Heydər
Əliyev həm də Azərbaycanda yerli
özünüidarəetmə sisteminin banisidir. Çıxışlarınıın birində Ulu öndər deyirdi: “Bələdiyyələr Azərbaycanda
yerli demokratiyanın inkiaşfında yeni bir mərhələ olacaqdır” –bu fikirləri Xəzər
rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.
Bu
il bələdiyyələrin formalaşmasının 25-ci
ili tamam olur. Bu gün bələdiyyələrin fəaliyyəti bir daha Ulu öndərin dediyi bu fikirlərin öz yerini
aldığını göstərir.
By
arada mütləq vurğulanmalıdır ki, ölkəmizdə bələdiyyələrin hüquqi statusunun müəyyənləşdirilməsi
ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı hüquqi baza Ulu
öndərin rəhbərliyi ilə hazırlanaraq təsdiq edilmişdi. Bütövlükdə isə
Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə yerli özünüidarəetmə sahəsini tənzimləyən
22 qanun və onlarla başqa normativ hüquqi akt qəbul edilib.
Mətləb Əliyev daha sonra bildirib ki, Ulu öndərin qətiyyətli sayəsində
ölkəmiz durğunluqdan, ağır vəziyyətdən
çıxarmaq mümkün oldu.
İkinci dəfə hakimiyyətə gəliş zamanı təcrübəli siyasi
və dövlət xadimi Heydər Əliyev vətəndaşların dövlət idarəetməsində iştirakının ən
vacib ünsürü kimi yerli özünüidarəetməyə xüsusi əhəmiyyət verib.
Çıxışlarının birində Ulu öndər qeyd edirdi: “Yerli özünüidarəetmənin səlahiyyətli,
müstəqil orqanları demokratiyanın inkişaf şərti və eyni zamanda, dövlətin
idarə edilməsində vətəndaşlar üçün imkanlar yaradılmasının göstəricisidir”
Bu gün Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə
ən böyük ehtiram müstəqil Azərbaycanın inkişafı naminə sədaqətlə xidməti davam
etdirməkdir.
Bu yolda Buzovna bələdiyyəsinin kollektivi bu əziz gündə ölkəmizin daha da çiçəklənməsinə və inkişafına öz layiqli töhfəsini verməkdədir.
Belediyye.info
Rəylər
0 Rəy