Quba bələdiyyəsi hesabatını açıqlayıb
Quba Bələdiyyəsinin 2023-ci il ərzində gördüyü işlərin
HESABATI
Quba Bələdiyyəsi olaraq tərəfimizdən 2023-ci ildə də şəhid və qazi ailələri eyni zamanda sosial qayğıya ehtiyacı olan şəhər sakinləri daim diqqət mərkəzində saxlanılmışdır və vaxtaşırı şəhid və qazi ailələrinə o cümlədən sosial qayğıya ehtiyacı olan şəhər sakinlərinə ərzaq yardımları və maddi yardım verilmişdir. O cümlədən 2023-cü il ərzində şəhər ərazisində təmir işlərinə xüsusu diqqət yetirilmiş və bir çox əsaslı və cari təmir işləri aparılmışdır. Belə ki, yanvar ayından başlıyaraq vətəndaşların müraciətləri nəzərə alınaraq şəhər ərazisində yerləşən qəbiristanlıqlarda təmir işləri aparılmış və qəbiristanlıqların ətrafında olan hasarlar o cümlədən qəbiristanlıq daxilindəki yollar təmir olunmuşdur.
Mart ayında 2023-cü ilin Heydər Əliyev İli elan olunması o cümlədən Ulu öndərin 100 illik yubileyi münasibəti ilə keçiriləcək tədbir hazırlıq məqsədi ilə Heydər Əliyev parkında yerləşən “ Yaşıl Teatr ” binasında əsaslı təmir işləri aparılmış və bu məqsədlə Bələdiyyə büdcəsindən 35,000 manat vəsait ayrılmışdır. May ayında Ulu öndərin 100 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirə hazırlıq məqsədi ilə şəhər ərazisində dekorativ güllərin əkilməsi və bayraqlarla bəzədilməsi üçün Bələdiyyə büdcəsindən ümumilikdə 6000 manat vəsait ayrılmışdır və sadalanan işlər görülmüşdür. Təmir işlərinin davamı olaraq Quba şəhəri Meydan parkında yerləşən fəvvarənin təmizlənməsi (aparatla yuyulması) o cümlədən sıradan çıxmış su qovucu matorların təmir olunması həyata keçirilmişdir və nu məqsədlə Bələdiyyə büdcəsinən 700 manat vəsait ayrılmışdır.
İyun – Avqust ayları ərzində Ə.Nərimanov küçəsində və Bazar ətrafında yerləşən qəbiristanlıqlara əlavə işçi qrupu cəlb olunmuşdur və mütamadi olaraq ot biçini prosesi həyata keçirilmişdir. Sadlanan işlərin həyata keçirilməsi məqsədi ilə Bələdiyyə büdcəsindən 4200 manat vəsait ayrılmışdır. Əlavə olaraq Qəbiristanlıqların ərazisində olar sıradan çıxmış hasarların cari təmirinə 1500 manat vəsait ayrılmışdır və cari təmir işləri aparılmışdır.
Şəhidlər xiyabanında cari təmir işlərinə 3200 manat vəsait ayrılaraq xiyaban ərazisində təmir işləri aparılmış və müharibə iştirakçılarının xatirəsinə ucaldılmış abidə yenidən təmir olunmuşdur. Təmir işlərinin davamı olaraq Heydər Əliyev parkında , Quba Meydanında sıradan çıxmış hasarlar ( aqlaylar ) yenilənmişdir və bu məqsədlə Bələdiyyə büdcəsindən 2000 manat vəsait ayrılmışdır. Keçirilən rayon tədbirlərində Quba Bələdiyyəsi olaraq daim yaxından və fəal iştirak etmişik. Belə ki, tədbirlər zamanı şəhərin bayraqlarla bəzədilməsi tərəfimizdən həyata keçirildiyindən bu məqsədlə Bələdiyyə büdcəsindən 1250 manat vəsait ayrılmışdır və bayraqlar yenilənmişdir.
Şəhər ərazisində aparılan abadlıq, təmir işlərinin davamı olaraq vətəndaşların müraciətləri əsasında Sentyabr ayından başlıyaraq tərəfimizdən “Dəvədabanı “ yeni yaşayış massivində mərhələli şəkildə görülmüş işlərə ümumilikdə 21000 manat vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına yaşayış massivinin bir çox yol infrastrukturunun olmadığı küçələrində xüsusi texnikalar vasitəsilə yollar salınmış, küçələrər hamarlanmış və həmin küçələrə xırdalanmış daş, cınqıl döşənərək asfalt örtüyünün çəkilməsinə hazır vəziyyətə gətirilmişdir. Yeni yaşayış massivinin yaxınlığında yerləşən məişət tullantılarının toplandığı ərazidə məişət tullantılarının utilizasiya məqsədilə tərəfimizdən 1000 manat vəsait ayrılmışdır və utilizasiya prosesi həyata keçirilmişdir. Şəhərin Nizami parkında və Meydan parkında işıqlandırma sistemlərinin əsaslı təmir olunmasına, parkın ərazisində dağılmış tamet daşlarının yenilənməsinə ,hər iki park ərazisində olan oturacaqların və tullantı qablarının təmirinə o cümlədən rənglənməsinə Bələdiyyə büdcəsindən ümumilikdə 6300 manat vəsait ayrılmışdır və sadalanan işlər görülmüşdür. O cümlədən Meydan parkının giriş hissəsində yararsız hala düşmüş ağlay daşınnan hazırlanmış mozaik şəgəkələrin əsaslı təmirinə 2500 mant vəsait ayrılmışdır və mozaik şəgəkə tamamilə yenilənmişdir. Quba Bələdiyyəsinin inzibati binasının giriş hissəsindəki dam örtüyünün cari təmirinə 2000 manat vəsait ayrılmışdır və dam örtüyü tam şəkildə təmir olunmuşdur.
