Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-02-2024 , 18:20

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +
Büdcə gəlirlərini 13 faiz artıra bilmişik

 


(Qax Bələdiyyəsi tərəfindən 2023-cü il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında  H e s a b a t )

2023-cü il hər bir azərbaycanlının yaddaşında əlamətdar, silinməz iz buraxmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması  Azərbaycanın çoxəsirlik tarixinə qızıl hərflərlə yazıldı. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 20 illik siyasi fəaliyyətinin ildönümünün qeyd olunması da xalqımız üçün olduqca qürurvericidir.

Ulu öndər tərəfindən ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir sahəsi kimi dəyərləndirilən bələdiyyələr də 2023-cü il ərzində müəyyən işlər görmüşdür.

Qax Bələdiyyəsi də öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan,  Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin,  Şəki Regional Ədliyyə İdarəsinin təklif və tövsiyyələrindən, bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları rəhbər tutaraq fəaliyyətini qurmuşdur.

2023-cü il ərzində bələdiyyə gəlirləri  167.287  manat olmuşdur. Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur. 

İcra olunmuşdur

I.Gəlirlər

1. Daxil olub torpaq satışından 97032

2. Daxil olub əmlak vergisi 31385

3. Torpaq vergisindən 15120.00

4. Dəfn rüsumu 4.800.00

5. Xeyir- şər mağarından icarə haqqı 3815

6. Sahibkarlıq obyektindən icarə haqqı 6820

7.  Dotasiya 7250

8. Mehmanxana rüsumu 80.00

9. Səyyar ticarət xidmətindən  860.00

10.Digər gəlirlər ( Geri qaytarılan vəsait) 125.00

CƏMİ:

167287.00

Hesabat dövründə büdcə gəlirləri əvvəlki illə müqayisədə 13 % artmışdır. Əmlak vergisi 31385.00 manat, torpaq vergisi 15120.00 manat toplanmışdır. 2022-ci ili illə müqayisədə əmlak vergisinin toplnamasında (2022-ci ildə 33663.00 manat) azalma, torpaq vergilərinin (2022-ci ildə 13608.00 manat)  toplanmasında isə  nisbətən artım olmuşdur. Lakin yerli vergilərin toplanmasında yenə də istədiyimiz nəticəni əldə edə bilməmişik. Azərbaycan Respublikası “Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərə əsasən 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilməlidir. Belə ki, vətəndaşlara bildirişlər təqdim olunsa da, onlar poçt vasitəsilə vergi borclarını ödəməkdən yayınırlar. Bununla əlaqədar BAMS proqramında yeni  sistem yaradılır. Bu sistem vergidən yayınma hallarının qarşısını alacaqdır.

Hesabat dövründə bələdiyyənin xərcləri ümumilikdə   167278.00    manat təşkil etmişdir.

II-Xərclər

1.  Verilib işçilərə əmək haqqı və məzuniyyət xərci (01.01.2023-ci ilə qalmış əmək haqqı borcu 17373.00 manat olmaqla ödənilmişdir)  79.440

2. D.S.M.F-na ə/h-dan ayırma ( 22% , 1% tibbi sığorta,  0.5 % işsizlik) 21180

3.  Əmək haqqından tutulan (gəlir vergisi, S.Q.Y.F, həmkarlar, 3% sosial ayırma, tibbi sığorta YAP, işsizlik)  6270.00

4. Aztelekoma xidmət haqqı  990.00

5. Azərişıq A.S.C-nə xidmət haqqı 1330.00

6. Azəriqaz İB-ə xidmət haqqı 725.00

7. ƏMDK-si yanında hərracın 4 %-nin xidmət haqqı 1343.00

8 Bələdiyyə-İnfo MMC-yə  xidmət haqqı

9. Bank və poçt xərcləri 1188.00

10.  İmkansız ailələrə yardım 4325.00

11. Torpaq satışından daxil olmuş vəsaitin geri qaytarılmasına

12  ŞBMA-na üzvülük haqqı 1550.00

13. İdarə maşınlarının saxlanılması xərci 4575.00

14. Dəftərxana  və təsərrüfat xərci  1940.00

15. 

