Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-01-2024 , 18:41

Son xəbərlər

Bütün xəbərlər

Xocasən bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
23-04-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

Muxax bələdiyyəsi hesabatını ictimailəşdirib 


Zaqatala  rayonu Muxax bələdiyyəsi tərəfindən 2023-ci il ərzində görülmüş işlər haqqında,o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında

 Hesabat “12” yanvar 2024-ci il tarixli Muxax bələdiyyəsi üzvlərinin 1 nömrəli iclasında təsdiq edilib ictimailəşdirilir.

 Ölkəmizdə yаrаdılаn ictimаi-siyаsi sаbitlik, dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsi üçün Prеzidеntimizin imzаlаdığı sənədlər, bələdiyyələrin inkişаfınа göstərdiyi qаyğı və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırır. Bələdiyyələr gündən-günə inkişаf еdir, möhkəmlənir, yеrli məsələlərin həllində dаhа inаmlа iştirаk еdir, əhаlinin bu prоsеslərə cəlb еdilməsində fəаllıq göstərir.Prеzidеntimizin qаrşıyа qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə qurumu оlаrаq Muxax bələdiyyəsi də оnlаrın həlli istiqаmətində fəаllıq göstərməyə çаlışаrаq Zaqatala RİHB-nın Muxax və Zəyəm kəndləri üzrə nümayəndəlikləri ilə  birlikdə müxtəlif layihələri həyata keçirməyə nail olur.     

Muxax bələdiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, yerli özünüidarəetməyə dair qanunlara,Bələdiyyə Nizamnaməsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin təklif və tövsiyyələrinə,digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir.Bələdiyyələr bu gün ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verir. Bələdiyyələr artıq formalaşır, maliyyə ilə yanaşı digər imkanları isə ilbə- il genişlənir. 

Təbii ki, bu sahədə əldə etdiyimiz uğurlar Dövlətimizin bilavasitə qayğısı və Zaqatala RİHB-sı Mübariz Əhmədzadənin tövsiyyələri diqqəti sayəsində əldə olunur. 

 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Muxax Bələdiyyəsinın 2023-ci il ərzindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə çatdırır.

2023-cü il  ərzndə bələdiyyə 23 iclas keçirib. İclasın gündəliyinə 119 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib.İclaslarda müzakirə olunmuş məsələlərdən 45 -i icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə,7 məsələ ərazidə aparılan tikinti-abadlıq işlərinə,19-şəhid ailələrinə və Qarabağ əlilərinə,yardım və bir  sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 36-i maddi yardımlarla, 12-i təşkilati və digər məsələlərlə bağlı olub.


Vətəndaşların qəbulu və müraciətlər

Hesabat dövründə bələdiyyəyə 82 ədəd ərizə  daxil olub. Bunlardan 27-i maddi yardımla,33 icarəyə torpaq üçün  3-ü sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 19-u fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə əlaqədar  

Maddi yardımla bağlı müraciət edənlərdən 36 nəfərə pul  yardımları edilib. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 18 nəfər üçün qərar verib.  

Digər müraciətlərə də qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar verilməsi təmin edilmişdir.

2023-cü il ərzində bələdiyyələ rəsmi orqanlardan 92 ədəd sənəd və məktub daxil olub. Onlardan 39-u Şəki Regional Ədliyyə İdarəsindən, 9-u yerli İcra Hakimiyyətindən ,  44-ü müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən, Şəki Regional Ədliyyə İdarəsindən,  göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalara uyğun olaraq  istifadə edilməsi üçün komissiyalara və mütəxəssislərə verilib.

2023-cü ilin bələdiyyə büdcəsinin

Gəlirləri

2023-cü il ərzində bələdiyyənin gəlirləri  107.378.37 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb.

01 yanvar 2023-ci il tarixə qalıq-                                   2805.68 manat

fiziki şəxslərdən torpaq vergisi                                        20637.43 manat;

fiziki şəxslərdən əmlak vergisi                                           7838.46 manat;

torpaq satışından                                                             38611.00 manat

bələdiyyə əmlakının satışından daxil olan gəlirlər           16894.00 manat  

icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı  15211.75 manat;

torpağın sənədləşməsi,digər gəlirlər                                 4965.73 manat

dotasiya                                                                             3200.00 manat

2023-ci il bələdiyyənin

Xərcləri

Hesabat dövründə bələdiyyənin xərcləri 109309.25 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir.

əmək haqqı və onunla bağlı sair ödəmələrə 40746.70 manat;

əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 11322.51 manat;

dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların və yanacağın alınmasına 2148.76 manat;

nəqliyyat xidmətləri  və görülən işlərə  işcilərə xidmət haqqına 10828.55 manat;

rabitə xidmətləri haqqının ödənilməsinə (onlayın xidmət haqqı) 3723.15 manat;

elektrik enerjisi haqqının ödənilməsinə 2416.30 manat;

Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Mədəni kütləvi tədbirlər,məktəblərə və uşaq bağcasına,yeni il hədiyyələrinə 5150.00 manat;

az qiymətli mal-material alınmasına 1254.50 manat

əsas vəsaitlərin alınmasına,ərazidə abadlıq işlərinə 9110.00 manat;

maddi yardımlara tək kimsəsizlərə,  Silahlı qüvvələrə, şəhid ailələrinə 6980.00 manat;

bank xidmətlərinə 905.10 manat;

mətbuata abunə xərclrinə 660.80 manat;

Audit xidmətinə  2000.00 manat

sair xərclərə ( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv idarəsinə,hərrac və müsabiqə üçün,  ərazi tikinti planlaşdırma mərkəzinə, maaş kartlarının alınmasına, torpaq sahəsinə baxışa, ekspert xərclərinə) 9146.88 manat vəsait xərclənib.

Həyətyanı istəməyən vətəndaşa geri qaytarılan vəsait 2066.00 manat

 01.01.2024-cü il tarixə 874.80 manat xərclənməmiş vəsaitimiz qalıb.

Məlumat üçün bildirim ki,kecən il ilə müqayisədə büdcəmiz kəsirlə yerinə yetirilmişdir.Büdcənin kəsirlə yerinə yetirilməsi nəticəsində ərazidə bir sıra görə biləcəyimiz işləri tam olaraq yekunlaşdıra bilməmişik.Vergilərin ödənilməsinə vətəndaşlarımız biganə yanaşmamlıdırlar.Onların ödədiyi hər bir vəsait ərazinin inkişafına öz təsirini göstərir.

Bir daha Hər bir vergi ödəyiçilərimizdən xahiş edirik ki, imkanları daxilində heç olmasa ildə bir dəfə Muxax bələdiyyəsinə gələrək vergilərin hesablanması ödənilməsi barədə öz şəxsi hesabları ilə tanış olsunlar və vergi borclarını vaxtında ödəsinlər ki,sistemdə onlara əlavə faiz hesablanması dayandırılsın.Məlumat üçün hər birinizə bildiririk ki, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi məcəlləsinin 59.1 maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1 % məbləğində faiz tutulacaq və maliyyə sanksiyası tədbiq ediləcəkdir.

Nəzərinizə bir məsələni də catdırmaq istəyirik ki,adətən vətəndaşlar şəxsi  mülkiyyətində olan torpaq sahələrini başqasina satdıqda,mülkiyyətçi vəfat etdikdə və ya bagışladıqda yeni sənəd əldə edən torpaq sahibləri qeydiyyata düşmürlər, halbu ki,  vergilər  məcəlləsinə görə mulkiyyət sahibi  olan fiziki şəxslər bir  ay  müddətində bələdiyyənin yerli idarəetmə  orqaninda özləri şəxsən müraciət edərək uçota durmalı və alqı- satqı apardığı vətəndaşın əvvəlki illərdən bələdiyyə büdcəsinə vergi borcları olub olmaması ilə maraqanmalıdırlar.Nəzərə alın ki,bu olduqca vacib olan bir məsələdir. Dövlətimizin tələblərinə uyğun olaraq bələdiyyənin sosial şəbəkələrdə feysbuk səhifəsi və elektron poçtumuz yaradılmış və həmişə işlək vəziyyətdədir.Hər bir vətəndaş elektron qayda da   istədiyi məlumatı bələdiyyədən  ala və ya məktub şəklində müraciət edə suallarını bələdiyyəyə elektron qaydada ünvanlaya və tez bir zaman ərəfəsində cavab ala bilərlər.

  Bələdiyyə ərazisində görülmüş işlər

Bələdiyyə tərəfindən 2023-cü ildə  aşağıda qeyd etdiyim işlərin  görülməsi təmin edilmişdir.   

-Şəhid  ailələrinə Qarabağ müharibəsi veteranlarına daim qayğı göstərilir.Hər bir şəhid   ailəsinə  yardım edilmiş və ehtiyacı olan şəhid ailəsinə qış odun yanacağı ilə təmin edilmişdir.