Zəfər günü münasibəti ilə şəhər ərazisində yaşayan şəhid və qazi ailələrinə ərzaq yardımı verilməsi məqsədilə Bələdiyyə büdcəsindən 1500 manat vəsait ayrılmışdır.Hər bir şəhid və qazi ailəsinə çatdırılma yolu ilə ünvanlarında ərzaq yardımı verilmişdir.
Sosial qayğıya ehtiyacı olan vətəndaşlar Quba Bələdiyyəsi olaraq tərəfimizdən diam diqqət mərkəzində saxlanılıb və mütamadi olaraq istər maddi yardım istərsədə ərzaq yardımı verilmışdir, o cümlədən onların ailə məişət problemlərinin həllinə də diqqət yetirilmişdir və problemləri tərəfimizdən həll olunmuşdur. Bunun nəticəsi olaraq vətəndaş Nurəliyeva Aynaxanım Nuru qızının müraciəti əsasında tərəfimizdən vətəndaşın fərdi mənzilində cari təmir işlərinə 800 manat vəsait ayrılmışdır və fərdi mənzili təmir olunmuşdur.
Dekabr ayının sonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə şəhid
ailələri üçün bayram tədbirinin keçirilməsinə 1500 manat vəsait ayrılmışdır və
şəhid ailələri üçün Yeni il şənliyi təşkil olunmuşdur. Eyni zamanda qarşıdan gələn
Yeni il münasibəti ilə şəhərin giriş hissəsində, şəhər ərazsində bayram
atributları və müxtəlif növ işıqlarla bəzədilməsi o cümlədən yolkaların bəzədilməsi
məqsədi ilə Bələdiyyə büdcəsindən 4500 manat vəsait ayrılmışdır və sadalanan
işlər görülmüşdür. Dekabr ayının 23-də baş vermiş güclü külək nəticəsində şəhər ərazsisində
baş vermiş fəsadların aradan qaldırılması məqsədi ilə Bələdiyyə büdcəsindən
1500 (min beş yüz ) manat vəsait ayrılmışdır və bir sıra fəsadlar aradan
qaldırılmışdır. Sahibsiz küçə itlərinin şəhər ərazisindən yığılması, sığınacağa
təhvil verilməsi və onların sığınacaqda yemlənməsi məqsədi ilə Bələdiyyə büdcəsindən
1500 (min beş yüz ) manat vəsait ayrılmışdır və qeyd olunan proses həyata
keçirilmişdir.
O cümlədən: Quba Bələdiyyəsinin 2023-cü il ildə 258900 ümumi gəliri olmuşdur. Bu gəlirin 89948 manatı əmlak vergisindən, 21057 manatı torpaq vergisindən, 806 manatı sanatoriya –kurort sahəsindən, 5690 manatı stasionar və səyyar ticarət o cümlədən digər xidmətlərdən, 130065 manatı isə Bələdiyyə mülkiyyətinin özününküləşdirilməsindən və 1655 manat Bələdiyyə mülkiyyətinin icarəsindən toplanmışdır. 10000 manat Dövlət tərəfindən ayrılan dotasiya pulu da bu gəlirlərə daxildir.
2023-cü ildə Quba Bələdiyyəsinin ümumi xərcləri
257480 manat olmuşdur ki, bu xərclərə daxidir : Əməkhaqqı xərcləri 97531 manat
, kommunal və idarənin saxlanılması xərcləri ümumi 11090 manat,
Audit xidməti 2500 manat, Milli
Assosiasiya 1200 manat, Məhkəmə xərcləri 1200 manat , Bələdiyyə sənədləri və
Kadastr çıxarışları 15554 manat, Şəhərin bəzədilməsi 7240 manat, Abadlaçdırma
işləri 44000 manat, Maddi yardımlar 4580 manat, Milli bank və poşt xidmətləri
8868 manat, cari təmir işləri 42980 manat, Ərzaq yardımları 9917 manat, Söğorta
və Hərrac komitəsi 977 manat, Qəbiristanlıqların təmizlənməsi və ot biçimi 4200
manat, və digər xərclər olmuşdur.
Quba şəhər ərazisində yerləşən vətəndaşlara məxsus fərdi yaşayış evlərinin
və sahibkarlıq obyektlərinin uzun müddətdir ki, Bələdiyyəyə vergi borcları
yaranmış, həmin vergi borclarının ödənilməsinə dair xəbərdarlıq edilməsinə
baxmayaraq, vergi borcları vətəndaşlar tərəfindən ödənməmişdir. Həmən şəxslərdən
vergi borclarının alınıb bələdiyyə büdcəsinə ödənilməsi üçün 2023-cü il ərzində
bir neçə dəfə vergi borclarının tutulması barədə qərar qəbul edilərək məcburi
icra edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilmiş, il ərzində
169 nəfər vergi ödəyicisi barədə tədbir görülməsi üçün aidiyyatı üzrə müraciət
olunmuşdur .
Rəylər
0 Rəy