Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2024 , 10:06

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “ “Azərbaycan – Heydər Əliyev” hər zaman qoşa səslənəcəkdir”


Bu gün Ulu Öndər Heydər Əliyevin 101 illlik yubileyidir. Bu əziz gün  Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də böyük fəxr və qürur hissiylə qeyd olunur. Heç şübhəsiz bu təsadüfi deyil. Çünki Ulu Öndər XX yüzil dünya tarixinin dəyərli şəxsiyyətlərindən, Azərbaycan tarixində əbədi iz qoyan dövlət və siyasət adamlarındandır.  İlk növbədə isə Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur”- bu fikirləri “Qərbi Azərbaycan” icması Nərimanov nümayəndəliyinin sədri Təmraz Tağıyev bildirib.

1992-ci ilin aprel ayında Milli Məclisin qarşısında “121-ci maddənin 2-ci bəndinin, “Yaş senzi” ilə bağlı keçirilən mitiniqdən iştirakımdan başlayaraq bütün siyasi fəaliyyətim bu günədək Vətənimə, dövlətimə və Ulu öndərin qurub yaratdığı Azərbaycanın inkişafına yönəlib. Bu gün YAP-in Nərimanov təşkilatının yaranmasında bir əsgər kimi iştirakımdan fəxr edirəm.   

Azərbaycanın o zamankı rəhbərliyi əslində bu maddənin, yəni “65 yaşdan yuxarı şəxslər Prezident seçkilərində iştirak edə bilməz” deməklə hakimiyyətdə Heydər Əliyevi görmək belə istəmirdilər. Və bu addım birbaşa Ulu öndərə qarşı yönəlmişdi.  Biz,  Ulu öndərin siyasətini dəstəkləyən  gənclər də, Heydər Əliyevi müdafiə mitinqi keçirməklə Azərbaycanın gələcəyinin məhz bu şəxsiyyətlə bağlı olduğunu deyirdik.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə ikinci dəfə  gəlişi zamanı Azərbaycan son dərəcə ağır günləri yaşayırdı. Ölkədə xaos, hərc-mərclik, özbaşınalıq, separatçılıq hökm sürürdü, idarəetmə iflic vəziyyətdə idi və ərazilərimzi 20 fazi erməni işğalı altında düşmüşdü. Həmin çətin dövrdə, biz gənclərində o illərdə tələb etdiyi kimi, Azərbaycanın yeganə xilaskarı Heydər Əliyev oldu.

Təmraz Tağyevin sözlərinə görə, dünənə qədər bir çox məmurlarımızın, ziyalılarımızın, hətta alimlərimizin ehtiyatla işlətdiyi "Qərbi Azərbaycan" anlayışını da məhz Ulu Öndər Heydər Əliyev cəsarətlə siyasi leksikonumuza gətirməyi bacardı.

Təmraz Tağlıyev qeyd edib ki, 2002-ci iin ilin sentyabrında Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Göyçə mahalından olan qaçqınlarla görüşündə O, bütün varlığı ilə insanları inandırırdı ki, "Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram.»

2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni inzibati binasında İcmanın rəhbərliyi və bir qrup nümayəndəsi ilə görüşü zamanı etdiyi proqram çıxışında Ulu Öndərin bu inamının gerçəkliyə çevrilməsi yolunda irəliyə doğru möhtəşəm tarixi addım ataraq elan etdi: "Biz o torpaqlara mütləq qayıdacağıq".

Ümummilli Liderimiz bu gün aramızda yoxdur. Təsəllimiz odur ki, Heydər Əliyevin sönməz ideyalarının davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inamla gələcəyə addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir.

 “Azərbaycan – Heydər Əliyev” hər zaman qoşa səslənəcəkdir. Ulu Öndərin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər