Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-01-2024 , 20:24

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +
Mərdəkan bələdiyyəsi hesabatını açıqlayıb

Mərdəkan bələdiyyəsinin 2023-cü ildə görülmüş işləri barədə Hesabatı

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli, Sərəncamı ilə xalqımızın böyük oğlu, Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdi.

2023-cü il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də öz töhfəsini verərək, torpaqlarımızı tam işğaldan azad etdi və Ulu Öndər Heydər Əliyevin 100 illiyində  Müzəffər Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa edərək 2023-cü ili tarixə yazdı.

 Mərdəkan bələdiyyəsi də öz növbəsində “Heydər Əliyev ili” çərçivəsində bir sıra tədbirlər, eyni zamanda qəsəbə ərazisində yenidənqurma, parklarda təmizlik, abadlıq, yaşıllaşdırma və quruculuq işləri aparmışdır.  

İl ərzində Mərdəkan bələdiyyəsinin 13 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır.

Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə  göndərilmişdir. Göndərilmiş hüquqi aktlara əsasən, Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyənin fəaliyyəti üçün çox önəmli olan məsələlərlə bağlı, tövsiyələr, qanunlara açıaqlanması hazırlanıb göndərilmişdir. Eyni zamanda Bələdiyyələrlə İş Mərkəzinə göndərilmiş bələdiyyə tərəfindən qəbul edilmiş aktlara belə tövsiyələr verilmişdir.

 Bu il eyni zamanda onunla yadda qaldı ki, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) bələdiyyələrin vergi işinin səmərəli təşkilində əhəmiyyətli şəkildə proqram təminatı təkmilləşdirilmiş, Əmlak Məsələləri Dövlət xidmətinin elektron bazasına inteqrasiya olunmuşdur. Artıq hər bir bələdiyyə BAMS-da öz inzibati ərazisində üzərində fiziki şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış daşınmaz əmlak, o cümlədən torpaq sahələri barədə məlumatlarla tanış olmaq, həmçinin müvafiq ödəniş etməklə, onlayn qaydada bir neçə dəqiqə ərzində həmin obyektlər barədə məlumatları əldə edərək vergi uçotuna götürmək imkanı yaradılmışdır.

 Bununla əlaqədar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi və Bələdiyyələrin Milli Assosiasiyası tərəfindən bələdiyyələrin qarşısında duran vergi uçotunun tam, dəqiq qurulmasının təmin olunması ilə bağlı, vəzifələrin icrasının düzgün və səmərəli təşkili məqsədilə ardıcıl işlər aparılmışdır.

 Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri, metodiki köməklikləri, bələdiyyədə keçirilən seminarların nəticəsi olaraq, bələdiyyələrin fəaliyyətində mühüm yer tutan yerli vergilərin toplanması, eyni zamanda qanunlarla izah olunması çox böyük rol oynamışdır.

 Qeyd olunan tədbirlərdə bələdiyyələrin büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artımına müsbət təsir göstərəcəkdir.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 179 ərizə, təşkilatlardan  isə, 205 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 186 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan  Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında və yerində baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Mərdəkan bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən, büdcənin gəlirləri 2023-cü il ərzində 269.613  manat təşkil etmişdir.

O cümlədən:

Ø  fiziki şəxslərdən torpaq vergisi –  58309  manat;

Ø  fiziki şəxslərdən əmlak vergisi –  180094  manat;

Ø  kurort və mehmanxana rüsumu-  7787 manat;

Ø  torpaq icarə haqqı- 1583 manat;

Ø  “Mərasim evi” icarə haqqı – 3600 manat;

Ø  Dövlət büdcəsindən ayrılan Dotasiya- 18.240 manat.

 2023-cü il ərzində xərclər isə - 265.785 manat təşkil etmişdir.

O cümlədən:

Ø  Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 114410  manat;

Ø  Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalara-  22822 manat;

Ø  İcbari Tibbi Sığortaya ayırmalar – 2500  manat;

Ø  Maddi yardımlara –  28976  manat;

Ø  Audit xidmətinə – 3125 manat;

Ø  Qəsəbə ərazisində təmizlik, abadlıq işlərinə -  40550 manat;

Ø  Qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələdən zərərçəkmiş insanlara maddi yardımla köməklik məqsədilə, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 2000 manat və Mərdəkan bələdiyyəsinin sədri tərəfindən fevral ayı üçün əmək haqqının tam məbləği  586 manat 55 qəpik olmaqla,  AFAD-ın hesablaşma-hesabına, cəmi 2586 manat 55 qəpik pul vəsaiti köçürülmüşdür.