16. Təmir və abadlıq işlərinə 21172.00

17. Ekologiyaya xidmət haqqı 300.00

18. Abunə yazılışına 1195.00

19.  Kütləvi tədbirlər: 8 Mart Beynəlxalq Qadınlar Günü, 600-dən yuxarı bal toplamış abuturientlərin mükafatlandırılmasına 1145.00

20  İnventarın alınmasına 1600.00

22. Qax Su-kanal İdarəsinə ( su pulu- kartlara) 550.00

23. Onlayn xidmət haqqı  4797.00

24 Qəbristanlıqda təmir işlərinin aparılması   2800.00

25 İdarə işçilərinin həyat sığortası haqqı  215.00 

26. Şəhid və qazi ailələrinə yardım 2865.00

27. Ezamiyyə xərci 1264.00

28.  Şəlalə qəzeti redaksiyasında 2022-ci ilin yekunlarına dair bülletenlərin çap edilməsinə  150.00 

30.  2023-ci ilin 6 aylıq yekularına dair bülletenlərin hazırlanması  150.00

31. DƏDRX-nə xidmət haqqına ( 12 saylı publik şəxs) 955.00

32. Birdəfəlik müavinət ( sədr və müavinlər) 2850.00

33/ Xəstəlik vərəqəsi üzrə 114.00

34. Kart sifarişi reyestr xidmətindən çıxarışların alınması 300.00

 CƏMİ:

167278.00

       01.01.2024-cü ilə yerli büdcə qalığı: 106. 00 manat.

Hesabat dövrü ərzində maliyyə imkanlarımız əsasında bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini  təmin etmişik.

- I və II Qarabağ şəhidlərinin  ailələrinə, qazilərə ümumilikdə 2865.00  (iki min səkkiz yüz altmış beş) manat, aztəminatlı ailələrə isə 4325.00 (dörd min üç iyirmi beş) manat olmaqla, ümumilikdə 7190.00 (yeddi min bir yüz doxsan) manat məbləğində yardım edilmişdir.

 - Qaxingiloy kənd qəbirstanlığının kənarına 70 metr metal məhəcərin  çəkilməsinə 2152.00 (iki min bir yüz əlli iki) manat,

- “Nəsimi” bağında və  İçəribazar turizm  kompleksində aparılmış təmir işlərinə 1263.00 (bir min iki yüz altmış üç) manat,

- “Heydər  Əliyev  parkı”nda yaşıllıqların və ağacların  suvarılmasına, təmir və abadlıq işlərinin görülməsinə 3914.00 (üç min doqquz yüz on dörd) manat,

-R. Behbudov və S.Məmmədov küçələrində yaşayan sakinlərinin əsas kanalizasiya xidməti xəttinə qoşulmasına 1200.00 (bir min iki yüz) manat,

-“Şəhər  parkın”da  söhbətgahların  və şəhərin digər cari təmir  işlərini yerinə yetirən DOST xidməti işçilərinə materialın alınıb verilməsinə  2195.00 ( iki min bir yüz doxsan beş) manat,

-“Nizami” parkında təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması üçün DOST xidməti işçilərinə mal-materialının alınıb verilməsinə 462.00 (dörd yüz altmış iki) manat,

- “Heydər Əliyev” parkında üç daş dairəvi oturacağının təmir  işlərinə 2881.00 (iki min səkkiz yüz səksən bir) manat,

- S.Qocayev küçəsində dayanacağa yaxın tökmə bulağın quraşdırılmasına  654.00 (altı yüz əlli dörd) manat,

- Şəhər parklarına lazımı avadanlıqların alınmasına (metal oturacaqlar, zibil qabları) və cari təmir işlərinə 3445.00 ( üç min dörd yüz qırx beş) manat,

- Şəhərdə istifadə olunan iri ölçülü zibil qablarının təmiri üçün metal listlərin alınmasın (KMK-na verilmişdir) 1300.00 (bir min üç yüz) manat,

- Müxtəlif küçələrdə su keçidlərinin üzərinə metal körpülərin salınmasına: M. Əmirov küçəsində metal körpücük-246 (iki  yüz qırx altı) manat, İ.Müstafayev küçəsi və Azərbaycan prospektində metal körpücük, Ü.Hacıbəyli küçəsində metal barmaqcıqların quraşdırılmasına 1017.00 (bir min on yeddi) manat,

- “İçəribazar turizim kompleksi”ndə yerləşən fərdi yaşayış evinin kramid örtüyünün təmirinə 443.00 (dörd yüz qırx üç) manat dəyərində tikinti materialı alınaraq ev sahibinə verilmiş. Ümumilikdə, 21172.00 (iyirmi bir min bir yüz yetmiş iki) manat məbləğində  abadlıq  və təmir işləri  görülmüşdür.

