Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-01-2024 , 10:00

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

Bibiheybət bələdiyyəsinin də əsas fəaliyyəti şəhid, qazi, müharibə iştirakçılarını  daim diqqət  mərkəzində saxlayır

Bibiheybət bələdiyyəsinin 2023-cü il üzrə  görülmüş işlər haqqında hesabatı

Bibiheybət bələdiyyəsinin 2023-cü il üzrə fəaliyyətində əsaslı irəliləyişlər olmuşdur.Belə ki, 2023-cü ildə bələdiyyənin ümumi gəliri 31572 manat, xərci isə 34796 manat olmuşdur.Büdcə gəlirinin əsas mənbəyi olan əmlak vergisi 8110 manat, torpaq vergisi 1526 manat, mehmanxana və sanatoriya ödənişləri 9676 manat, avtomobillərin dayanacaqları üçün ödənişlər 1440 manat, bələdiyyə mülkiyyətinin icarəsinə görə ödənişlər 4000 manat və dövlət büdcəsindən bələdiyyə üçün ayrılan dotasiya  6820 manat bələdiyyənin illik büdcəsini təşkil etmişdir.Büdcə gəlirlərinə əsasən 2023-cü ili məhsuldar il hesab etmək olar.

Maddi yardımlar, mədəni kütləvi tədbirlər, təmir abadlıq, qəbirstanlığın saxlanılması, əmək haqqı ödənişləri və digər idarəetmə xərcləri bələdiyyənin ümumi xərclərini təşkil edir.Belə ki, il ərzində idarəetmə orqanının saxlanılması xərcləri 22048 manat, yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsi üçün xərclər 12748 manat olunmuşdur.

2023-cü il ərzində Səbail rayonunun digər icra strukturları ilə yanaşı Bibiheybət bələdiyyəsinin də əsas fəaliyyəti şəhid, qazi, müharibə iştirakçıları onların ailələrinin diqqət mərkəzində saxlanılması, onların sosial problemləri, eləcə də digər qayğıları ilə daim maraqlanmaq olmuşdur. Belə ki, 44 günlük müharibədə Səbail rayonundan olan 15 nəfər şəhidin anım günlərinin təşkili, onların doğum günlərinin anılması, xatirə baralyeflərinin açılışlarında diqqət və qayğı göstərilməsi istiqamətində yaxından iştirak edilmişdir.Bibiheybət qəsəbəsinin 44 günlük müharibədə iştirak edən 6 nəfər döyüşçü və onların ailələri daim diqqət mərkəzində saxlanılmış, mütəmadi ziyarət olunmuş, onlara maddi yardımlar verilmiş və problemlərinin həlli istiqamətində bir sıra işlər görülmüşdür.

Bibiheybət qəsəbəsinin sakinlərinin müraciətinə əsasən müraciətdə qeyd olunan ünvanlarda tərəfimizdən təmir və bərpa işləri aparılmışdır.

Bibiheybət bələdiyyəsi tərəfindən Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı və Yeni il bayramları münasibəti ilə qəsəbənin aztəminatlı, təkvalideynli, çoxuşaqlı, anadangəlmə qüsurlu, əlil və şikəstliyi olan ailələrə ərzaq yardımları və ət payları təqdim olunmuşdur.

Sosial məsələrlə bağlı daimi komissiya daxil olmuş müxtəlif səbəbli maddi yardımla əlaqəli müraciət edən  qəsəbə sakinlərinə iclas qərarına əsasən maddi yardımlar verilmişdir.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 26 İyun Silahlı Qüvvələr Günü, 8 Noyabr Zəfər Günü münasibəti ilə mədəni kütləvi tədbirlər keçirilmiş, eyni zamanda rayonun təşkil etdiyi bütün tədbirlərində yaxından iştirak edilmişdir.

Qəsəbədə fəaliyyət göstərən 50 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri arasında 2022-2023-cü tədris ili sonunda ali məktəblərə qəbul olmuş tələbələr tərəfimizdən mükafatlandırılmışdır.

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasından irəli gələn vəzifələr barədə”  Bələdiyyələrlə İş Mərkəzi tərəfindən hazırlanmış tövsiyəyə əsasən Bibiheybət bələdiyyəsi 2023-cü il ərzində aşağıdakı tədbirləri həyata keçirmişdir:

Azərbaycan xalqının Ümumimilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə töhfə olaraq bələdiyyə tərəfindən tədbirlər planı hazırlanmışdır.Bu tədbirlər planına ilk olaraq  bələdiyyə üzvləri və qulluqçuları ilə bərabər dəyirmi masa təşkil olunması və Nəşr Akademiyası tərəfindən nəşr olunan, görkəmli dövlət xadimi Heydər Əliyevin böyük bir epoxanı əhatə edən çöxillik ictimai-siyasi fəaliyyəti, o cümlədən Sovet rejiminin inkişafda olan dövrü, mürəkkəb keçid prosesləri, Azərbaycan dövlət müstəqilliyi mərhələsi kimi səciyyələnən 35 illik bir dövrdə dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında mükəmməl quruculuq proqramının tərkib hissələri olan müstəsna xidmətləri barədə geniş bəhs edilən,   Heydər Əliyev – 100 kitabının alınması, dəyirmi masada kitabın təqdimatının olunması, bələdiyyə üzvləri və əməkdaşlarının  mütaliəsi üçün istifadəsinə verilmişdir.

