Nəsimi bələdiyyəsi hesabat verir
Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 2023-cü ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə Mülkiyyətinin istifadəsi haqqında
HESABAT
Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 46 ümumi iclas keçirilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.
Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə 1691 - dən artıq şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 43252 vergi obyektləri mövcuddur.
Vergi ödəyiciləridən hesabat dövründə 6162 ödəyici vergiyə cəlb olunmuşdur
2023-cü il ərzində bələdiyyə büdcəsinə 1.384.740,23 manat gəlir daxil olmuş, xərclər isə 1.392.603,67 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən 3239,87 manat əmlak vergisindən – 1000758,57 manat, küçə,divar reklamının yerləşdirilməsinə görə 958,91 manat mehmanxanalardan 258.723,20 manat, avtodayanacaqlardan rüsum- 57890,00 manat,digər gəlirlərdən 3169,68 dotasiyadan 60000,00 manat daxil olmuşdur.
Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına 586904,07 manat, DSMF, İcbari Tibbi Sığorta,Sosial sığorta və İşsizlikdən sığorta haqqlarına görə 113661,04 manat, bələdiyyənin saxlanmasına təsərrüfat mallarinin və inventarların alınması üçün 18646,80 manat,cari təmir cərcinə 31510,00 manat, xidmət haqqının odənilməsi üçün 52195,33 manat , kommunal və komunikasiya üçün 4380,25 manat, sair xərclərə görə 40452,61 manat , sosial yardımlar üzrə ödənişlər 71988,06 manat, mədəni - kütləvi bayram tədbirlərinin təşkili üçün 115468,11 manat, abadlıq, quruculuq təmir işlərinə 357397,40 manat xərclənmişdir.
Hesabat dövründə ərazidə Nəsimi Bələdiyyəsi tərəfindən Ümummilli Lider "Heydər Əliyev"in anadan olmasının 100-cü ildönümü münasibəti ilə "Abad Həyət" layihəsi çərçivəsində Səməd Vurğun 112, Ak.Mirəsədulla Mirqasımov 2, Ak.Mustafa Topçubaşov 21 və İmran Qasımov küçələrinin kəsişməsində yerləşən məhəllədə abadlıq və yenidənqurma işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir.
Bundan başqa Nəsimi rayonu, Səməd Vurğun ev 112, ünvanında Nəsimi Bələdiyyəsinin yerləşdiyi 5 (beş) mərtəbəli inzibati binanın bloku əsaslı təmir edilmişdir.
Bələdiyyəyə ünvanlanmış müraciətlərə əsasən Nəsimi rayonu, Nizami küçəsi 93 ünvanında yerləşən binanın giriş hissəsi və digər bir ünvan Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov küçəsi 2 ünvanında yerləşən 22 saylı Nəsimi – Yasamal seçki dairəsi,dairə seçki komissiyasının yerləşdiyi inzibati binanın dəhlizində,iş otaqlarında və sanitar qovsağında cari təmir işləri aparılaraq istifadəyə verilmişdir.
Eyni zamanda Nəsimi rayonu, Cavadxan küçəsi 64 ünvanında yerləşən “İzmit Parkı”nda da Nəsimi Bələdiyyəsi tərəfindən əsaslı abadlıq, bərpa və təmir işləri aparılır.
Nəsimi Bələdiyyəsi rayon ərazisində yaşayan Şəhid və Qazi ailələrini,aztəminatlı və imtiyazlı ailələri daima diqqət mərkəzində saxlayaraq sosial yardımlar göstərir.2023-cü ildə Fevralın 6 - da qardaş ölkə Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan təlafatı və dağıntılar ilə əlaqədar zələzəldən zərər çəkənlərə dəstək olunması məqsədiylə Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) fondunun “Ziraat Bank Azərbaycan“ ASC-də açılan “AFAD” hesabına 5000,00 manat ,”Novruz Bayramı” münasibəti ilə, rayon ərazisində yaşayan 250 sosial yardıma ehtiyacı olan ailəyə 14387,78 manat , “Müqəddəs Ramazan Bayramı” münasibətiylə 150 ailəyə 5527,80 manat, ”Qurban Bayramı”nda 250 ailəyə 10590,00 manat ,“8 Noyabr Zəfər Günü ” münasibəti ilə rayon ərazisində yaşayan 85 şəhid və qazi ailələrinə ərzaq yardımının edilməsi büdcədən cəmi 5372,00 manat, 85 nəfər şəhid və qazi ailələrinə maddi yardım göstərilməsi üçün isə 8500,00 manat maliyyə vəsaiti, 3 dekabr “Əlilliyi Olan İnsanların Beynəlxalq Günü” ilə əlaqədar 45 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli ləvazimatlarının alınması üçün 2401,30 manat və “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl” münasibəti ilə rayon ərazisində yaşayan 100 aztəminatlı və imtiyazlı ailələrə ərzaq yardımı və 83 nəfər şəhid və qazi ailələrinə maddi yardım göstərilməsi üçün hər birinə 100,00 manat olmaqla,ümumilikdə büdcədən 8300,00 manat maliyyə vəsaiti ayrılaraq bank hesablarına köçürülmüşdür. Bundan əlavə Azərbaycan Qarabağ Müharibəsi Ə.V.Ş.A İ.B 4500,00 manat maddi yardım göstərilmişdir.Bələdiyyəyə rayon ərazisində yaşayan yardım üçün müraciət etmiş 48 nəfər xəstə və aztəminatlı ailələrə 7409,00 manat məbləğində maddi yardım göstərilmişdir.