Ø  Kommunal və rabitə xərclərinə (işıq, qaz,su, rabitə ) – 5792   manat

Ø  Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) –  1800 manat;

Ø  Bank xidmət haqqı – 1047 manat;

Ø  Poçt xidmət haqqı –  1357  manat;

Ø  ABİHİ-na  tutulmalara – 2223  manat;

Ø   “Azərbaycan Ordusuna Yardım  Fonduna” tutulma –  1203  manat;

Ø   “Qala - Həyat” Sığorta Şirkəti ASC nə– 163 manat;

Ø  “Softline Azərbaycan” MMC yə - Mərdəkan bələdiyyəsinin ərazisindəki vergi ödəyicilərinin vergi borclarını ödəmələri üçün, SMS sistemi üzərindən məlumatlandırılmasına – 354 manat;

Ø  Dəftərxana ləvazimatlarının alınmasına – 1832 manat;

Ø  Jurnal və qəzetlərə abunə yazılışına-1938  manat;

Ø  Kompüter avadanlıqlarının təmiri və katrec dolumuna -  389 manat;

Ø  Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı,  qəsəbədəki “Heydər Əliyev”in adını daşıyan parkda sakinlərin istirahətinin təmin edilməsi məqsədilə, təmir işlərinə zərurət yarandığından, mini futbol meydançasının aşağı ətraflarında olan istifadəyə yararsız dəmir tor sökülüb yenisi ilə əvəz olunmuş, əvəz olunduqdan sonra ümumilikdə, mini futbol meydançası rənglənmiş, daha sonra isə, 400 kv.m döşəməsi yeni süni qazon örtüyü ilə tam əvəz olunmasına- 10768 manat;

Ø  Eyni zamanda Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı ağacəkmə aksiyası çərçivəsində, “Heydər Əliyev” parkında - 237 ədəd Şam, 150 ədəd Sərv ağacları və 120 ədəd həmişəyaşıl dekorativ kollar əkilməsinə 4116 manat pul vəsaiti xərclənmişdir.   

Ø  Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100  illiyi ilə əlaqədar, Mərdəkan qəsəbəsindəki 181 nömrəli tam orta məktəbin  şagirdləri arasında “Əbədiyaşar Lider - Heydər Əliyev”  mövzusuna həsr olunmuş şer müsabiqəsi keçirilmişdir.                         Mərdəkan bələdiyyəsi tərəfindən şer müsabiqəsinin qaliblərinə “Diplom”lar təqdim olunmuşdur.

Ø  Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı,  ağacəkmə aksiyası çərçivəsində qəsəbənin mərkəzi yolunun üstündə, Sergey Yesenin küçəsi 107 ünvanında boş ərazidə 209 ədəd Şam ağacı, S.Yesenin küçəsi 87”A” ünvanında 150 ədəd həmişəyaşıl dekorativ kollar, “Dalğa-Arena” İdman Mərkəzinə və “Dalğa Beach” İstirahət Mərkəzinə gedən yolda boş ərazidə 110 ədəd cavan Şam ağacları əkilmişdir. Ağacların bərkidilməsi üçün 706 ədəd yaşıl rənglənmiş taxta çubuqlardan istifadə olunmuşdur. Qeyd olunan yaşıllaşdırma işinə  3452 manat pul vəsaiti xərclənmişdir.

Ø  Mərdəkan bələdiyyəsi tərəfindən qəsəbədə yerləşən H.Z.Tağıyev adına 123, 183 nömrəli tam orta məktəblərin və S.Rüstəm  adına Xarici Dillər Təmayüllü Gimnaziyanın yuxarı sinif şagirdləri arasında Heydər Əliyev – “Müstəqilliyimiz əbədidir” mövzusunda məktəblərarası inşa yazı müsabiqəsi keçirilmişdir. Tədbirdə inşa yazı müsabiqəsinin qaliblərinə Mərdəkan bələdiyyəsi tərəfindən “Diplomlar”  təqdim edilmişdir. Məktəblər Kubokla mükafatlandırılmışdır.

Ø  Qəsəbə ərazisində il ərzində parklarda müxtəlif növ mövsümü güllər və yeni tinglər, həmişəyaşıl kollar  əkilmişdir - 4195 manat;

Ø  Qəsəbənin Sergey Yesenin küçəsi, 81 ünvanındakı  “Qoşa-Qala” divarlarının qarşısına “8 Noyabr-Zəfər Günü” lövhəsinin vurulması;

Ø  Sergey Yesenin küçəsi, 88 ünvanında  “Qarabağ Azərbaycandır!”  lövhəsinin vurulması;

Ø  Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Mərdəkan hissəsində “Qarabağ  Azərbaycandır!”  lövhəsinin vurulması;

Ø  Baba Əliyev küçəsi, 70 ünvanında yerləşən Mərdəkan bələdiyyəsinin inzibati binasının qarşısında “Azərbaycan Bayrağı” lövhəsinin vurulmasına ümumilikdə -2577 manat pul vəsaiti ayrılmışdır.

Ø  Mərdəkan qəsəbəsinin Xalq yazıçısı Qılman İlkinin adını daşıyan küçədə illərlə boş qalmış 50 sota yaxın yaşıllıq zolağındakı ərazidə, sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə, salınan yeni parkın ərazisində işlərin ikinci mərhələsinə başlanılması üçün yaşıllıq zolağı təmizlənmiş və yol bordyurlarının alınması və çəkilməsi, yaşıllıq zolağının ağaclararası çökək yerlərinə çöl torpağının tökülməsi, yayılması və hamarlanması ilə bağlı – 4918 manat;

Ø  Mərdəkan bələdiyyəsinin inzibatı binası üçün yeni nəzarət kamera avadanlıqlarının alınması və quraşdırılması üçün - 1129 manat pul vəsaiti xərclənmişdir.

