Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-01-2024 , 15:50

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

Gəncə şəhəri  Nizami Bələdiyyəsi hesabat verir 


Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının  Qanununa  və digər normativ hüquqi aktlara əsasən  Gəncə şəhər Nizami Bələdiyyəsi öz gündəlik  fəaliyyətini digər Bələdiyyələr kimi  yerli özünü- idarəetməni həyata keçirməklə  yanaşı  işini  seşicilərin arzu və təklifləri, Bələdiyyə iclaslarında qəbul edilmiş proqram və qəralara  müvafiq qaydada  müəyyənləşdirir və öz iş strukturunda bir qayda olaraq həyata keçirir.

Belə ki,Gəncə şəhər Nizami Bələdiyyəsi 2023-cü il ərzində gördüyü işlərlə bağlı hesabatını bir daha gözdən keçirərək ictimayyət nümayəndələrinin müzakirəsinə təqdim edir.

lumat üçün bildiririk ki, Nizami Bələdiyyəsi cari il ərzində 20 iclas keçirərək ,daimi komissiyaların təqdim etdiyi arayış və təklifləri ilə  gündəliyə 691 məsələ çıxarmış  və müvafiq qərarlar qəbul etmişdir.

Müzakirəyə çıxaralan məsələlərdən  67  iş mülkiyyətə torpaq sahəsinin ayrılması, 289 iş torpaq üzərində Bələdiyyənin mülkiyyət  hüququnun qeydiyyata alınması proseduruna başlanması, 62 iş torpaq sahəsinin müsabiqə yolu ilə satılmasından ötrü Gəncə Torpaq müsabiqə və hərrac Komissiyası ilə müqavilə bağlanması, 141 iş vaxtı keçmiş vergi borclarının vətandaşlardan tutularaq Bələdiyyənin büdcəsinə ödənilməsi, 58 iş aztəminatlı ailələrə maddi yardımların verilməsi, 19 iş mədəni-kütləvi tədbirlərin keçirilməsinə maliyyə dəstəyi ilə və Bələdiyyənin  ərazi vahidinə daxil olan yerlərdə aparılması vacib olan təmir-abadlıq, təşkilatı və sair işlərə baxılmış, eyni zamanda müvafiq qərarlar qəbul  edilmişdir.

2023-cü il ərzində  Bələdiyyəyə  1025  müraciət  vətandaşlar, idarə və müəsissələr  tərfindən  daxil olmuşdur ki , bunlardan  58-i maddi yardımla, 67-si torpaqların mülkiyyətə verilməsi , 285–i fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin mülküyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması, 85-i qurumuş ağacların  kəsilməsi və ya budanması, 98-müraciət hərbi xidmətdə olan hərbiçilərin ailə vəziyyəti nəzərə alınmaqla qısa müddətli  məzuniyyətə buraxılması və 432 sənəd isə digər idarə və təşkilatlardan daxil olmuşdur. Tərəfimizdən ərizə və məktublara diqqət və həssaslıqla  yanaşılaraq Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri ilə cavablandırılmış,yuxarı təşkilatlardan gələn tövsiyyə, təlimat və məlumat  xarakterli sənədlər qanun və qaydalardan çıxarışlar , vaxtında Bələdiyyədə fəaliyyət göstərən komissiya və şöbələrə təqdim olunmuşdur.

 Vətəndaşların müraciətləri Bələdiyyə iclaslarında baxılaraq onlardan  58 nəfərinə maddi yardım kimi pul vəsaiti ödənilmişdir.  

Onlardan  37 nəfəri Şəhid ailələləri  və Qarabağ Qaziləri olmaqla, 21 nəfəri az təminatlı ailələr olmuşdur.Həmçinin 67 nəfərin mülkiyyətinə torpaq sahəsinin verilməsi Bələdiyyə iclasının qərarı ilə  təmin edilmişdir ki, onlardan 2nəfəri  Şəhid ailəsi, 2 nəfəri isə Qarabağ Qazisidir.