-2023-cü ildə baş vermiş təbii fəlakətin aradan qaldırılması istiqamətində ərazidə mütamadi olaraq dağ dibi və digər ara yollarında təmizləmə və təmir işləri aparılmışdır.

-Zaqatala-Qax şosse yolunda təmizlənmə işləri aparılmışdır,yol kənarında olan kol-kosun vətəndaşlar tərəfindən atılan zibilin mütamadi olaraq təmizlənməsi təmin edilmişdir.

-Vətəndaşların müraciəti əsasında  kəndin müxtəlif ara yollarına cınqıl daşınaraq təmir edilmiş,lazım olan yerlərdə su kecidi arxlara müxtəlif ölçülü plastik, azbes və dəmir borular alınaraq qoyulmuş daşınan cınqıl qrederlə  hamarlanmışdır.

-İl ərzində ərazidə müxtəlif kənd ara yollarında qrederlə hamarlanma işləri aparılmışdır bu işlər daim nəzarətdədir.

-Zibil poliqonunda  mütamadi olaraq ekskavatorla ətrafının təmizlənməsi işləri aparılır.

-Zəyəm kəndində bərbad vəziyyətdə olan ara yollara cınqıl töküməklə  yollarda  təmir işləri aparılıb.

-Məscid yoluna xırda şebel tökülərək qrederlə hamarlama işləri görülüb.

-Vətəndaşların müraciətləri əsasında yol kecidi arxlarına qoyulması üçün azbes borular alınaraq su kecidi arxlarına qoyulması təmin edilmişdir.bu işlər bundan sonra da davam etdiriləcəkdir.

-Kəndimzdə icməli su problemlərini də bələdiyyə olaraq biz özümüz diqqətlə saxlamaqla mütamadi olaraq təmir işləri aparırıq ki,vətəndaşlarımız bu sahədə sətinliklə üzləşməsinlər.

-Suvarma suyunun yaz yay aylarında çaylaxlarda müntəzəm olmasını təmin edilmiş bu sahə həmişə diqqət mərkəzində saxlanılmışdır.

-Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi də diqqət mərkəzində olmuş vətəndaşlar bələdiyyə mülkiyyəti torpaq sahələrində fındıq və tut tingləri əkilməsini təmin etmişdirlər.Bu işlər hər il davam etdirilir.

- Mütamadi olaraq il ərzində əlillərə xəstələrə tək kimsəsizlərə və  maddi yardımlar edilmişdir. 

-Dövlət əhəmiyyətli bayram tədbirlərində bələdiyyəmiz  yüksək səviyyədə iştirak etməklə  tədbirlərin kecirilməsi təmin edilmişdir. 

 -Muxax kəndinin  əsas yolu olan Azərbaycan prospekti mütamadi olaraq zibildən təmizlənir,yol kənarı arxların təmizlənməsi diqqətdə saxlanılır.

-Sonda isə bildirmək istəyirəm ki,Azərbaycan prospektində işıqlandırma işləri davam etdirilmiş bu işlər Yuxarı Cardaxlar kəndi ilə Muxax kəndini birləşdirən körpüyə catana qədər artıq başa catmışdır. 

Maddi yardımlar

Hesabat dövründə vətəndaşlara maddi yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olub. Yardımlar müxtəlif formada həyata keçirilib.   

Bələdiyyə üzvləri iclasının qərarları ilə  hesabat ili ərzində  Şəhid ailələrinə 1000 manat yardım  poçt vasitəsi ilə ödənilib,şəhid ailələrinə 1040 manat odun yanacağı alınmasına  Zaqatala Regional Meşə təsərrüfatı idarəsinə köcürülüb,Qarabağ veteranları da diqqətimizdən kənarda qalmayıb 500 manat yardım edilib poçt vasitəsi ilə onlara  ödənilib.İmkansız və kimsəsiz şəxslərə Ramazan və Qurban bayramı qabağı 330 manat  poct vasitəsi ilə ödənilib.Bundan başqa bələdiyyəyə müraciət edən ərazidə yaşayan vətəndaşlarımız xəstələr və  daha çox yardıma ehtiyacı olan vətəndaşlarımız da bələdiyyənin diqqət mərkəzində olub.Bələdiyyə büdcəsindən  həmin vətəndaşlara 3210 manat  bələdiyyə büdcəsindən maddi yardım göstərilib və həmin yardımı poçt vasitəsi ilə vətəndaşlarımız alıblar.

Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri

2023-cü il ərzində  bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün zəbt edilmiş ərazilərdən 18 nəfərin mülkiyyətinə 20500 kv.metr torpaq sahəsi verilib.  Həmin torpaq sahələrinin sənədləşməsi işləri tam olaraq başa catdırılıb.

Bələdiyyə mülkiyyətindən 35.22 ha torpaq sahələri hərraca çıxarılaraq icarəyə verilib.Bundan başqa  2 nəfər  Qarabağ qazisi  müharibə iştirakcıllarına 2.10 ha torpaq sahələri ayrılaraq icarəyə verilməsi üçün yerləri müəyyən edilərək göstərilib ,sənədləşmə proseduruna başlanılmışdır.Vətəndaşlar tərəfindən zəbt edilmiş torpaq sahələri dövriyyəyə cəlb olunmuş qanunvericiliyə əsasən qarşılıqlı qaydada müqavilə bağlanaraq  vətəndaşlara sahədən yaş ot satışı təmin edilmişdir.

Tədbirlər

Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif tədbirlər həyata keçirilib.  KİV nümayəndələri ilə,7 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin,Zaqatala Dövlət Aqrar Mərkəzinin,AQTA-nin QHT təmsilçiləri ilə bələdiyyədə görüşlər keçirilib. Dövlət əhəmiyyətli  milli bayramlarımızda bələdiyyə üzvü və qulluqçuları fəal iştirak ediblər.Bundan başqa Muxax kənd Mədəniyyət evində Şəhid ailələri ilə birlikdə kecirilən tədbirdə, Muxax kənd kitabxanasında və 2 saylı Muxax kənd tam orta məktəbində kecirilən “Heydər Əliyev” 100 illiyi tədbirində bələdiyyəmiz yaxından iştirak edib.

 Bildiyiniz kimi Muxax bələdiyyəsi sosial şəbəkələrdə Azərbaycan Respublikasında bəlkədə ən aktif fəaliyyət göstərən bələdiyyələrdən biridir.”Bələdiyyə info” Bələdiyyə xəbərlərində də aktiv fəaliyyət göstərir.Siz sakinlərimizidə bələdiyyəmiz barəsində sosial şəbəkələrdə  verilən məlumatları paylaşmağı və rəylərinizi bildirməyinizi xahiş edirik.

Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin və KBMA-nın əməkdaşları tərəfindən bir necə dəfə onlayın seminar-müşavirələr keçirilib.Muxax bələdiyyəsi onlayın seminarlarda iştirak etməklə yanaşı bələdiyyəmizi maraqlandıran suallar vermiş və qanunvericiliyə müvafiq olaraq da verdiyimiz suallar əsaslı şəkildə cavablandırılmışdır.

Sonda   bütün Muxax bələdiyyəsi ərazisində yaşayan sakinlərimizə müraciət edirəm ki,  torpaq və əmlak vergilərini, torpaq  icarə haqlarını vaxtında ödəyin.Bu sizin bizə göstərəcəyinin ən böyük köməkliyinizdir.Biz bir ildəki 2023-cü ildəki fəaliyyətimiz gördüyümüz işlər haqda sizə hesabat verdik.

Cıxışımın sonunda məlumat verərək bildirmək istəyirəm ki, 7 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinə sayılı günlər qalıb Prezident seçkilərində hamılıqla iştirak etməyinizi Azərbaycanın gələcək inkişafı naminə layiqli namizədinə səs verməyinizi  xahiş edirik.

Elvin Yusifov 

Zakatala rayonu Muxax  bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Xocasən bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
23-04-2024
Büdcə gəlirlərini 13 faiz artıra bilmişik
Bələdiyyə Hesabatları
02-02-2024

Quba bələdiyyəsi  hesabatını açıqlayıb

Bələdiyyə Hesabatları
02-02-2024

Keşlə bələdiyyəsi hesabat verdi

Bələdiyyə Hesabatları
02-02-2024

Muxax bələdiyyəsi hesabatını ictimailəşdirib 

Bələdiyyə Hesabatları
24-01-2024

Şirvan bələdiyyəsi hesabatnı təqdim edib

Bələdiyyə Hesabatları
24-01-2024

Mingəçevir bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
22-01-2024

Nəsimi bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
19-01-2024
Mərdəkan bələdiyyəsi hesabatını açıqlayıb
Bələdiyyə Hesabatları
08-01-2024