməkdədir”
“Danılmaz bir faktdır ki, müstəqil Azərbaycan dövlətinin təşəkkül
tapması Ümummilli Lider, dahi şəxsiyyət
Heydər Əliyevin misilsiz xidmətidir. Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi
kursla irəliyə doğru bu gün də inamla addımlayır”- bu fikirləri Xətai Bələdiyyəsinin
sədri Elşad Vəliyev deyib.
Heydər Əliyev həm də
Azərbaycanda yerli özünüidarəetmənin banisidir. Çıxışlarınıın birində Ulu öndər deyirdi: “Yerli özünüidarəetmənin səlahiyyətli,
müstəqil orqanları demokratiyanın inkişaf şərti və eyni zamanda, dövlətin idarə
edilməsində vətəndaşlar üçün imkanlar yaradılmasının göstəricisidir”.
Təsadüfi deyil ki, ölkəmizdə bələdiyyələrin hüquqi
statusunun müəyyənləşdirilməsi ilk dəfə məhz Ulu Öndərin bilavasitə iştirakı və
rəhbərliyi ilə qəbul edilib. Ölkəmizdə
ilk bələdiyyə seçkiləri keçirilənədək artıq yerli özünüidarə ilə bağlı hüquqi
baza məhz Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq təsdiq edilib.
Elşad Vəliyev daha sonra bildirib ki, Ulu öndər əzmkarlıq və qətiyyətlilik nümayiş etdirməklə
ölkəmizi durğunluqdan, ağır vəziyyətdən
çıxarmaqla öz adını Azərbaycan
tarixinə qızıl hərflərlə yazdırmış oldu.
Ulu Öndərin Azərbaycan dövləti və xalqı üçün əvəzsiz xidmətlərindən
danışarkən Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğundakı misilsiz fəaliyyətini xüsusi qeyd etməliyik.
Bu gün Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ən böyük ehtiram isə onun ideyalarının təcəssümü və çoxillik əməyinin bəhrəsi olan müstəqil Azərbaycanın daha da inkişafına xidmət etməkdir. Bu yolda Xətai bələdiyyəsinin kollektivi bir yumruq kimi birləşərək bu əziz gündə ölkəmizin daha da qüdrətlənməsinə öz layiqli töhfəsini verməkdədir.
Belediyye.info
Rəylər
0 Rəy