Digər illərdə olduğu kimi 2023-cü ildə də Dövlət büdcəsindən  Bələdiyyənin idarə olunması üçün  ayrılmış 60000 manat    dotasiya daxil olmaqla, Bələdiyyənin büdcəsi digər mənbələr hesabına formalaşaraq ümumilikdə   578 283(beş yüz yetmiş səkkiz min iki yüz səksən üç) manat  olmuşdur. 2022-ci ildən bələdiyyə büdcəsində qalan 6587.87 manat vəsait 2023-cü ilin büdcəsinə kecirilmişdir. 

 İl ərzində Bələdiyyə  büdcəsinə digər mənbələrdən daxil olan  vəsaitlər aşağıdakılardır:

       -   fiziki şəxslərdən  toplanan  torpaq vergisi -29.722.80 manat;

       -   fiziki şəxslərdən  toplanan əmlak vergisi -194.883.60 manat;

       -   Bələdiyyə ərazisində fəaliyyət göstərən  mehmanxana,sanatoriya- 

kurort və turizm   xidmətlərindən alınmış  ödəniş -1.647.00 manat:

       -  Bələdiyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti parklanmasından daxil olmuş   ödənişlər- 9202.00 manat:

      -  Bələdiyyə əmlakının satışından 276.239.80  manat  pul vəsaiti əldə   

edilərək büdcəyə  ödənilmişdir.

        Nizami Bələdiyyəsi  2023-cü ildə daxil olmuş  yerli büdcə gəlirlərindən bir sıra ödənişlər etmişdir ki,bunun da ümumi məbləği – 576.695.80 manat təşkil etmişdir.

          İl ərzində xərclənmiş  vəsaitlər bunlardır:

           -  əmək haqqı və bununla bağlı digər  ödənişlərin  ödənilməsinə -213.979.00 manat

         - əmək haqqından  tutulmalar (DSMF,işsizlik sığortası,icbari sığorta və sairəyə) -66188.00 manat

         - dəftərxana  ləvazımatları ,cari təsərrüfat  məqsədləri  üçün mal- materialların alınmasına -6774.20 manat:

        - nəqliyyat vasitələrinin təmirinin ödənilməsinə -2493.00 manat:

        - yanacaq  xərcinin  ödənilməsinə -8200.00 manat:

        - rabitə xidmətləri haqqının ödənilməsinə -3066.00 manat:

        - ezamiyyə xərclərinin ödənilməsi - 3136.00 manat:

           -elektrik enerjisi haqqının ödənilməsinə-1431.00 manat:

          - az təminatlı ailələrə  müraciətləri əsasında  maddi  yardımların   

  verilməsinə-17040.00 manat:   

        - bank xidmətlərinə -17508.70 manat:

        - mətbuata abunə  üçün -2489.00 manat:

        -mədəni-kütləvi tədbirlərin keçirilməsinə(Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar” Heydər Əliyev Gənclərin Zəngin İrs Mənbəyi” adlı elmi konfrans,”Heydər Əliyev 100 il” adlı fləşmob,şəhid ailələri və qazilərinin övladlarına yeni il tədbiri,Şəhidlərin ildönümlərinin keçirilməsi və sairə)-38.292.0 manat

       -təmir-abadlıq işlərinə(Novruz meydanında,”Xəmsə  bağı”  kompleksində, Cavadxan və Azərbaycan Bayrağı küçələrində, Şəhidlər xiyabanında,qəbirstanlıq yollarının təmiri,İnzibati binada,Bələdiyyə ərazisindəki  yolların təmiri və sairə) -126.456.10 manat:

       -və sair xərclərə(Avtomobillərin texniki baxışı,sığortası,hərrac,icarə haqqı,auditor xidməti,assosiasiya, DƏRX və sairə ödənişlər)-69.642.80 manat vəsait xərclənmişdir

Nizami Bələdiyyəsi cari ildə ərazi vahidinə daxil olan Novruz meydanında,”Xəmsə  bağı”  kompleksində, Cavadxan və Azərbaycan Bayrağı küçələrində,eyni zamanda Şəhidlər xiyabanında da  abadlıq  və

yenidən qurma işləri aparmışdır. Hazırda  Azərbaycan Bayrağı küçəsində təmir bərpa işləri ilə yanaşı uşaq idman qurğuları da quraşdırılır.Eyni zamanda parklarda qazon örtüyünün yenilənməsi,  qırılıb sıradan çıxmış suvarma sistemlərinin bərpası,istismara yararsız vəziyyətə düşmüş tamet,aqlay örtüklərinin və bardürların dəyişdirilməsi,həmçinin oturacaqların təmir işləri Bələdiyyə tərəfindən   həyata keçirilir.

