Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-04-2024 , 15:13

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

Gəgəli Bələdiyyəsi büdcə gəlirini 65 faiz artırıb

Ağsu rayonu Gəgəli Bələdiyyəsinin 01.01.2023-31.12.2023 tarixləri üzrə ümumi gəliri cəmi 117554.52 manat olub. Ümumi gəlirin 61104.61 manatı torpaqların icarə haqqından, 11573 manatı torpaq vergisindən, 867.28 manatı əmlak vergisindən, 240 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödənişdən, 28306.24 manatı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə qrant müqaviləsindən, 231 manatı ianələrdən, 5690.50 manatı stasionar və ya səyyar ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərə görə ödənişdən, 2470 manatı dövlət büdcəsindən verilən dotasiyadan, 7071.89 manatı 2022-ci ildən qalıq olaraq əldə edilib.

Həmin dövrdə Gəgəli Bələdiyyəsinin ümumi xərcləri cəmi 117318.87 manat təşkil edib. İşçilərin əmək haqqı ödənişlərinə 18586.09 manat, Dövlət Sosial Müdafiə Fonduna və digər sosial ödənişlərə 6295.54 manat, işçilərin əməyinin son haqq-hesabına 444,13 manat, ölkədaxili ezamiyyə üçün 180 manat, "Bülleten: Ağsu rayonu Gəgəli bələdiyyəsi 2022-ci il hesabatı" kitabçasının nəşrinə 510 manat, “Belediyye.info” internet xəbər portalına 200 manat, Bələdiyyə ofisinə dəftərxana ləvazimatının alınmasına 227,50 manat, Bələdiyyənin 2022-ci il üzrə fəaliyyəti barədə audit rəyinin alınmasına 1690 manat, Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin 2021-2022-ci illər üzrə fəaliyyəti barədə audit rəyinin alınmasına 600 manat, Gəgəli kəndinin on küçəsində (Molla İsa, Şahin Quliyev, Həqiqət Musayev, Xançoban, Rəsul Rza, Nərgizava, Şirvanşah Xəlilullah, Elmir Süleymanlı, Ömər Lahıci, Elmlər küçələri) kəndarası yollara çınqıl daşınmasına 6308 manat, İstifadəyə yararsız köhnə Sarılı körpüsünün sökülməsi, kəndarası yollarda yağış suyu keçidlərinə boruların yerləşdirilməsi və əkin sahəsində su kanalının qazılmasına 2620 manat, Ömər Lahıci arxının alt və üst hissəsində 6 km yolun qreyder texnikası ilə yanvar ayında hamarlanmasına 1800 manat, Sarılı körpüsünün rigel və üst tavasının metal tikinti materiallarının alınmasına 3602 manat, Sarılı körpüsünün rigel və üst tava hissəsinin beton işi qəliblərinin quraşdırılmasına 4800 manat, Sarılı körpüsünün rigel hissəsinin betonunun tökülməsinə 4395 manat, Gəgəli kəndində Giriş darvazasından Şıxəlibəyli arxına qədər asfalt yolun çala üsulu ilə bərpasına 7700 manat, Təmiz kənd xidmət mərkəzi üçün təsərrüfat malları və tikinti materiallarının alınmasına 1306,20 manat, Qazonbiçən elektrik Gardena 5034 markalı maşının alınmasına 390 manat, məişət tullantılarının toplanması, daşınması, çeşidlənməsi, utilizasiyasına 14160 manat, Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin “Noxud əkini” layihəsinə 3870 manat, Yanğına qarşı bələdiyyə ərazisində taxıl sahələri, yol kənarları, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağı və digər aidiyyatı yerlərdə mühafizə məqsədilə görülmüş şum işlərinə 585 manat, Gəgəli kənd sakini Əzizov Elçin Firdun oğlunda sümük iliyi törəməsi aşkar olunması ilə əlaqədar əməliyyat xərclərinə dəstək məqsədilə maddi yardım 350 manat, Gəgəli kənd sakini Cəbrayılov Rasim Cabbar oğlunda qida borusunun karsinoması xəstəliyi aşkar olunması ilə əlaqədar əməliyyat xərclərinə dəstək məqsədilə maddi yardım 350 manat, Gəgəli