Gədəbəy bələdiyyəsi bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində davam etdirəcək
(Gədəbəy Bələdiyyəsinin 2023-cü ilin illik H E S A B A T I)
Bu il xalqımız böyük sevinc və qururla Azərbaycan Dövlətinin qurucusu, görkəmli Siyasi və Dövlət Xadimi Ümummilli lider Heydər Əliyevin 100 illiyini qeyd edirik. Bu yubley bir tarix kimi qalacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə əlaqədar xalqımızın böyük oğlu, Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023 - cü il “ Heydər Əliyev “ ili elan etmişdir. Cənab Prezidentin bu sərəncamı xalqımızda böyük ruh yüksəkliyi yaratmış və hər bir vətəndaşımız öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. O cümlədən Gədəbəy bələdiyyəsi tərəfindən illik hesabatı dövründə Ulu Öndərin 100 illik yubileyi ərəfəsində xeyli abadlıq işləri görülmüşdür.
Belə ki, 2023 - cü ildə Respublikamızın hər yerində olduğu kimi Gədəbəy rayonunda da Ulu Öndərin yubileyi ilə əlaqədar abadlıq və yenidənqurma işləri yüksək səviyyədə davam etdirilmiş, yaşıllıqlar salınmışdır.
“ Heydər Əliyev “ ili ərəfəsində Ulu Öndərin adını daşıyan parkda gül kolları və şam ağacları əkilmiş, parkın işıqlandırma sistemi yenilənmiş, parkın ərazisində yerləşən Yaşıl teatrda abadlıq işləri aparılmış, Yaşıl teatr sözləri yazılmış işıqlandırma sistemi yenisi ilə əvəz edilmiş, taxta oturacaqlar təzədən təmir edilmiş, rənglənmiş və parkda təmizlik işləri görülmüşdür.
2023- ci ilin illik hesabat dövrü ərzində yerli büdcənin gəliri 63.312 manat olmuşdur. İllik proqnoza 91,75 % əməl olunmuşdur.
Gədəbəy bələdiyyəsinə Yerli büdcədən aşağıdakı vergilər daxil olmuşdur.
Fiziki şəxslərdən Torpaq vergisi 11011,00 manat
Fiziki şəxslərdən Əmlak vergisi 26.238,00 manat Mehmanxana vergisi 658.00 manat Torpağın özgəninkiləşdirilməsindən 14.950.00 manat Bələdiyyə əmlakının icarəsindən 405,00 manat İanə 4.230,00 manat
Səyyar ticarətdən 820,00 manat
Dotasiya 5000,00 manat
əhalidən toplanmış vergi vəsaiti aşağıdakı qayda üzrə xərclənmişdir: Yerli özünü idarə etmə xərci 22406,00manat sosial müdafə fonduna 4847,00 manat Silahlı Qüvələr Fənduna 220,00 manat İmkansız və şəhid ailələrinə yardım 2840,00 manat ƏMDX-nə Dövlət rüsumu 205,00 manat Kadastrın hazırlanması 4619,00 manat Mal-material alınması 21228,00 manat Mal-material alınması üçün ƏDV 2530,00 manat Milli asosasiya 1200,00 manat İcarə 352 ,00 manat
Audit yoxlama 800 ,00 manat
Türkiyə Respublikasına yardım 300,00 manat
Abunə 988,00 manat
DƏDX-nə xidmət haqqı 2249,00 manat
Tibbi sığorta 362,00 manat
Hərrac Komisiyasına 162,00 manat
Qaz 110,00 manat
Telefon İnternet 345,00 manat
Reklam yaşıl teatr 1200,00 manat
Qurban bayramı 650,00 manat
Ramazan bayramı 800,00 manat
Novruz bayramı 400 manat
Yeni il 600,00 manat
Hesabat dövründə Gədəbəy bələdiyyəsi bütün bayram tədbirlərində və şəhərin küçələrinin abadlaşdırılmasında yaxından iştirak etmişdir.Novruz bayramında 12 ailəyə 400 manat məbləğində, Ramazan bayramında 800 manat məbləğində, Qurban bayramında 20 ailəyə 650 manat məbləğində, Qurban bayramında 33 ailəyə qurban payı verilmiş,Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə 20 ailəyə 600 manat Gədəbəy bələdiyyəsinin büdcəsindən vəsait ayrılmışdır.
Şəhərin Aydın Məmmədov, Koroğlu, Qoşqar Əhmədli və Həsən bəy Zərdabi küçələrinin işıqlanmasına metal dirək, projektor və kabel xətti çəkilmiş, elektrik xəttinə qoşulmuş və 8218 manat bələdiyyə büdcəsindən vəsait xərclənmişdir.
Şəhərin Simens qardaşları, Üzeyir Hacıbəyov, İsmət Qayıbov küçələri bələdiyyə tərəfindən yola qum- xır qarışığı verilmiş texnika vasitəsi ilə hamarlanıb vətəndaşların istifadəsinə verilmişdir.
Gənclər günü münasibəti ilə 200 manat məbləğində qızılgül buketi alınmış, Gənclərlə görüş keçirilmişdir.
Ofis üçün 1100 manat dəyərində Notbuk və plinter dəsti alınmışdır.
Gədəbəy Bələdiyyəsinin reklam buketinin hazırlanmasına 450 manat, Yaşıl teatr reklamının hazırlanmasına 1248 manat, Heydər Əliyev adına parkın işıqlandırma sisteminə təmir işlərinə və gül ağac kollarının əkilməsinə 2114 manat vəsait xərclənmişdir.
Gədəbəy bələdiyyəsi tərəfindən Qardaş Türkiyə Respublikasına zəlzələdən zərər çəkmişlərə 300 manat pul vəsaiti Bank vasitəsi ilə köçürülmüşdür.
Gədəbəy bələdiyyəsi tərəfindən Qazilərə, müharibə iştirakçılarına və imkansız ailələrə 1940 manat məbləğində yardım edilmiş, onların bank hesablaşma hesablarına köçürülmüşdür.
Gədəbəy bələdiyyəsi tərəfindən birinci Qarabağ qazisi Şirinov Fikrət İsmayıl oğluna təmənnasız olaraq 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir.
Gədəbəy Bələdiyyə tərəfindən şəhər qəbirstanlıqlarında daim təmizlik işləri görülür, ərazi alaq otlarından təmizlənir.
Gədəbəy Bələdiyyəsinə 89 ərizə, təşkilatlardan isə 140 məktub daxil olmuşdur . Qəbulda olanların sayı 112 nəfər olmuşdur. Müraciət edənlərin əksəriyyəti həyətyanı torpaq sahəsi alması üçün müraciət etmişdir. İl ərzində 37 ədəd protokol yazılmış və 172 müxtəlif məsələlərə baxılmışdır.
Beləliklə İllik hesabata yekun vuraraq bildiririk ki, Gədəbəy bələdiyyəsi bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində davam etdirəcək və öz əməlləri ilə nümunə olmağa çalışacaq.
Zülfiqar Yusibov Gədəbəy Bələdiyyəsinin s ə d r i
Rəylər
0 Rəy