Nihat Celik: “Qardaş Azərbaycanın hər bir bələdiyyəsinin inkişafına hər zaman dəstək göstərməyə hazırıq”
Quba rayon Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov subvensiya layihəsinin icra olunması çərçivəsində bələdiyyə müəssisənin qurulmasında beynəlxalq təcrübənin öyrənilməsi üçün layihə çərçivəsində Türkiyə Cumhuriyyətinin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olmuşdur. Bu barədə Belediyye.infoya məlumatı özü verib.
Sədr
bildirib ki, səfər çərçivəsində Türkiyə Damazlıq Qoyun Keçi Yetişdiriciləri Mərkəz
Birliyi (TÜDKİYEB) başqanı Nihat Çelik ilə görüşü baş tutub. Bələdiyyə sədri dəvət
və isti qarşılanma üçün birliuyin sədrinə
minnətdarlığını bildirib.
Görüş
zamanı bələdiyyə müəssisələrinin yaradılmasında Türkiyə təcrübəsi öyrənilmiş,
yaradılacaq keçi təsəratının müasir standartlar çərçivəsində qurulması barədə
fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı hədiyyələr təqdim olunub.
Görüşdən məmnunluğunu bildirən TÜDKİYEB başqanı Nihat Çelik görüşün sonunda qardaş Azərbaycanın hər bələdiyyəsinin inkişafına hər zaman dəstək göstəriləcəyini qeyd edərək, müəssisənin qurulması üçün “əsas layihə və eskizləri” Tüləkəran bələdiyyəsinə hədiyyə olaraq təqdim edib.
Belediyye.info
Rəylər
1 Rəy
Asiman Əliyeva
08-05-2024, 8 ay əvvəl
👏👏👏
Cavabla