kənd sakini Vəliyev Gündüz Yarməmməd oğlunun aşağı ətraf venalarının varikoz genəlməsi xəstəliyi ilə əlaqədar müalicə xərclərinə dəstək məqsədilə maddi yardım 350 manat, Bələdiyyə üzvü, kənd sakini Kərimov Qürbət Abdulkərim oğlunun ürək-damar xəstəliyi ilə əlaqədar müalicə xərclərinə dəstək məqsədilə maddi yardım 380 manat, Gəgəli kənd sakini Sədiyeva Kamalə Məhəmməd qızına məxsus yanğından zərərçəkən yaşayış evinin inşaat materiallarının alınması üçün həmin ailəyə maddi yardım 400 manat, Gəgəli kənd sakini Sahabova Sünbül Qışlaq qızına məxsus yaşayış evində çatışmazlıqların aradan qaldırılması üçün həmin ailəyə maddi yardım 350 manat, Gəgəli kənd sakini Azərbaycan Dövlət Pedaqoji Univeristetinin Şamaxı filialında ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan Mirzəzadə Qızbəs Şükran qızının təhsil haqqına dəstək məqsədilə maddi yardım 350 manat, Türkiyə Cümhuriyyətinin AFAD (Afet ve Acil Durum Yönetimi Başkanlığı) təşkilatına zəlzələdən zərərçəkənlərə yardım üçün 500 manat, Qurban bayramında şəhid ailələri və qazilərə bələdiyyə adından qurbanlıq payların verilməsi ilə əlaqədar şəhid Namik Talışovun qardaşı Şirzad Talışova maddi yardım 400 manat, Beynəlxalq BələdiyyələrTarixi Gəgəli Simpoziumunda musiqili bədii tədbirin təşkilinə 500 manat, Kapital bank xidmət haqqı olaraq 328.76 manat, BAMS xidmət haqqı olaraq 2729.58 manat, Azərpoçt xidmət haqqı olaraq 200.67 manat, Azərbaycan Ordusuna Yardım Fonduna 225 manat, Qarabağ Dirçəliş Fonduna 120 manat, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Asossiasiyasına 360 manat, Bələdiyyə Qulluqçularının Həmkarlar İttifaqının Ağsu Komitəsinə işçilərin üzvlük haqqı ödənişlərinə 427.57 manat, Bələdiyyə müəssisəsi Ağsu rayonu Gəgəli bələdiyyəsi Axtaçı obası MMC-nin nizamnamə kapitalının artırılmasına 500 manat xərclənmişdir.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin qrant müsabiqəsinin qalibi olan Ağsu rayonu Gəgəli bələdiyyəsinin ““Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi” layihəsi çərçivəsində işçilərin əmək haqqına 5193.20 manat, Dövlət Sosial Müdafiə Fonduna və digər sosial ödənişlərə 1718.63 manat, "Axtaçı obası" nümayiş mərkəzinin yaradılmasına 4826 manat, çadırların quraşdırılması və yurdun ətrafının çəpərlənməsinə 4800 manat, festival üçün səhnənin quraşdırılması və meydanın hazırlanmasına 4400 manat, video və foto ilə bağlı xidmətlərinə 1300 manat, transhumance.az saytının hazırlanmasına 1200 manat, tədbirlər zamanı yemək və çay işinin təşkilinə 1890 manat, turlar üçün nəqliyyat daşımanın təşklinə 600 manat, çap işlərinə 2300 manat xərclənmişdir.  

Ağsu rayonu Gəgəli Bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Xocasən bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
23-04-2024
Büdcə gəlirlərini 13 faiz artıra bilmişik
Bələdiyyə Hesabatları
02-02-2024

Quba bələdiyyəsi  hesabatını açıqlayıb

Bələdiyyə Hesabatları
02-02-2024

Keşlə bələdiyyəsi hesabat verdi

Bələdiyyə Hesabatları
02-02-2024

Muxax bələdiyyəsi hesabatını ictimailəşdirib 

Bələdiyyə Hesabatları
24-01-2024

Şirvan bələdiyyəsi hesabatnı təqdim edib

Bələdiyyə Hesabatları
24-01-2024

Mingəçevir bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
22-01-2024

Nəsimi bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
19-01-2024
Mərdəkan bələdiyyəsi hesabatını açıqlayıb
Bələdiyyə Hesabatları
08-01-2024