- Şəhər qəbirstanlığına  dəfn mərasimlərinin təşkili üçün   300.00 (üç yüz) manat  dəyərində ləvazimatlar, dəyəri 1000.00 (bir min) manat olan 1000 ədəd kəsmədaş, xeyir-şər mağarı üçün 1500.00 (bir min beş yüz) manat dəyərində qab-qacaq alınmasına  2800.00 (iki  min  səkkiz yüz) manat   vəsait  xərclənmişdir.

Ulu öndər Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar 4 nominasiya üzrə müsabiqə elan edilmiş, qaliblərə bələdiyyənin fəxri fərmanları və müxtəlif hədiyyələr verilmişdir. Həmçinin 600-dən çox bal toplayan məzunların da mükafatlandırılması bələdiyyə tərəfindən təmin olunmuşdur.

Bələdiyyə Vətən müharibəsi şəhidləri, qazilərə  və onların ailələrinə həm maddi, həm də mənəvi dəstək göstərməyə, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün həyətyanı torpaq sahələrinin ayrılmasına imkan daxilində köməklik göstərməyə çalışmışdır. Lakin şəhərin genişləndirilməsi ilə əlaqədar ayrılmış torpaq sahələrinin təyinatının dəyişdirilərək bələdiyyə mülkiyyətinə verilməsi gecikdirildiyi üçün bu məsələ tam həllini tapmamışdır.

2023-cü ildə bələdiyyənin 19 iclası keçirilmişdir. İclasların gündəliyinə 59 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. İclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib. Qəbul edilən qərarların icrası təmin edilmişdir. Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsinə göndərilmişdir və vahid bələdiyyə portalında yerləşdirilmişdir. Bələdiyyədə 2023-cü il ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa  uyğun qayadada aparılmışdır. Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və çatışmazlıqları aradan qaldırmaq üçün bir sıra zəruri olan tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir. 2023-cü il ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 310 ədəd ərizə  daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım olunması, təhlükə yaradan ağacların budanmasına icazə verilməsi, mülkiyyətə torpaq sahəsinin ayrılması  ilə bağlı olmuşdur. Müraciətlərin əksəriyyəti əsasən həll edilmişdir. Qax şəhərinin genişləndirilməsi ilə əlaqədar ayrılmış torpaq sahələrinin təyinatının dəyişdirilməsi başa çatmadığı üçün həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı müraciətləri təmin etmək mümkün olmamışdır.

2023-cü il ərzində 120-dən çox vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir. İl ərzində yerli vergi ödəyicilərinə tədiyyə bildirişləri paylanmışdır.

2023-cü il  ərzində 175 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti komissiyalar, bələdiyyə qulluqçuları tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.

2023-cü il ərzində bələdiyyəyə rəsmi orqanlardan 242 ədəd sənəd daxil olmuşdur. Sənədlərə aiddiyatı üzrə vaxtında tərəfimizdən cavab verilməsi təmin edilmişdir.

Təəssüf ki, obyektiv səbəblərdən bələdiyyəmiz icrasını planlaşdırdığı bir çox işi həyata keçirə bilməmişdir. Ancaq 2024-ci ilin birinci yarısında ümid edirik ki, bir çox məsələlər öz həllini tapacaqdır. Bundan sonrakı fəaliyyətimizi ölkə rəhbərinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracağıq. Növbəti hesabat dövründə buraxılmış nöqsanları da aradan qaldırmaqla seçicilərin ərizə, şikayət, təkliflərinə daha həssaslıqla yanaşacaq, bələdiyyəyə əlavə, dayanaqlı gəlir mənbələri axtaracaq, seçicilərin qüvvəsindən bələdiyyənin idarə olunmasında səmərəli istifadə edəcək, gələcək hesabatlarda seçicilər qarşısına daha uğurlu nəticələrlə çıxmağa çalışacağıq.

 E.X.Orucov

Qax Bələdiyyəsinin sədri   

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Xocasən bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
23-04-2024
Büdcə gəlirlərini 13 faiz artıra bilmişik
Bələdiyyə Hesabatları
02-02-2024

Quba bələdiyyəsi  hesabatını açıqlayıb

Bələdiyyə Hesabatları
02-02-2024

Keşlə bələdiyyəsi hesabat verdi

Bələdiyyə Hesabatları
02-02-2024

Muxax bələdiyyəsi hesabatını ictimailəşdirib 

Bələdiyyə Hesabatları
24-01-2024

Şirvan bələdiyyəsi hesabatnı təqdim edib

Bələdiyyə Hesabatları
24-01-2024

Mingəçevir bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
22-01-2024

Nəsimi bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
19-01-2024
Mərdəkan bələdiyyəsi hesabatını açıqlayıb
Bələdiyyə Hesabatları
08-01-2024