Azərbaycan Respublikasında 2023-cü il Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 100 -cü il dönümü munasibəti ilə, “Heydər Əliyev İli “ elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncam imzalamışdır.Nəsimi Bələdiyyəsi tərəfindən, Ümummilli Lider "Heydər Əliyev"in anadan olmasının 100-cü ildönümü münasibəti ilə Ulu öndərin zəngin siyasi irsinə,şərəfli həyat və fəaliyyətinə həsr olunmuş film, və “Tolerantlıq və multikultiralizm” mövzüsunda azsaylı xalqlara " ( İvanovka,Qırmızı Qəsəbə, Laza kəndi, Lahıc qəsəbəsi) həsr olunmuş "Birlik" filmi , narkomaniya ilə mübarizə mövzüsunda “Duman” filmi, “Tolerantlıq və multikultiralizm” mövzüsunda azsaylı xalqlar haqqında “BİRLİK”( Qax ,Zaqatala ,Balakən , Astara rayonu - Sim , Quba rayonu - Xınalıq ) filmi, 8 Noyabr Zəfər Gününə həsr olunmuş “ Hündürlük 720” filmi , “ NARGİN ADASI ” bədiiləşdirilmiş sənədli filmi və Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “ Ən Böyük Azərbaycanlı” filmləri çəkilmişdir . Nizami Kino Mərkəzində “Birlik” filminin təqdimatı və “Böyük Xilaskarlıq Qayıdışı” adlı tədbir, Zəfər Gününə həsr olunmuş “ Hündürlük 720 ” filminin təqdimatı Nizami Kino Mərkəzində, narkomaniya ilə mübarizə mövzüsunda “Duman” filminin təqdimatı isə “Azərbaycan Xarici Dillər Universitetində keçirilmişdir.
Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.
Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.
Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 541 müraciət, o cümlədən Nəsimi rayon İcra Hakimiyyətindən 112 müraciətə əsasən müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.
Nəsimi rayon Nəsimi bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 541 müraciət qeyd edilən məsələlərə aid olub:
Arayışların verilməsi (vergi borcların olub-olmaması) 31
Torpaq sahələrinin olub olmaması barədə 99
Maddi yardım 84
Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar 203
Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s 124
Sahibkarlıq fəaliyyəti barəsində
Müraciətlərin 445-i müsbət həll olunub
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 1311 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyə vətəndaşların və öz hüquqi maraqlarının müdafiəsi istiqamətində bir sıra işlər görmüşdür. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 654 məhkəmə işi hələdə davam edir.
Qeyd edirik ki, əmlak vergisi ödəməyən fiziki şəxslər barəsində məcburi icra tədbirlərinin görülməsinə dair tərəfimizdən 1691 ədəd qərar qəbul olunmuş, Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Onlardan 1037 ədəd qərar xitam olunmuş, 654 ədəd qərar isə icra olunmaqdadır.
Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilmişdir.
Bələdiyyədə “qaynar xətt” də (telefon 440-50-71, 408-10-01) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edirlər.
Bələdiyyədə hesabat dövründə şəxsən sədr tərəfindən 23 nəfər, ümumilikdə isə 45 nəfər vətəndaş qəbul edilmişdir.
Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “İctimai-Humanitar Məsələləri sektoru” ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.
Nəsimi bələdiyyəsi bir çox tədbirlərdə iştirak etmişdir. Belə ki, 20 Yanvar -ümumxalq hüzn günü münasibətiylə Şəhidlər Xiyabanı ziyarət olunmuşdur. 26 Fevral Xocalı faciəsinin 31-ci il dönümü barədə, 9 May Qələbə Günü, 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 -cü il dönümü , 15 İyun Qurtuluş Günü, 26 İyun “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü“ və “ 8 Noyabr Zəfər Günü” , “9 Noyabr Bayraq Günü “ və Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibəti ilə bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayonu Nəsimi bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırır.
Nəsimi bələdiyyəsi
Rəylər
0 Rəy