Ø  Qəsəbənin S.Yesenin küçəsində yerləşən yeni parkda (S.Rüstəm adına Gimnaziyanın qarşısı) yolkanın qurulması, müasir formada bəzədilməsi, işıqlandırılması, parkda və yolun kənarında olan ağacların, yolkanın  rəngbərəng işıqlarla işıqlandırılmasına -1563 manat pul vəsati xərclənmişdir.

“20 Yanvar faciəsi”nin 33-cü ildönümü ilə əlaqədar, 20 Yanvar əlillərindən 4 nəfərin hər birinə 100 (bir yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

“Xocalı faciəsi”nin 31-ci ildönümü ilə əlaqədar isə, 2 nəfər şəhid ailəsinin hər birinə 100 (bir yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

Birinci Qarabağ müharibəsi şəhidi Lalayev Ramin Rafiq oğlunun atası Lalayev Rafiq Əziz oğluna maddi durumunun çətin olmasını, kommunal xərcləri ödəyə bilməməsini nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 100 (bir yüz) manat məbləğində maddi vəsaitlə köməklik göstərilmişdir.

Vətən müharibəsi qazisi Qulamzadə Hikmət Fikrət oğluna Suqovuşan-Talış istiqamətində gedən ağır döyüşlər zamanı yaralandığını, imkansızlığını, bu günə kimi işləyə bilmədiyini nəzərə alaraq, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 200 (iki yüz) manat məbləğində maddi vəsaitlə köməklik göstərilmişdir.

Bayramov Rahul Mərdan oğluna, Vətən müharibəsi zamanı Suqovuşanda gedən döyüşlərdə yaralandığından müalicəsinin davam etdirilməsi üçün, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 1000 (bir min) manat məbləğində maddi vəsaitlə köməklik göstərilmişdir.

Birinci Qarabağ  müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Baxşıyev Əhməd Ataxan oğlunun məzar başdaşısı köhnəldiyindən, keyfiyyətini itirdiyindən, üzərində çox sayda çatlar əmələ gəldiyindən, məzar başdaşının qara mərmərlə əvəzlənməsi üçün, şəhidin ailəsinin imkansızlığını, maddi çətinlik çəkdiyini nəzərə alaraq, 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

Birinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Rəsulov Nemət Rəsul oğlunun uzun illər əvvəl qoyulmuş məzar başdaşısı köhnəldiyindən, keyfiyyətini itirdiyindən, üzərində çatlar əmələ gəldiyindən, qara mərmərlə əvəzlənməsi üçün, şəhidin ailəsinin imkansızlığını, maddi çətinlik çəkdiyini nəzərə alaraq, 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi köməklik göstərilmişdir.

Eyni zamanda Mərdəkan qəsəbəsinin çox imkansız ailələrinin ərizələrinə əsasən, yaxınlarının yas mərasimlərinin keçirilməsi və mərhumlarının məzar başdaşlarının hazırlanmasına bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 4650 manat məbləğində maddi köməklik göstərilmişdir.

Müqəddəs “Qurban bayramı” münasibətilə, qəsəbədəki I və II Qarabağ şəhid ailələrinə, qazilərimizə qayğı və diqqətin göstərilməsi ilə bağlı, cəmi 50 nəfərə ərzaq bağlaması ilə dəstək göstərilmişdir.

Məhərrəmlik ayı ilə əlaqədar “Heydər Cümə” Məscidində  şəhid ailələri, qazilər, kənd ağsaqqalları və sakinlər üçün, cəmi 140-150 nəfərlik İmam süfrəsinin verilməsi məqsədilə, bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti ayrılmışdır.

03-Dekabr Beynəlxalq Əlillər günü münasibətilə, bələdiyyə tərəfindən qəsəbədə yaşayan 5 nəfər əlil sakinimiz  evində ziyarət olunmuş, onların sosial məişət qayğıları ilə maraqlanılmış və ərzaq sovqatı ilə köməklik göstərilmişdir.

Bizə səs vermiş seçicilərimizin etimadını doğrultmaq üçün, gördüyümüz və görəcəyimiz işlərlə hər zaman uğur qazanmağa çalışacağıq.

Qəsəbəmizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına bundan sonra da diqqəti daha da artıracağıq.

Yerli əhəmiyyətli poblemlərin həllində daha da fəallıq göstərəcəyik, ictimai-mədəni, sosial tədbirlərin həyata keçirilməsini uğurla davam etdirəcəyik.

Bundan sonrakı  fəaliyyətimizdə də hər zaman olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışacağıq və Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrini, iradlarını hər zaman işdə rəhbər tutacağıq.   

Xəzər rayonu,

Mərdəkan bələdiyyəsi   

Rəylər

0 Rəy


Rəy yaz