  Nizami Bələdiyyəsinin prioritet məsələlərindən  biri də  Şəhid ailələri və Qarabağ müharibəsi əlilləridir.

 Cari il ərzində müraciət edən vətəndaşlara  müxtəlif formada yardımlar olunmuş, yas və dəfn mərasimlərinin keçirilməsində ,qəbirüstü abidələrinin qoyulmasında yaxından köməklik göstərilmişdir.Belə ki, qazi Heydərli Qabil Fərman oğlunun qəbirüstü abidəsinin hazırlanmasıdan ötrü ailəsinə 820(səkkiz yüz iyirmi) manat,  Şəhid Bədəlov Oruc Arif oğlunun ailəsinə yas mərasiminin təşkili üçün 10832.40(on min səkkiz yüz otuz iki manat.40),Şəhid Bədəlov Oruc Arif oğlunun qəbir üstü abidəasinin hazırlanmasıdan ötrü ailəsinə 2020(iki min iyirmi)manat,Qarabağ Qazisi Bayramov Asif Qüdrət oğlunun qəbir üstü abidəasinin hazırlanmasıdan ötrü ailəsinə 2020(iki min iyirmi)manat.Vətəndaş Məhərrəmova Mətanət Vaqif qızının anasının qəbirüstü abidəsinin hazırlanması üçün ailəsinə 1900(bir min doqquz yüz)manat,Vətəndaş İmamquliyev Asif Qabil oğlunun həyat yoldaşının qəbir üstü abidəsinin hazırlanmasından ötrü 2000(iki min) manat Bələdiyyə budcəsindən köməklik məqsədilə vəsait ayrılmışdır. Bundan əlavə Şəhid ailələri,müharibə əlilləri və iştrakçıklarına,eyni zamanda ehtiyacı olan vətəndaşların ailələrinə büdcə vəsaitimizdən müraciətləri əsasında pul yardımları göstərilmişdir.

Onlardan: Şəhid oğlu Əhmədov Rəşad Sahib oğluna -100(yüz) manat, Qazi Qədimov Zaur İmran oğluna-100(yüz) manat, Qurbanova Elmira Məclun qızına-100(yüz) manat, Laicova Aynur Nizami qızına-100(yüz) manat, Ələkbərov Nasir Firuddin oğluna-100(yüz) manat,  Qazi Abbasov Ümid Elçin oğlu-100(bir yüz) manat, Hüseynov Şahmar

İsgəndər oğlu-300(üç yüz) manat,Şəhid əmisi Bürcəliyev Anar Məmməd

oğluna-300(üç yüz)manat, Vətən müharibəsi iştrakçısı Həsənov Tural Asif  oğluna -100(yüz) manat, Vətən müharibəsi iştrakçısı Mehraliyev Elvin Elçin oğluna-100(yüz) manat,  Şəhid ailəsi Mehralıyeva Səadət Rəsul qızına- 200( iki yüz) manat , Həsənova Xəyalə Fizuli qızına -200(iki yüz) manat, Rəfiyeva İlahə Yaqub qızına-200(iki yüz) manat, Əliyev Fikrət Faxrəddin oğluna-500(beş yüz) manat,  Vətən müharibəsi iştrakçısı Əhmədov Hikmət Mehti oğluna -100(yüz) manat  , Şəhid ailəsi Əliyev Ədalət Məhərrəm  oğluna -100(yüz) manat, Vətən müharibəsi əlili Qurbanov Anar Xanlar oğluna-100(yüz) manat, Vətən müharibəsi iştrakçısı Salahov Hüseyn Saleh oğluna-100(yüz) manat, Vətən müharibəsi əlili Nağıyev Kənan İdtifək oğluna-100(yüz) manat, Vətən müharibəsi əlili Əmirov Kamal Elman oğluna-100(yüz)   manat, Vətən müharibəsi iştrakçısı Musayev Elçin Fikrət oğluna-100(yüz) manat,  Vətən müharibəsi iştrakçısı Qədimov Zaur İmran  oğluna-100(yüz) manat, Əliyev Mehman Teyyub oğluna-100(yüz) manat, Rüstəmov Vüqar Vahid oğluna-100(yüz) manat, Qəhramanova Rəsmiyyə Zirəddin qızına -50(əlli) manat , Babayev Samir Zabir oğluna -50(əlli) manat, Məmmədov Asiman İbrahim  oğluna atasının əməliyyat etdirilməsi üçün-1330(bir min üç  yüz otuz) manat , Şəhid atası Seyidəmirov Vüqar Mirzahid oğluna-200(iki yüz) manat  ,Qasımov Kamil Nadir oğluna-100(bir yüz) manat, qazi Axundov Qabil Cəfər oğluna -100(yüz) manat, Əliyev Heydər Rizvan  oğluna  -100(yüz) manat  , Hüseynova Gülnarə Heydər qızına-200 (iki yüz) manat,  Bayramov Taleh Valeh oğluna- 200( iki yüz) manat , qazi Abdullayev Yusif Kazım oğluna -200(iki yüz) manat, Novruzov Mansur Rafael  oğluna  -200(iki yüz) manat, Əliyev Fikrət Fəxrəddin oğluna-500(beş yüz) manat, Babayeva Arifə Adil qızına -100(bir yüz) manat, Şəhid oğlu Əhmədov Sahib Sahib oğluna -100(bir yüz) manat, Qarabağ qazisinin oğlu Əhmədov Toğrul Rauf oğluna-200(iki yüz) manat, Layicova Gülgəz Məmməd qızına-100(bir yüz) manat, Quliyeva Firduz Camal qızına -200(iki yüz) manat, 1-ci qrup əlil Ramazanov Ədalət Telman oğluna-100(yüz) manat , Əliyev İlham Baxçalı oğluna -1520(bir min beş yüz iyirmi) manat, Qarabağ müharibəsi iştrakçısı Cəfərov Kamal Asim oğlunun atasının yas mərasiminə -500(beş yüz ) manat, Qarabağ müharibəsi iştrakçısı Qurbanzadə Davud Çingiz oğlunun anasının yas mərasiminin keçirilməsindən ötrü köməklik üçün- 500(beş yüz ) manat, Qarabağ müharibəsi iştrakçısı,Bağırov Elman Elşən oğluna -100(bir yüz) manat, Qarabağ qazisinin həyat yoldaşı Ağayeva Vüsalə Rahib qızına -200(iki yüz) manat, Hüseynov Ələddin Müzəffər oğluna -200(iki yüz) manat , Qarabağ müharibəsi iştrakçısı Cəfərov İlqar Bəxtiyar oğluna -100(bir yüz) manat, Şəhid atası Məmmədov Lətif Məmməcəfər oğluna-130(bir yüz otuz)  manat, Həsənova Rahilə Hidayət  qızına -300(üç yüz) manat, Vətən müharibəsi iştrakçısı Qasımov Ramil Adil oğluna -100(bir yüz) manat, Şəhid atası Seyidzadə Miryunis Mirbağır oğluna-300(üç yüz) manat, Vətən müharibəsi iştrakçısı Abdullayev Sayət Nazim oğluna-100( bir yüz) manat, Vətən müharibəsi iştrakçısı  Əliyev Cəmaləddin Sədrəddin oğluna-100(bir yüz) manat, Vətən müharibəsi Qazisi Məmmədov Vasif Əli oğluna-100(bir yüz) manat, Bayramov Kamran Elbrus oğluna-100(bir yüz)manat,  İbrahimzadə Seymur Rafik oğluna-100(bir yüz) manat, Musayeva Rəna İsgəndər qızına-200(iki yüz) manat və  Məmmədov Hacı Mehdi oğlunun atası 1941-1945-ci il müharibəsinin iştrakçısının qəbir üstü abidəsinin hazırlanması üçün 500(beş yüz) manat vəsait ayrılmışdır.     