Səbail rayonu ərazisində 10 aprel 2023-cü il və 14 aprel 2023-cü il tarixlərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Səbail, Badamdar və Bibiheybət bələdiyyələrinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyaları keçirilmişdir.

Ümumimilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə töhfə olaraq bələdiyyə tərəfindən hazırlanmış  tədbirlər planına əsasən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuş, bələdiyyə üzvləri və qulluqçuları, qəsəbə sakinlərindən təşkil olunmuş qrupun eskursiyada iştirakının təmin olunmuş və ən əsası Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən muzeylə yaxından tanış olunmuşdur.

 Azərbaycan xalqının Ümumilli Lideri, müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət, ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 10 may tarixində ölkədə bir çox tədbirlər həyata keçirilmiş və Bibiheybət bələdiyyəsi olaraq Səbail rayonu ərazisində keçirilən tədbirlərdə bələdiyyənin üzv və qulluqçuları fəal iştirak etmişdir.10 may 2023-cü il tarixində Səbail rayon İcra Hakimiyyəti və Səbail bələdiyyələri ilə birlikdə Bibiheybət bələdiyyəsinin üzvləri Ulu Öndərin Fəxri Xiyabanda məzarı ziyarət olunmuş, daha sonra  Ümumilli Liderin Badamdar qəsəbəsindəki Heydər parkında yerləşən abidəsi ziyarət olunmuşdur.

Bibiheybət bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə Bibiheybət qəsəbəsində fəaliyyət göstərən 50 nömrəli məktəbdə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Odlar Yurdu Azərbaycan” adlı şeir müsabiqəsi keçirilmişdir.02.11.2023-cü il tarixində baş tutan müsabiqənin qalibləri bələdiyyə tərəfindən mükafatlandırılmışdır.

Bundan başqa Bibiheybət bələdiyyəsi Bələdiyyələrlə İş Mərkəzi və Səbail rayonu İcra Hakimiyyəti tərəfindən Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təşkil olunmuş bütün tədbirlərdə iştirak etmiş və  dəvət olunmuş dövlət tədbirlərində bələdiyyə tərəfindən üzv və qulluqçuların iştirakı təmin olunmuşdur.

Ötən il ərzində sakinlər tərəfindən ağacların götürülməsi və budanması ilə bağlı müraciətlər tərəfimizdən aidiyyatı üzrə yönləndirilmiş və lazimi tədbirlər görülmüşdür.2023-cü ilin əvvəllərindən etibarən qəsəbənin digər icra strukturları ilə birlikdə sakinlərin səyyar görüşləri keçirilmişdir.Görüşlərdə bələdiyyə üzvləri ilə yanaşı rayon icra hakimiyyətinin nümayəndəliyi, komunal xidmətlərin nümayəndələri, polis nümayəndələri də iştirak etmişdir.Sakinlərin şikayətlərinə yerində baxılmış, olunan müraciətlər aidiyyatı üzrə yönləndirilmiş və problemlərin həlli istiqamətində operativ tədbirlər görülmüşdür.

 Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının üzvləri üçün “Gender bərabərliyi və yerli idarəetmə” mövzulu təlimdə Bibiheybət bələdiyyəsinin Gender komisiyyası olaraq iştirak edilmiş, təlim mövzuları ilə yaxından tanış olunaraq mövzulara  dair praktiki biliklərə yiyələnmişdir.

Bibiheybət bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbədə fəaliyyət göstərən yeganə məktəbdə peşəkar psixoloqların iştirakı ilə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Bibiheybət bələdiyyəsinin sədri 25-29.09.2023-cü il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi Mülki Müdafiə kurslarından bələdiyyə sədri kateqoriyası üzrə tam proqramı bitirmişdir.

01.12.2023-cü il tarixində Azərbaycan Bələdiyyə İşçiləri Həmkərlar İttifaqı Respublika Komitəsinin Məclisinin VII iclasında Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bələdiyyənin işində səmərəli fəaliyyəti, sakinlərə göstərdiyi diqqət və qayğıya görə Fəxri Fərmanla təltif olunmuşdur.

Sosial məsələlər üzrə daimi komissiya və Gender komissiyasının sədri Nərgiz Abdurəhmanova 30.12.2023-cü il tarixində Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərmanla təltif olunmuşdur.

Validə Həsənova

Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Xocasən bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
23-04-2024
Büdcə gəlirlərini 13 faiz artıra bilmişik
Bələdiyyə Hesabatları
02-02-2024

Quba bələdiyyəsi  hesabatını açıqlayıb

Bələdiyyə Hesabatları
02-02-2024

Keşlə bələdiyyəsi hesabat verdi

Bələdiyyə Hesabatları
02-02-2024

Muxax bələdiyyəsi hesabatını ictimailəşdirib 

Bələdiyyə Hesabatları
24-01-2024

Şirvan bələdiyyəsi hesabatnı təqdim edib

Bələdiyyə Hesabatları
24-01-2024

Mingəçevir bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
22-01-2024

Nəsimi bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
19-01-2024