Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-05-2024 , 20:05

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mahir Novruzov:  “Əmlak vergisinin yığımında ciddi irəliləyişə nail olmuşuq”

“Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, milli bələdiyyə assosiasiyalarının və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin yaxından iştirakıyla  yenilənmiş BAMS proqramının Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya olunması bizim bələdiyyənin büdcə gəlirlərinin artımına böyük dəstəyi olub” – bu fikirləri Xəzər rayonu Qala bələdiyyəsinin sədri Mahir Novruzov Qala Bələdiyyəsinin vergi xidmətinin rəhbəri Mahir Əhmədovun, baş mühasib Elvin İbrahimovun və  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birlyinin sədri Vüqar Tofiqlinin iştirak etdiyi görüşdə deyib.

Az müddət ərzində bələdiyyə ərazisində 1500-dək əmlakın sənədinin olmasını məhz inteqrasiyanın dəstəyi ilə öyrənmişik. Bu rəqəmin 400-nün sənədinin çətinliklə də olsa vergi şöbəsi əvvəlki illərdə müəyyən etsə də, 1100 ilə bağlı məlumatı məhz inteqrasıyanın köməyi ilə müəyyən edilib.

Son aylarda artıq 800 yaxın əmlakın sənədi əldə olunub ki, bunun da nəticəsində bələdiyyənin büdcə gəlirlərində kifayət qədər artımın olacağı gözlənilir.

Sədr qeyd edib ki, 2015-ci illə müqayisədə büdcə gəlriləni üc dəfəyədək artırmağa nail olmuşuq.

Belə ki, 2015-ci ildə bələdiyyənin ümumi büdcə gəliri 35.053 manat təşkil etmişdisə, ötən il bu rəqəm 93 min manatı keçib. Dotasiya ilə birlikdə büdcə gəliri 100 min manata çatıb. 

Ötən illərdən başlayaraq  əmlak vergisinin yığımında ciddi irəliləyişə nail olunub. Sədr bildirib ki, 2022-ci ildə 41.372 manat əmlak vergisi toplanılmışdısa, bu rəqəm ötən il 53.549 manatı keçib. Göründüyü kimi, Il ərzində 30 faizlik artım müşahidə edilib. Bütün bu uğurlara kollektivin birgə fəaliyyəti sayəsində nail olmuşuq.

Bələdiyyənin üzləşdiyi problemlərə toxunan sədr daha sonra qeyd edib ki, hazırda ərazidə olan əmlakın 70 faizədək hissəsinin sənədinin olmaması büdcə gəlirlərimizə ciddi problem yaşatmaqdadır. Bununla yanaşı bəzi hallarda borclu vətəndaşlarla bağlı mübahisəli məsələlərin həlliylə bağlı vətəndaşın yalnız qeydiyyatda olduğu ünvana müraciət edilməsinin bir tələb kimi qoyulması da problem yaradır. Bu prosesin əmlakın olduğu ünvanda olması və yaxud prosesdə şəffaflığın təmin edilməsi üçün ucqar rayonlarda aparılan proseslərin onlayn şəkildə aparılmasının qanunamüvafiq qaydada  icra edilməsi nəticə etibariylə üzləşdiyimiz problemləri aradan qaldırılmasına imkan yaradacaq.

Görüş iştirakçılarının hər biri mövzu ətrafında  öz təklif və tövsiyələrini veriblər.

Belediyye.info