Bütün görülən işlərlə  yanaşı Nizami Bələdiyyəsi şəhərimizdə keçirilən mədəni- kütləvi tədbirlərin həyata keçirilməsində də Bələdiyyə üzvləri və  Bələdiyyə qulluqçuları ilə birgə fəal iştrak ediblər.           

2023-cü il ərzində Nizami Bələdiyyəsi bir sıra mədəni-kütləvi  tədbirlərdə iştrak etməklə, bir çox tədbirlərin həyata keçirilməsinə ev sahibliyi etmişdir.Belə ki,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar” Heydər Əliyev Gənclərin Zəngin İrs Mənbəyi” adlı elmi konfrans,”Heydər Əliyev 100 il” adlı fləşmob, Ulu öndər Heydər Əliyevin anadan olmasının100 illiyi münasibətilə ərazidə 241 ədəd  şam ,çinar və sərv ağacları əkilmişdir. Nizami Bələdiyyəsinin təşəbbüsü və maliyyə dəstəyi ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində

 “Mill mədəniyyət tariximiz Heydər Əliyevin ideyalarında”adlı kitabın nəşri üçün 1000(bir min) manat, “Qalib əsgər hekayyəti” kitabının nəşrinə isə 300(üç yüz) manat Bələdiyyə büdcəsindən  maliyyə vəsait ayrılmışdır.

Nizami Bələdiyyəsinin nümayəndələri Gender Əsaslı Komissiya  tərəfindən təşkil olunmuş “Qadın Sülh və Təhlükəsizlik  mövzusuna  dərindən nəzərsalma” adlı təlim, məişət zorakılığının qarşısının alınmasında bələdiyyənin roluna həsr olunan təlimlər,müxtəlif ailə-məişət mövzularında keçirilən konfrans və seminarlarda iştrak etmişdirlər.

Nizami Bələdiyyəsi tərəfindən  Müzəffər Ali Baş komandan,Cənab Prezident İlham Heydər oğlu Əliyevin sarsılmaz qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş tam qələbə Zəfər günü kimi 2020-ci ildən bu yana qeyd edilməklə yanaşı, Şəhidlərimizin ildönümü və 20 Yanvar anım günü tədbirləri də  qeyd olunmuşdur.

Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni ilin gəlişi münasibətilə Nizami Bələdiyyəsi Şəhid və Qazi övladları üçün bayram şənliyi təşkil edərək bələdiyyə tərəfindən  hazırlanmış hədiyyələri yeni ilin  rəmzi olan  Şaxta baba vasitəsi ilə uşaqlara çatdırmışdır. 

Nizami Bələdiyyəsi bundan sonra da bu kimi  işləri davam etdirməklə yanaşı,öz işini möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn  vəzifələrin yerinə yetirilməsi istiqamətində quracaq və Siz seçicilərin köməkliyi ilə 2024-cü ildə də yüksək nəticələrə nail olaraq,şəhərimizin sosial-iqtisadi inkişafında fəal iştirak etməklə, öz fəaliyyətinini innovasiyalar əsasında quraraq davam etdirəcəkdir.

Gəncə şəhəri Nizami bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Xocasən bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
23-04-2024
Büdcə gəlirlərini 13 faiz artıra bilmişik
Bələdiyyə Hesabatları
02-02-2024

Quba bələdiyyəsi  hesabatını açıqlayıb

Bələdiyyə Hesabatları
02-02-2024

Keşlə bələdiyyəsi hesabat verdi

Bələdiyyə Hesabatları
02-02-2024

Muxax bələdiyyəsi hesabatını ictimailəşdirib 

Bələdiyyə Hesabatları
24-01-2024

Şirvan bələdiyyəsi hesabatnı təqdim edib

Bələdiyyə Hesabatları
24-01-2024

Mingəçevir bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
22-01-2024

Nəsimi bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
19-01-2024
Mərdəkan bələdiyyəsi hesabatını açıqlayıb
Bələdiyyə Hesabatları
08-01-2024