Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-01-2024 , 16:36

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

Şirvan bələdiyyəsi hesabatnı təqdim edib

Bələdiyyələrin statusu haqqında " Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Şirvan Bələdiyyəsi  2023 cü ildəki fəaliyyəti barədə  hesabatı ictimaiyyətə təqdim edir.

2023 cü ildə Bələdiyyənin 37 iclası keçirilib Bu içlaslarda185  məsələyə baxılıb.

Hesabat ilində bələdiyyəyə idarələrdə və yuxarı təşkilatlardan 225 , vətəndaşlardan 202 məktub və müraciət daxil olmuşdur.

Bu müraciətlərin əsasını maddi yardım verilməsi  sahibkarlıq fəaliyyəti və yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması rikinti təmir işləri və arayış və  məlumat almaq üçün müraciətlərdən ibarət olmuşdur.

:Vətəndaş müraciətlərinə baxılması qaydası haqqında;  Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq , vaxtında baxılıb vətəndaşlara qanunauyğun vavablar verilib.

Yuxarı orqanlardan  istərsə də vətəndaşlardan alınan məktub və müraciətlərə Qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib.

Şirvan Bələdiyyəsinə il ərzində qəbula gələnlərin sayı 210 nəfər olmuşdur.

2023 cü ildə Bələdiyyə gəlirləri əsasən aşağıdakı mənbələrdən tormalaşıb. Fiziki şəxslərdən   torpaq vergisi 28.565,59 , Əmlak vergisi 49.940, 93 manat , Əmlak satışından daxil olan gəlirlər 52.193 manat , icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 22.288,97 manat təşkil edib.

2023 cü ilin ən mühüm yadda qalan əlamətdar hadisələrindən biri də Şirvan Nümayəndə heyətinin Türkiyəyə səfəri olub. Türkiyənin Etimeskut Bələdiyyəsinin dəvəti ilə gerçəkləşən səfərdə Şirvan bələdiyyəsinin sədri də iştirak edib. Səfər günlərində mədəniyyət və incəsənət. Festivalı keçirilib  Manisa Böyükşəhər Bələdiyyəsi ilə qardaşlıq haqqında protokol imzalanıb Protokol Türkiyə tərəfdən Manisa Böyükşəhər bələdiyyəsinin sədri Çengiz Ergün Şirvan şəhəri tərəfdən Bələdiyyə sədri Kürdöğlu Muradov imzalayıb.

Səfər günlərində Etimeskut Bələdiyyəsinin təşkilatçılığı ilə mədəniyyət və incəsənət vestivalı keçirilərək Türkdilli xalqların  adət və ənənələri  milli mətbəxləri nümayiş etdirilib

Bununla yanaşı Şirvan Bələdiyyəsinin qarşısəında duran əsas piroritet məsələ şəhid ailələri, qazilər və imkansız ailələrə maddi və mənəvi köməyin göstərilməsi olmuşdur. Belə ki, öz ənənəsinə sadiq qalaraq Bələdiyyənin xətti ilə bir çox imkansız ailələrə, şəhid ailələrinə, böyük vətən müharibəsi iştirakçılarına və digər imtiyazlı şəxslərə maddi köməklik göstərilmişdir. 6 ayda şəhərin M.Rəsulov küçəsində şəhid Məhəmməd Rəsulovun abidə kompleksi düzəldilmişdir.

Şəhərin T.İsmayılov küçəsi 11A və 15 saylı, M.Ə.Rəsulzadə küçəsi 17/1, 17/2 saylı, L-Nt İbrahimov küçəsi 14 saylı binaların həyətindəki, nümunəvi məhələlərdə salınmış parkların ərazisində əsaslı təmir və abadlıq işləri aparılmışdır.N.Nərimano küçəsində şəhid Həsənov İlqar İlham oğlunun yaşadığı binanın fasadına şəhid baralyefi vurulmuşdur. Türkiyə Respublikasında baş vermiş zəl-zələ nəticəsində zərər çəkmiş insanlara Şirvan Bələdiyyəsi tərəfindən 1500 (Bir min Beş yüz ) manat maddi köməklik olunmuşdur.Şirvan Bəldiyyəsinin ərazisində ki, ağaclara aqro texniki qulluq aparılıb və suvarılmışdır. 

Şirvan Bələdiyyəsinə müraciət əsasında Yerli büdcədən maddi yardım və digər məqsədlər üçün vəsaitlər ayrılmışdır. I Qarabğ müharibəsi veteranı Eyvaz Yahya oğluna, I Qarabğ müharibəsi iştirakçısı II qrup əlil olan Aslanov Əli Zöhrab oğlunun həyat yoldaşı Aslanova Aygün Əşrəf qızına, 1-ci qrup gözdən əlil olan Əliyev Elçin Xanlar oğluna hər ay 50 (əlli)  manat olmaqla maddi köməklik edilir, şəhid ailəsi Əliyeva Sevda Mirzəağa qızına  maddi köməklik edilmiş,Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş Məmmədova Sevinc Eldar qızının yas mərasiminin keçirilməsi üçün qızı Məmmədova Həcər Nizami qızına , Babayev Namiq Namus oğluna, İsmayılov Bəxtiyar Qəhrəman oğlunun yas mərasimi üçün bacısı İsmayılova Aygün Qəhrəman qızına , Həsənaliyeva Əntiqə Alim qızına ,Təhməzova Gülüm Bayramqulu qızına , Məmmədova Təranə , Alışova Nərminə Məhəmməd qızına Şirvan şəhər Bələdiyyəsi tərəfindən maddi köməklik göstərilmişdir.

Şirvan şəhər İcra Hakimiyyətinin göstərişi əsasında Qurban Bayramı münasibəti 2 (iki) kq ət qurban payı üçün 30 (otuz) manat hesablanmaqla 30 ailəyə (şəhid ailələri, qazilər, aztəminatlı ailələrinin hər birinə) 900 (Doqquz yüz) manat maddi köməklik olunmuşdur.

Həmçinin bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Dövlət Reyestri Xidmətinin Ərazi idarəsinin mülkiyyət hüquqlarının qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdə Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki istifadə edən 8 (səkkiz) şəhər sakini müəyyənləşdirilmiş, onlarla qanunvericiliyin tələblərinə müvafiq maarifləndirmə işləri aparılmış, bunlardan 5 (beş) şəhər sakininin faktiki istifadəsində olan Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrini sənədləşdiriməsi yekunlaşdırılmış, 3 (üç) şəhər sakinin torpaq sahələrinə dair sənədləşdirmə işləri tərəfimizdən davam etdirilir. 

Görülmüş tədbirlərin və aparılmış qanuna müvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan, lakin Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı Şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim etməyə başlamışdır.

Bələdiyyə mülkiyyətində olan torpaq ehtiyyatlarından düzgün və təyinatına uyğun istifadə edilməsi torpaq sahələrinin münbitliyini, ekoloji şəraitinin yaxşılaşdırılması, onlar zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi, bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün tərəfimizdən daimi reydlər keçirilir və şəhər əhalisi arasında maarifləndirmə işləri aparılır.

Şirvan şəhər bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz