Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-01-2024 , 09:56

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

 Bələdiyyə büdcəsinə əlavə vəsaitin cəlb edilməsi üçün qanunamüvafiq işlər aparılır  



 (Şamaxı rayonu Dəmirçi bələdiyyəsi tərəfindən 2023-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə  illik hesabatı)

“Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hər il Bələdiyyələr öz seçiciləri qarşısında hesabat verməlidirlər. Bildirmək  istəyirəm ki,  2023-cü il ərzində Respublikamızda, o cümlədən işğaldan azad olunan ərazilərdə ciddi quruculuq işləri aparılır. Bildiyimiz kimi bu il ərzində Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmuşdur. Bu ərazilərdə də quruculuq işləri sürətlə aparılır. Həmçinin rayonumuzda bir çox  işlər aparılmışdır. Həmçinin 2023-cü il Heydər Əliyev ili olmuşdur. Bu səbəblə də Dəmirçi bələdiyyəsində müxtəlif tədbirlər, yaşıllaşdırma işləri aparılmışdır.

Ölkədə iqtisadi artım tempi qorunub saxlanmış, çox sayda yeni iş yerləri açılmışdır. Bütün sadaladığımız nailiyyətlərin əsası Ümummilli lider H.Əliyev tərəfindən qoyulmuş  siyasi kursun ölkə  prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur. İndi isə sizə 2023-cü ilin hesabatında  bələdiyyədə görülmüş işlər haqqında məlumat  vermək istəyirəm.  Bildirmək istəyirəm ki, bələdiyyəmiz öz fəaliyyətini  “ Bələdiyyələrin Nümunəvi  Nizamnaməsi” və “Bələdiyyələrin Statusu haqqında” AzərbaycanRespublikasının Qanununa və digər hüquqi  normativ aktların tələbinə uyğun qurmağa çalışmışdır. 2023-cü il ərzində bələdiyyə tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşları qəbul etməklə, onların müraciətlərinə baxılmış, bələdiyyə əhalisinin sosial rifah  halının yaxşılaşdırılması üçün səy göstəilrmiş, bələdiyyə fəaliyətinə dair statistik hesabatlar təqdim olunmuşdur.

Bir bələdiyyənini normal fəaliyyəti üçün onun maliyyə mənbəyi olmalıdır. Bu “Bələdiyyə maliyəsinin əsasları haqqda”    Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanuna görə  Bələdiyyə maliyyəsinin əsaslarını Bələdiyyə əmlakı,  Bələdiyyə torpaqları, yerli büdcə, büdcədənkənar  fondlar,  bələdiyyənin istehsal-xidmət və digər iqtisadi fəaliyyəti  təşkil edir.

İndi isə sizə   2023-cü il ərzində bələdiyyə büdcəsinin icrası və ondan istifadə vəziyyəti haqqında məlumat  verirəm. Faktiki olaraq   2023-cü il ərzində bələdiyyənin mədaxil büdcəsi aşağıdaki kimi olmuşdur.

01.01.2023-cü il tarixə Bank və Poçt  hesab qalığı   6793.19  manat olmuşdur.

      1. Torpaq vergisi                    2105.28 manat

      2. Əmlak vergisi                                 862.22 manat

      3.  Digər  xidmətlər                           9900.00 manat

      4. İcarə haqqı                                    12143.00 manat

      5.Torpaq satışı                              3550.00 manat

      6. Dotasiya                                     1820.00 manat

         Cəmi:                                               30380.50 manat

         Yekun:                                               37173.69 manat.

      Daxil olan vəsait aşağıda göstırilən işlərə  sərf olunmuşdur.

1.Əmək haqqının ödənilməsi                                    8978.18 manat

2. DSMF və tibbi sığorta (ə/h tutulma)                 897.34 manat

3.YAP                                                                             54.59 manat

4. Silahlı Qüvvələr                                                       100.28 manat

5.DSMF və tibbi sığorta (xüsusi hesab)                   2127.10 manat

 6.Bank xidməti                                                            217.98 manat

7.İcbari sığorta                                                            19.20 manat

8. Bams xidməti  (3% )                                               550.83 manat

9.Kompyuter və dəftərxana avadanlığı                   884.00 manat

10.DƏDKR xidmət haqqı                                            896.00 manat

11.DƏDKR  rüsumu                                                     260.00 manat

12.Ekologiyaya rüsum                                                100.00 manat

13.Abunə                                                                      87.40 manat

14.AKBMA    rüsum                                                    60.00 manat

15.Audit xidməti                                                         870.00 manat

16.Hərrac xidməti                                                      188.80 manat

17.Silahlı Qüvvələrə yardım                                     300.00  manat

18.Məhkəmə ekspertizası                                        311.00 manat

19.Kommunal xərclər                                                89.00 manat

20.Yol təmirinə görə yanacaq alınması                  1200.00 manat

21. Su anbarının  tikintisinə görə                            9865.23 manat 

22.Aztəminatlı ailələrə yardım                                500.00 manat

Cəmi: 28556.93 manat                                       

01.01.2024-cü il tarixə Bank və Poçt  hesab qalığı  8616.76   manat olmuşdur.

Məlum olduğu kimi bələdiyyənin yerli büdcəsi əsasən fiziki şəxslərdən yığılan torpaq və əmlak  vergilərindən,  yığılan rüsumlardan, icarələrdən və torpaq satışından formalaşır. Yeri gəlmişkən  qeyd etmək istəyirəm ki, işlərimizdə müəyyən çətinliklər olmuşdur. Hazırda bələdiyyənin əhatə etdiyi  ərazidə vətəndaşlar tərəfindən  ödənilməli olan xeyli miqdarda  vergilər bələdiyyə büdcəsinə ödənilməmişdir. Yaxşı olar ki, əhali bu sahədə aktivlik göstərib bələdiyyəyə çatacaq  vəsaiti  vaxtında ödəsinlər ki, gələcəkdə həllini  gözləyən problemlərimizi  yerinə yetirə bilək. Bələdiyyə büdcəsinə əlavə gəlirlərin cəlb edilməsi üçün əlavə olaraq  qanunamüvafiq işlər aparılır.

Həmçinin ”Bakcell”MMC -nin 2008-ci ildən bələdiyyə ərazisində mobil stansiya quraşdırdığı, lakin  Dəmirçi bələdiyyəsi ilə deyil, qeyri-qanuni olaraq o zamankı bələdiyyə sədri işləmiş şəxs ilə  müqavilə bağladığı və bələdiyyə büdcəsinə  ödəniş etmədiyinə görə başlanılmış məhkəmə prosesi barışıq sazişinin bağlanması ilə başa çatmışdır. Bu məhkəmə prosesinin nəticəsində bələdiyyəmizə 8000 manat birdəfəlik vəsait daxil olmuş və icarə müqaviləsi bağlanmışdır. Bundan əlavə digər icarə müqavilələrinin bağlanması və sairə görülmüş işlərin nəticəsində  bələdiyyə büdcəsinin formalaşdırılmışdır. Bununla bərabər olaraq bələdiyyə ərazisində camaatın köməkliyi ilə bir çox işlər görülmüşdür. Dəmirçi kəndində əhalinin su problemlərinin həll edilməsinə görə su xəttləri yenilənmiş, kənd üçün su anbarının tikintisinə başlanılmışdır. Qışın gəlməsi ilə əlaqədar olaraq tikinti saxlanılsa da, yaz aylarında tikintinin tamamlanması və istifadəyə verilməsi nəzərdə tutulur.  Bundan əlavə yollar qismən təmir edilmiş, zibilliklər yığışdırılmışdır. Yaz və payız aylarında  leysan yağışlarının yağması müəyyən problemlər yaratsa da, bu çətinliklərin öhdəsindən əhalinin köməyi ilə gəlmişik. Əhalinin arasında heyvandarlığın inkişafına köməklik göstərilir və örüş əraziləri ilə tam şəkildə təmin edilmişdir. Əhalinin aztəminatlı təbəqəsinə yardımlar edilmişdir. İməclik vasitəsilə qəbiristanlıqlarda təmizlik və abadlışdırılma işləri aparılmışdır. Həmçinin şəxsi vəsaitlərimiz hesabına məktəblər yanacaq ilə qismən təmin edilmişdir.

Seçicilərimizi əmin etmək istəyirəm ki,  Dəmirçi bələdiyyəsi öz fəaliyyətini 2024-cü ildə də daha  da yaxşı  quracaq  və sizin  etimadınızı doğrutmağa  çalışacaq.

        Ariz Şükürov   

Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin sədri       

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Xocasən bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
23-04-2024
Büdcə gəlirlərini 13 faiz artıra bilmişik
Bələdiyyə Hesabatları
02-02-2024

Quba bələdiyyəsi  hesabatını açıqlayıb

Bələdiyyə Hesabatları
02-02-2024

Keşlə bələdiyyəsi hesabat verdi

Bələdiyyə Hesabatları
02-02-2024

Muxax bələdiyyəsi hesabatını ictimailəşdirib 

Bələdiyyə Hesabatları
24-01-2024

Şirvan bələdiyyəsi hesabatnı təqdim edib

Bələdiyyə Hesabatları
24-01-2024

Mingəçevir bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
22-01-2024