Bələdiyyə sədri: “Çətinliklərə baxmayaraq vətəndaş müraciətlərinin həlli istiqamətində ciddi addımlar atırıq”
“Bu gün bələdiyyəmizin əsas vəzifəsi
əvvəl ki illərdə yaradılmış DSMF və digər qurumlara olan kifayət qədər olan
borcun bağlanılmasına çalışmaqdır”- bu fikirləri Belediyye.infoya Binəqədi
ryaonu Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov bildirib. Bununla bağlı
kollektiv üzvləri var gücü ilə çalışır.
Ancaq
bütün çətinliklərə baxmayaraq Biləcəri qəsəbə
inzibati ərazi dairəsi üzə nümayəndəliyinin dəstəyi ilə vətəndaş müraciətlərinə
diqqət ayıraraq onun həlli istiqamətində ciddi addımlar atırıq.
Bu günlərdə
qəsəbənin yeni yaşayış massivində dağılmış zibil tullantıları meydançası yenidən
bərpa edilərək istifadəyə verilib.
“Qəhrəmanlar parkı”nın işıqlandırılması da görülən işlər sırasındadır. Bununla yanaşı bir sıra küçə və meydanlarda təmizlik işləri aparılmış, ərazi alaq otlarından təmizlənmişdir. Belediyye.info
Rəylər
0 Rəy